05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Rusiya mətbuatı Medvedevin Bakı səfərindən nə yazır?
 03.09.2010, 10:13


Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib. RF dövlət başçısı bu gün Bakıda rəsmi görüşlərə başlayacaq. Modern.az xəbər verir ki, Medvedevin Ermənistandan sonra Azərbaycana reallaşdırdığı bu səfər Rusiya mətbuatında geniş şərh olunmaqdadır.  Medvedevin Bakı səfəri Moskvada bir neçə aspektdən təhlil olunur.  

“Medvedev Azərbaycana izahat verəcək”
 

Rusiyann “qazeta.ru” saytı yazır ki,  Medvedevin Bakıya səfəri gedişində başlıca müzakirə mövzularından biri Rusiyanın Ermənistanla hərbi əlaqələrinin gücləndirməsinin Azərbaycanda yaratdığı narahatlıq olacaq. Medvedev Rusiya-Ermənistan hərbi müqaviləsi ilə bağlı rəsmi Bakının narahatlığını aradan qaldırmağa səy göstərəcək.   Səfər gedişində dövlət sərhədlərinə dair saziş imzalanacaq.   

RF prezidentinin köməkçisi Sergey Prixodkonun sözlərinə görə,  dövlət sərhədi haqqında müqavilə Xəzərə qədər Rusiya, Azərbaycan və Gürücstanın dövlət sərhəd xətlərinin təmas xətlərinin möhkəmləndirilməsinə xidmət edir. Prixodko qeyd edib ki, Azərbaycan Rusiya ilə  bu cür müqavilə imzalayan ilk ölkədir. “Bu sənəd ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı üçün başlıca xarakter daşıyır. Bu sənəd Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmlənməsində real töhfə verir”,-deyə Prixodko bildirib. 

MDB ölkələri institutunun direktor müavini Vladimir Jirixin qeyd edir ki, bu sənəd olduqca vacibdir, belə ki dövlət sərhədini Azərbaycan və Dağıstanda yaşayan ləzgiləri ayırır. “Dövlət sərhədi haqqında müqavilə Azərbaycan üçün sabitlik qarantıdır”,-deyə Jirixin bildirib Rusiya mətbuatı yazır ki, Medvedev Əliyevlə İranla əməkdaşlıq məsələlərini də diqqətdə saxlayacaqlar. “İranla əməkdaşlıq məsələlərinin də diqqətdə olması istisna olunmur. Bu ölkələr qonşudurlar və regionda baş verənlər bütün tərəfləri dərindən düşündürür”,-deyə Prixodko bildirib. Politoloq Aleksey Vlasovun sözlərinə görə, “Medvedev və Əliyevə bu problemə dinc yanaşmanın zərurilyini Vaşinqton qarşısında nümayiş etdirmək lazım gələcək”.  

Moskvadakı mənbə Medvedevin səfərində Rusiya – Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin diqqətdə olacağını təsdiq etsə də bu barədə hər hansı konkret bilgi verməyib. Jirixin isə hesab edir ki, Azərbaycan ordusu Rusiya hərbi texnikası və silahı ilə komplektləşdirilib. Buna görə də həm Rusiya silahının Azərbaycana verilməsi,  həm də Azərbaycan ordusundakı rus hərbi texnikasının təmirindən söhbət gedə bilər. Aleksey Vlasov hesab edir ki, Medvedevin Bakı səfərində Azərbaycana silah satışı gündəmə gələcək.  

Moskvada qeyd edirlər ki, Medvedev-Əliyev görüşündə əsas müzakirə mövzularından biri  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir. Rusiyalı politoloqlar hesab edir ki, münaqişənin nizama salınması istiqamətində az da olsa irəliləyişlər qeydə alınıb. Bu irəliləyiş prosesin  siyasi məcrada davam etdirilməsinə imkan verir. Rusiyanın Ermənistanla bağladığı hərbi müqavilə də Bakıda diqqət mərkəzində olacaq. Kremldə Azərbaycanın sözügedən hərbi müqavilədən narahatlıq keçirməsinə şübhə ilə yanaşırlar.   

“Biz heç də demirik ki, azərbaycanlılara qarşı erməniləri müdafiə edəcəyik. Azərbaycanda bu məsələyə münasibət fərqlidir. Vəziyyətdən baş çıxaran insanlar bu məsələdən o qədər də narahatlıq keçirmir,  müxalifət partiyalarının fikirlərinə gəldikdə isə.. biz buna sakit yanaşırıq”,-deyə Moskvadakı mənbə bildirib.  

“Qazeta.ru” saytı yazır ki, Rusiya nümayəndə heyəti Bakıda Ermənistanla imzalanmış hərbi müqavilə mövzusunu qaldırmaq niyyətində deyil, lakin Azərbaycan tərəfin bu məsələni  qaldırmasına da hazırdır.  

