Bakıda jurnalist tutulub. Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin verdiyi məlumata görə, I Zabrat qəsəbə sakini Müştaba Əliyev özünü “Azərbaycan İdeyası” qəzetinin əməkdaşı kimi təqdim edərək Mərdəkan qəsəbə sakini Kamil Şükürov barəsində qəzetlərdə rüsvayedici məqalələr dərc edəcəyi ilə ona hədə-qorxu gəlib.
Abşeron rayonunun Qobu qəsəbəsində həyat sönüb. Bu barədə Modern.az saytına qəsəbədə yaşayan “Gun.az” saytının parlament müxbiri Kamil Həmzəoğlu məlumat verib.
Modern.az saytı xəbər verir ki, “Azadlıq” Radiosu ilə radionun Bakı bürosunun keçmiş əməkdaşı Aygün Muradxanlı arasında məhkəmə çəkişməsi davam edir. Yada salaq ki, jurnalist əmək hüquqlarının pozulması iddiası ilə radioya qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, ötən il noyabrın 11-də hakim Tahir İsmayılov məhkəmə prosesi keçirmədən iddianın rədd edilməsi haqqında qərar çıxarmışdı.
Bir neçə il əvvəlin söhbətidir. “Azadlıq” radiosunda işləyən jurnalist dostum İlqar Rəsulun radioda tanınmış sənət adamları ilə silsilə müsahibələri gedirdi. Onun qonaqlarından biri də şou-biznesin ünlü simalarından olan Zülfiyyə Xanbabayeva olmuşdu. Maraqlı müsahibə alınmışdı. Həyatdan-filandan gap eləmişdilər. İlqar mənə sonra danışdı ki, Zülfiyyə xanım söhbətdən çox məmnun qalıb və .... qəribə bir ifadə işlədib: “Sizin kimi jurnalistləri biz niyə görmürük, tanımırıq? Bizim ətrafımızdakı jurnalistlər isə sadəcə dəhşətdirlər...”.
Yanvarın 31-də Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun inkişafına önəmli töhfə verdiklərinə görə təltif olunmuş media orqanlarına və jurnalistlərə fərqlənmə diplomlarının təqdim olunması mərasimi kecirilib.
Tanınmış jurnalist, “Xalq qəzeti”nin sabiq baş redaktoru Mahal İsmayıloğlunun ailəsinə itki üz verib. Mahal bəyin bacısı Hürümələk İsmayılova ötən gecə dünyasını dəyişib.
Rusdilli “Kaspiy” qəzetinin baş redaktorunun birinci müavini, tanınmış jurnalist Kənan Quluzadə yanvarın 27-də vəzifəsindən istefa verib. Modern.az saytının məlumatına görə, K.Quluzadə bu barədə özünün Facebook-dakı səhifəsində qeyd edib.