05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Ən yaxşı qəzet jurnalisti kimdir? (telejurnalistlərlə sorğu)
 02.09.2010, 17:21


Yazılı mətbuatımızda tanınmış imza sahibləri çoxdur. Onlardan bəzilərini gənc jurnalistlər özlərinə örnək sayırlar. Onlar peşəkarlıq səviyyələrinə, təqdimata görə bir-birlərindən fərlənirlər.
Modern.az ötən həftə çap mətbuatında çalışan baş redaktorlara “Hansı telejurnalisti bəyənirsiniz” sualı ilə müraciət etmişdi.
Bu dəfə eyni sorğunu televiziya jurnalistləri arasında keçirdik. Telejurnalistlərə “qəzetlərdə çalışan hansı qələm sahiblərinin yazılarını bəyənirsiniz” sualı ilə müraciət etdik. Cavablarla siz də tanış olun.

ANS şirkətlər qrupunun viste-prezidenti Mirşahin Ağayev:
 “Mən qəzetləri oxuyuram, amma çətindi ad çəkmək. Ümumiyyətlə bu günün qəzet jurnalistikası məni qane etmir. Bu gün Azərbaycanda mənim xoşuma gələn qəzet jurnalisti yoxdur. Təbii ki, 2-ci yerdədə yoxdu, 3-cü yerdə də yoxdu. Məncə 4 yer də boşdur, 5-ci yerə mən Aqil Abbası qoyardım.
Mənə elə gəlir ki, birinci yerdə Şirməmməd Hüseynovdur. Mən onun “525-ci qəzet”dəki yazılarını oxuyuram. Digər mətbuat orqanlarında çıxan məqalələrini də oxumuşam. Hesab edirəm ki, bütün göstəricilərə və parametrlərə uyuğun bizim bir jurnalistimiz var, o da Şirməmməd Hüseynovdur”.

ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu:
“Mən “Yeni Müsavat”dan Elşad Paşasoyun, “525-ci qəzet”dən Kamil Həmzəoğlunun adını çəkərdim. Bir nəfər də yadıma düşdü. “Azərbaycan” qəzetindən İxtiyar Hüseyinli. Belə başqa bəyəndiyim yoxdur”.

“Xəzər” TV-nin İnformasiya şefi Nəcəf Həsənov:
 “Xəbərləri oxuyuruq, amma elə bir jurnalist yoxdur ki, xəbəri maraqlı etsin. Yəni xəbəri maraqlı edən jurnalist bilmirəm. Özəl araşdırmalar yazan muxbir olmadığı üçün dəqiq xatırlamıram. Məsələn, parlamentdə qanun qəbul olunur, redaksiya öz jurnalistini göndərir. O da hər jurnalistin edə biləcəyi bir şeyi edir. Elə bir xüsusiyyət görmürəm. Sözün düzü təqib etmirəm qəzetləri, desəm ki, bunu oxuyuram, onu oxuyuram, yalan olardı”.

Az TV-nin əməkdaşı İbrahim Məmmədli:
“Çox gözlənilməz sual oldu. Mən “Exo” qəzetindən Nair Əliyevin adını çəkmək istəyərdim. “Kaspi”dən Natiq Məmmədlini də deyə bilərəm. Mən informasiya agentliklərini daha çox oxuyuram. Çətinlik çəkirəm deməyə. Elə bu iki nəfəri qeyd edin”.

İctimai Televiziyanın İnformasiya və Analitik Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu:
“Jurnalistikanin müxtəlif sahələri üzrə çalışan çoxsaylı qələm adamları var ki, onları maraqla izləyirəm. Ancaq, məsələn, elə gözəl köşə yazarları var ki, reportaj, ya da xəbər işləməyi bacarmırlar və yaxud əksinə - araşdırmaları ilə seçilən jurnalistin köşə yazısı bəzən çox zəif olur. Yeni jurnalistikanın reportaj, analitik təhlil, təhqiqat, xəbər, iqtisadiyyat, idman ve s. müxtəlif sahələrində peşəkar yazılarıyla seçilən qələm dostlarımız coxdu. Onlari umumiləşdirmək və konkret bir həmkarımızın üstündə durmaq çətindir. Həm də ən yaxşı qəzet jurnalistinin kimliyi sualına konkret cavab ifrat subyektivlik tələb edir ki, bu da obyektiv olmağa çalışan jurnalistə yaraşmaz. Amma köşələrin və yazılarını maraqla oxuduğum yazarlar var”.

Vüqar Ağamalıoğlu

 
Oxunub: 962
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
ehmed
02-09-2010
Bu telejurnalistler ozlerinden yaman razidirlar ha. Her halda bu onlarin hem de qeyri-semimi olduqlarina iware edir. Onlarin dediklerinden bele cixir ki Azerbaycanda qezet jurnalistikasi yoxdur. Amma cetine duwende gozel yazilari ile bu insanlarin komeklerine catan mehz qezet jurnalistleri olur. Hec uzaga getmeyek Eynulla olayinda Mirsahin Agayevi oz yazilari ile destekleyen beyem qezet jurnalistleri deyildi?


İlham
02-09-2010
"Xəzər"in əməkdaşı elə danışıb ki, lap gül vurub


Aytac
02-09-2010
eger bele bir sorgu ictimaiyyet arasinda aparilsa ve mene de sual olunsa ilk olaraq, 525-ci qezetden Kamil Hemzeoglunun adini cekerdim. cunki onun yazilarinda hem xeber var, hem de maariflendirici amiller. TV jurnlistlerden ise AZTV'den Afaq Vasifqizinin. Sozugeden xanim da oz verilishlerinde milli - menevi deyerlere xususi ehemiyyet verir ve danishiq dili cox selistdir. Kamil, Afaq kimi jurnalistlerimiz ne qeder cox olsa efirdeki bayagi sozler de ekrandan yigiwdirilar.


OZAL
02-09-2010
Necef sozlerin ucun sag ol. neyleyek bize goruntu imkani verilmirki xeberleri insanlara calib oynamaqla catdiraq


ASİF
02-09-2010
SİZLƏRİ 100 % ƏMİN EDİRƏM. SUAL ÜNVANLADIQLARINIZIN ÇOXU QƏZET OXUMUR. TƏK İBRAHİM ETİRAF EDİB Kİ, AGENTLİKLƏRİ OXUYUR. NƏCƏFDƏN 5-6 QƏZET ADINI SORUŞSANIZ BİLMƏYƏCƏK. BAXIN KİMƏ SUAL VERİRİSİNİZ?


Ayka
03-09-2010
Hormetli Mirsahin, Necef, Ibrahim muellim bu televiziyz jurnalistleri o derecede savadsizdirlar ki menim tedbirlerde onlara da, yazib verdiyiniz amma uzunden bele oxuya bilmedikleri suallarina da gulmeyim gelir. Sizin yeqin bunlardan xeberiniz olmur. ANS-in jurnalisti Cingiz Esgerova sual verir ki Avropa Mehkemesinin lacinlilarin ishi ile baqli iclasi harada kecirilecek. Gulmeli deyilmi? Yaxud ANS-in muxbiri Gurcustanin sefirine filan mesele BTC-nin tikintisini texire sala bilermi? deye sorusur. Tebii ki sizin yazdiqiniz suali duzgun oxumamisdi? Bu nece gulmeli deyil? Ve onlarin sehfini qezet jurnalistleri duzeldir. Mirsahin muellim sizin isdedadinizi ve ANS-nizi davranislariniz, pul verenin havasina oynamaqiniz 1 qepikden de asaqi edib. Bu barade dusunun