Ekspertlər qeyd edir ki, Medvedev-Əliyev görüşündən Qarabağ münaqişəsinin nizama salınması istiqamətində hər hansı irəliləyişə  ümid etməyə dəyməz.  Jirixin qeyd edir ki, prezidentlərin  görüşündə Qarabağ başlıca müzakirə mövzularından olacaq. Onun sözlərinə görə, “Medvedev hər iki tərəfdən qəbul olunan vasitəçidir və mən hesab etmirəm ki, biz danışıqların nəticələrini öyrənə biləcəyik”. 
Politoloq Aleksey Vlasov da eyni fikirdədir. “Bir neçə görüşlə problemi həll etmək olmaz,  hansısa irəliləyişləri yaxın vaxtlarda gözləməyə dəyməz. Məsələn, Azərbaycan son anda hərbi güc tətbiq olunmayacağını  rəsmən elan edə, Ermənistan isə Qarabağ ətrafındakı torpaqları qaytara bilər”. 

“Medvedev Azərbaycana  qaz üçün  gedib”  

Rusiyanın xəbər agentlikləri Medvedevin Bakıya Azərbaycan qazı üçün səfər etdiyini yazır. Qeyd olunur ki, ikitərəfli əməkdaşlıq məsələlərinin və Qafqazdakı vəziyyətin müzakirəsindən sonra Azərbaycandan  Rusiyaya ixrac olunan qazın həcminin artırılması barədə saziş imzalanacaq.

“İnterfaks
” agentliyi Rusiya prezidentinin köməkçisi Sergey Prixodkoya istinadən xəbər verir ki, Medvedev – Əliyev görüşündə ikitərəfli iqtisadi-ticari əməkdaşlıq, Xəzərdə beynəlxalq əməkdaşlıq və İranla əməkdaşlıq məsələləri müzakirə olunacaq. Prezidentlərin təkbətək görüşündən sonra tərəflərin iştirakı ilə geniş tərkibli iclasda dövlət sərhədi haqqında sazişin imzalanması gözlənilir. “İnterfaks” qeyd edir ki, görüşdə  Azərbaycandan Rusiyaya qazın həcminin artırlması barədə saziş imzalanacaq. Agentlik qeyd edir kit, Rusiya Azərbaycana iki ədəd S-300 (ZPK) PMU-2 “Favorit”  zenit-raket kompleks diviziyası verəcək. Müqavilənin dəyəri 300 milyon dollardır. Bu, postsovet respublikalarının tarixində Rusiyanın satmış olduğu ən bahalı hərbi texnika hesab olunur. RF üçün Azərbaycan qazı baha başa gəlir. “Qazprom” Azərbaycan qazının hər min kub metri üçün 244,5 dollar ödəyir. “Qazpom” Azərbaycandan ildə 0,5 milyard kub metr qaz alır. Azərbaycan qazının  Nabukko ilə Avropa bazarlarına nəqlinin qarşısını almaq məqsədilə Rusiya  monopolisti  Azərbaycanda hasil olunan bütün artıq qazı almaq niyyətindədir.    

Moskvada nəşr olunan ingilisdilli “The Moscow Times" jurnalı yazır ki, Medvedevin Bakı səfərinin gündəliyi çox sıxdır. RF prezidenti diqqəti SSRİ dönəmindən qalma problemlərin həllinə yönəldəcək. Ayrıca olaraq Ermənistanla bağlanan hərbi sazişə görə  Medvedevin Bakıda kəskin tənqid olunması da gözlənilir.
Jurnal yazır ki, Medvedevin səfərində başlıca mövzulardan biri energetika olacaq.  

Modern.az
 
 

 
Oxunub: 574
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
hatəm
03-09-2010
Rusiya ilə Ermənistan arasında imzalanmış protokol yeni bir şey deyildir. Bu protokol oldu ya olmadı istənilən halda ruslar ermənilərə kömək edəcəkdir, çünki bu yaltaq millət həmişə rusların əlində bir oyuncaq olub və olacaqdır. Ruslar isə öz sevimli oyuncaqlarında imtina etmək fikrində deyillər.Sadəcə olaraq Azərbaycan öz hərbi potensialını daha da artlırmalı və tez-tez lokal döyüşlərə yer verməlidir.Təmas xəttində snayperlərin sayı artırılmalı, düşmənə işğal etdiyi ərazilərdə sərbəst gəzməyə imkan verilmənəlidir.Hər gün düşmən əsgərinin qanı axıdılmalı və onların hesabatı aparılmalıdır. Müdafiə istehkamları qurulmalı və onlar tam möhkəmləndirilməlidir.Uzaq vuran artileriya qurğuları həmişə Stepanakerti və digər düşmən şəhərlərini hər an vurmağa hazır olmalıdır. Qarabağda konustisiyanın hərbi yolla bərpası hər an gündəmdə olmalıdır. Gələcək döyüşlər üçün könüllü-kontrakt əsasında döyüşçülər hazırlanmalıdır.Təmas xəttindəki əsgərlərin maddi və mənəvi təminatı daha artırılmalıdır. Düşməni qorxmağa və geri çəkilməyə məcbur etmək lazımdır. Erməni yaltaq və qorxaqdır.Bundan istifadə edib psixoloji üstünlük qazanmaq lazımdır.Lokal döyüşlər zamanı vertolyotlar istifadə etmək lazımdır ki,düşmən daha çox itgi versin.







Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC