Modern.az

Mübariz İbrahimovun xatirəsi harada və necə əbədiləşdirilib?

Mübariz İbrahimovun xatirəsi  harada və necə əbədiləşdirilib?

19 İyun 2015, 17:16

 

Milli qəhrəman,  şəhid Mübariz İbrahimovun ölümündən beş il ötdü.  Milli Ordunun giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də xidmət etdiyi Tərtər rayonunun N saylı hərbi hissəsinin döyüş postundan düşmən tərəfə keçərək ermənilərin xeyli itki verməsinə səbəb olub. Göstərdiyi rəşadətə görə həm dövlət, həm də cəmiyyətin yüksək qiymətini alan şəhid ölümündən beş il sonra da unudulmur.  

Modern.az Milli Qəhrəmanın adının əbədiləşdirilməsi üçün görülən işləri təqdim edir:

1. “Palmali” Şirkətlər qrupu özünün yük tankerlərindən birinə Mübariz İbrahimovun adını verib.

2. “İstiqlal” snayper tüfəngləri ailəsindən 12,7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırılıb.

3. Biləsuvar şəhərində yeni lisey-məktəb kompleksi onun adını daşıyır.

4. “Era” pradakşn qəhrəman gizirə aid “Mübariz” filmini çəkib.

5. Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub.  

Haqqında yazılan kitablar:  

Mustafa Çəmənli -  “Mübariz” romanı

Elxan Elatlı - “Qisas gecəsi” romanı

Maarif Köçkün - “Mübariz cəsarəti” romanı

Baxşeyiş Abbasoğlunun - “Ölüm son deyil... və yaxud əbədiyyət nəğməsi” romanı

Çingiz Qacar - “Turan bahaduru”

Zaur Ustac “Oriyentir Ulduzu”.  

Türkiyə, İran, Rusiya, Gürcüstan kimi ölkələrdə isə haqında müəyyən materiallar hazırlanıb. Türkiyənin “Sakarya Fırat” adlı məşhur serialında barəsində çox xoş sözlər deyilib, qəhrəmanlığından danışılıb.

Rusiyanın prezidenti Vladimir Putin onu Rembo adlandırıb. Qonşu İranda isə haqqında 5 dəqiqəlik epizodik film çəkilib.  

Elmin NURİ      

 
Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı