Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə uyğun olaraq, Şura üzvlüyünə yeni namizədlərin irəli sürülməsini təmin etmək üçün 2012-ci ilin fevral ayı ərzində aşağıda qeyd olunan sahələr üzrə ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcək.
Qloballaşan dünya prosesləri bizdən həyati bacarıqlara yiyələnən və yüksək milli mənəvi dəyərlərə malik vətəndaşın yetişdirilməsini tələb edir. İnsan fərd kimi doğulub tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə və cəmiyyətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafını iddiasında olmaq əbəsdir.
“Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Açıq-Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsini həyata keçirir.
Yanvarın 25-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fransa Senatının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi qanunla əlaqədar Azərbaycan qeyri-hökumət təşkilatları birgə bəyanat verib. Modern.az bəyanatı təqdim edir:
Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi”ni aydınlaşdıracaq ənənəvi reytinq sorğusuna start verib. Modern.az xəbər verir ki, artıq üçüncü dəfə reallaşdırılan rəy sorğusu 2009-cu il noyabr ayından “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adlı layihənin davamı kimi həyata keçirilir.
«Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi Nobel Sülh Mükafatı Komitəsinə müraciət edib. Modern.az həmin müraciətin mətnini təqdim edir:
Yazıçı-jurnalist Rafiq Tağının qətlindən sonra yaradılmış ictimai təhqiqat qrupu öz araşdırmalarını başa çatdırıb. Bu barədə Modern.az-a məlumat verən təhqiqat qrupunun rəhbəri, "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev yanvarın 21-də qətlin istintaqına dair ictimai nəzarəti həyata keçirən preventiv qrupun ilkin hesabatının ictimaiyyətə təqdim olunacağını bildirib.