Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
Axtarış
Parlament
Son xəbərlər
Ölkə
Cəmiyyət
Müsahibə
QHT
Fotosöhbət
Gündəm
Media
Reportaj
Mədəniyyət
Dünya
Maraqlı
Foto
Video
Forum
Sorğular
Reklam xidməti
Axtarış
Əlaqə
Xəbərlər arxivi
New Page 2
A
A
A
Ramzan Kadırov daha çeçen prezidenti deyil
02.09.2010, 17:58
Çeçenistanda prezident postu ləğv edilib. Modern.az RİA-istinadən bildirir ki, bu barədə qərarı Çeçenistan parlamenti bu gün keçiridyi iclasında qəbul edib. Millət vəkilləri yekdilliklə “prezident” adını “başçı” ilə əvəz ediblər. Bundan sonra Ramzan Kadırov “Çeçenistanın başçısı” adlanacaq. Bununla bağlı Çeçenistanın Konstitutsiyasında müvafiq dəyişiklk edilib.
İlk dəfə olaraq Ramzan Kadırov avqust ayında bu barədə fikrini bildirib. O, vurğulayıb ki, Rusiya Federasiyasının bir prezidenti olmalıdır - o da Dimitri Medvedevdi. Bir gün sonra parlament “başçı” sözünü müzakirəyə çıxarıb.
Qeyd edək ki, Kadırovdan sonra Rusiya Federasiyasının digər subyektlərinin rəhbərləri -İnquşetiya, Dağıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarının prezidentləri də analoji addım atacaqlarını bəyan ediblər. Yalnız Tatarıstanda Kadırovun addımı çox soyuq qarşılanıb.
Bütövlükdə Rusiyanın prezident üsul-idarəsinin olduğu 13 regionu var.