04 fevral 2012, Şənbə
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
Fotosöhbət

(Səhifə 1, cəmi 4)   « Geriyə | 1 | 2 | 3 | 4 | İrəli »
Deputat İlyas İsmayılovla fotosöhbət
 
19.12.2011, 15:33

İlyas Abbas olğu İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycanın prokuroru olub.
1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb. 1992-1994-cü illərdə Azərbaycan Respublikası ədliyyə naziri olub. 1995-ci ildə tərəfdarları ilə birlikdə "Ədalət" Partiyasını yaradıb.
2010-cu ildə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilib.
Ailəlidir, iki oğlu var.

Deputat Etibar Hüseynovla fotosöhbət
 
22.11.2011, 10:42

1968-ci ildə Bakida anadan olmuşam. Atam ziyalı, anam evdar qadın olub. Anam dünyaya 9 uşaq gətirib, hamısı da oglan. Onların 4-ü dünyaya gəldikdən sonra rəhmətə gedib. Qəribədir ki, dogulduqdan sonra dünyasını dəyişənlər arasında belə qız uşagı olmayıb. Bir anlıga təssəvvür edin - Bakının “Xruşşovka”sında, dörd divar arasında 5 oglan uşağı böyütmək nə deməkdir. Yazıq anam. Yaşa dolduqca qədrini daha dərindən anlayıram.
Atam Texniki Peşə Məktəbinin direktoru olub. Sovetlər dönəmində bu, indiki özəl universitet rektoruna bərabər bir vəzifə sayılırdı. Amma atamın bu vəzifəsi mənə kömək olmayıb, əksinə, maneçilik törədib. Həyatımda rastlaşdığım ilk haqsızlıqlarda da bu vəzifənin müəyyən rolu olub.

Deputat Hadi Rəcəbli ilə fotosöhbət
 
24.10.2011, 19:13

Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.
1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləyib. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinski raboçiy” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub.
1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatıdır.
Yazıçı Anar fotolarda
 
29.08.2011, 21:44

Rzayev Anar Rəsul oğlu - nasir, dramaturq, kinodramaturq - 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinifə qədər gələcək həyat yoldaşı Zemfira Səfərovayla bir yerdə oxuyub.
Anar və Zemfira xanımın 2 övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsini bitirib.

Prezident Abdulla Gül çox özəl FOTOLARDA
 
07.08.2011, 11:10

Türkiyə Respublikasının 11-ci prezidenti Abdulla Gül 29 oktyabr 1950-ci ildə Kayseridə dünyaya gəlib. Orta təhsilini Kayseri liseyində bitirdikdən sonra İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Həmin universitetin məzunu olduqdan sonra doktorluq dissertasiyalarını müadafiə etmək üçün London və Ekseterdə staj keçib.
1983-1991-ci illər arasında mərkəzi Ciddədə yerləşən İslam İnkişaf Bankının iqtisadiyyat üzrə müşaviri olub. 1991-ci ildə Beynəlxalq İqtisadiyyat sahəsində dosent dərəcəsi alıb. Həmin il vaxtından əvvəl keçirilən seçkilərdə Rifah partiyasının Kayseri millət vəkili kimi parlamentə daxil olub.


Sabiq deputat Əli Əlirzayevlə fotosöhbət
 
01.07.2011, 08:30

Əli Əlirzayev 1945-ci ildə Naxçıvanda doğulub. 1968-ci ildə indiki Azərbaycan Texniki Universitetini bitirib. İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimidir.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, Azərbaycan Dövlət İqtisad Universitetində elmi işlər üzrə prorektor, Naxçıvan Dövlət Universitetində kafedra müdiri vəzifələrində işləyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru və iqtisadi idarəetmə və beynəlxalq münasibətlər kafedrasının müdiridir.
1997-2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü, İqtisadi siyasət komissiyasının sədr müavini olub.
Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Ailəlidir 3 övladı var.
Mərhum Prezident Elçibəy fotolarda
 
24.06.2011, 12:51

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938 -ci ildə  Naxıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957 -ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra tərcüməçi işləyib. 1975-ci ilin yanvarında Azərbaycan DTK onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq həbsdə qalıb. Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib. 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. 
22 avqust 2000 -ci ildə Türkiyədə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

 

 

Sabiq deputat Şahlar Əsgərovla fotosöhbət
 
08.06.2011, 12:29

Şahlar Qaçay oğlu Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.
1993-cü ildən BDU-nun professorudur. 1994-1995-ci illərdə BDU-nun Beynəlxaəq əlaqələr üzrə prorektoru olub.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü olub. Bir sıra monoqrafiyaların, kitabların, patentlərin müəllifidir. 16 elmlər namizədi və doktor yetişdirib. “Şöhrət” ordeni və “Əməkdar elm xadimi” titullarına malikdir. Evlidir, 2 övladı var.

 


Xalq artisti Habil Əliyevlə fotosöhbət
 
18.04.2011, 10:35

Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. 7 yaşında rayon mərkəzindəki 3 saylı yeddiillik məktəbə gedib. Əvvəlcə tarla maraqlanıb. Ancaq fiziki cəhətdən zəif olduğu üçün biləyi tara tab gətirməyib. Kamançanı seçib. Elə həmin vaxtdan da meylini kamana salıb.
1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas Musiqi Məktəbinin kamança şöbəsinə daxil olub. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayıb. 1961-ci ildə televiziyada ilk konserti olub.
Xalq artisti, Prezidentinin fərdi təqaüdçüsüdür. Evlidir, 3 qızı, 1 oğlu, 8 nəvəsi var.

Şair Fikrət Qoca ilə fotosöhbət
 
11.04.2011, 10:00

Fikrət Göyüş oğlu Qocayev (Qoca) 25 avqust 1935-ci ildə Ağdaş rayonun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1956-cı ildən mətbuatda çap olunur. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib. Azərbaycan Respublikası əməkdar incəsənət xadimidir (1978). 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Şöhrət” ordenli xalq şairidir. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib.
“Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Dənizdə ay çiməndə” (1967), “Yatmadağım gecələrdə” (1970), “Günlərin bir günü” (1972), “Gül ömrü” (1975), “İnsan xasiyyəti” (1980) və s. şeir və poema toplularında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələr əksini tapıb.


(Səhifə 1, cəmi 4)   « Geriyə | 1 | 2 | 3 | 4 | İrəli »




 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC