Suriyada baş verən məlum qanlı hadisələr xarici ölkə vətəndaşlarını buradan köçməyə məcbur edib. Suriyanı tərk edən insanlar arasında Azərbaycan vətəndaşları da var. Amma orada qalan həmvətənlərimiz də az deyil. Onlar neçə nəfərdirlər?
Azərbaycanda müxtəlif şəxslər Fransa mallarını boykot çağırışları səsləndirsə də, bu, nəticəsiz qaldı. Sözdə fransız mallarını boykot etmək çağırışı gerçəklikdə müşahidə olunmadı. Yəni satan satır, alan da alır...
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ötən il respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edən müəllimlərdən neçə nəfərin təlimat qaydalarını pozduğu barədə statistikanı açıqlayıb.
Fevralın 1-dən 2-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti yenidən kəskinləşəcək, güclü külək əsəcək, fasilələrlə qar yağacaq, temperatur mənfi 3°-dək düşəcək.
Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu bütün türk dünyasının səbrini kükrədib daşırdı. Həyasızlığın da bir həddi, əndazəsi olmalıdır axı. Fransa isə özünün prioritet kimi qəbul etdiyi dəyərlərə - demokratiya və insan haqlarına, ifadə və söz azadlığına bir anda arxa çevirərək, daha doğrusu, tüpürərək rüsvayçı qərara imza atdı.
Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, lakin ayın ilk günlərində və ayın ikinci ongünlüyündə temperaturun iqlim normasından aşağı enəcəyi proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı gözlənilir.
Ziyalılar Forumu Fransa Senatının “erməni soyqırımı”nın inkarının cinayət sayılması haqda qəbul etdiyi qanuna etiraz olaraq nəzərdə tutulan böyük mitinqlə bağlı hazırlıqlarını davam etdirir. Ziyalılar Forumunun təsisçilərindən biri, “Azərbaycan Naminə” İctimai Mərkəzin rəhbəri Eldar Namazov Modern.az satytına deyib ki, aksiyanın keçiriləcəyi yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət bir neçə vacib məsələinin müzakirəsindən sonra ediləcək:
BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPI) Azərbaycandakı nümayəndəliyi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi, “Lider Qadınlar” İctimai Birliyi və "Azərbaycan Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı dəyirmi masa təşkil edəcək. Tədbir 3 fevral 2012-ci il, saat 11.00-da BMT-nin Azərbaycandakı nümayəndəliyinin əsas ofisində konfrans zalında baş tutacaq.
Dünyada dini qütbləşmənin getdikcə qabardığı məqamda müsəlman dövləti olan İranın siyasətini heç cür anlamaq olmur. Həyata keçirilən bu siyasət İranda yaşayan xalqlar o cümlədən sayı 40 milyona yaxın olan soydaşlarımız tərəfindən rahatlıqla həzm ediləcəyi inandırıcı deyil.