Ayka
03-09-2010
Necef sizin muxbirler butun sosial ve iqtisadi movzulari, hetta metnleri qezetlerden gotururler. Bunu bilmemish olmazsan. Jurnalistika 1 saniye goruntu verib yarim saat stand up etmek deyil. 5 reportaj eyni sesle gedir baxmaq bele mumkun deyil bu barede dushunun


sabiq 525-ci
03-09-2010
525-ci qezitin butun jurnalistleri peshekardir. Peshekar olmadan bu qezetde islemek bele mumkun deyil. Bu gun butun kanallarda mehz 525-den yararlanir. Eziyyet cekin ordaki yazilari, arasdirmalari oxuyun sonra danisin


Fidan
03-09-2010
Televiziyalar mövzuların 70 faizini qəzetlərdən oğurlayırlar Niyə tanımırlar? Çox yaxşı tanıyırlar Amma etiraf etmək istəmirlər


Nara
03-09-2010
Yuxarida qeyd edilen bezi serhlerle razi olsam da bezileri ile razi deyilem/ Duzdu televiziyalar qezet materiallarindan istifade edirler amma hazirda etiraf edek ki agentlikler her hansi bir xeberi daha operativ yaydiqlarina gore onlardan daha cox istifade olunur. Butun televiziyalarin xaber muxbirleri agentliklerden istifade edirler/ Bunu hem muxbirler hem de rehberleri cox gozel bilir/ Basqasinin qeleminden istifade edir amma beyenmirler/ Gulmeli deyilmi?


sima
03-09-2010
Doğrudan da televizyonçular, təbii ki. bəziləri niyə belə özlərindən razıdırlar? Hansə əsasla. Belə özündə razıların işi-gücü qəzetlərin. agentliklərin yazdıqlarını oxumaqdır. Onun, bunun yazdıqlarını oxumaq meger özəl araşdıramadır? Halbuki qəzetler imkan daxilinde bunu ede bilirler.
Telejurnalistlərin arasında peşəkarları da çoxdur. Amma onların eleleride var ki. Tedbirlerde, açıqlama götürən zaman qəzet. agentlik jurnalistlərinin ağzımı güdürlər. Qabiliyyətləri çatmır sual verməyə. Bu Necef bey özü kimdir ki? Hələ onun özü bir yazı yazsın, sonra danışar.


Samir
03-09-2010
Gor telejurnalistika ne gundedir. Allah sene rehmet elesin AzTV.


Elvin
06-09-2010
Qəzet və agentlikdə çalışan jurnalistlər, TV-dəki həmkarlarından qat-qat səviyyəlidirlər...
Təbii ki, Nəcəfi, Vaqifi demirəm, amma hər TV-də Mirşahinlər, İbrahimlər də var.


Əli Zülfüqaroğlu
06-09-2010
Azərbaycan televiziyaları haqqında Zamin Hacı çox dəqiq ifadə işlədib - telekanalizasiya. Təbii ki, telekanalizasiyada çalışanların fikirləri öz iyi ilə fərqlənəcək. Bu gün Azərbaycan televiziyalarına baxanlar çox azdır. 1-2 faiz tamaçaşı varsa, bu da çarəsizlikdəndir. Hamı türk və rus kanallarına baxır. Mən bu gün telejurnalistləırin içərisində yalnız Mir Şahini istedadlı hesab edirəm. O da özünü dartib qoyub allahın yerində. Heç olmasa onu internet forumlarda təhqir edənlərdən müdafiə edən qəzetlərdəki yazıları oxumağı məsləhət görürəm. Qaldı televiziya müxbirlərinə. Onların hansı savadın yiyəsi olduğunu hamımız gözəl bilirik. Bir də ki hansı sahədə çalımasından asılı olmayaraq özünü dartan insan arxası yox vedrə kimidir. 2001-ci ildə mən jurnalistika fakültəsinin tələbəsi idim. Sentyabrın 11-də ABŞ-da olan terror hadisəsini AzTV 33 dəqiqədən sonra vermişdi. TRT isə terror hadisəsinə canlı yayımladı. Bunlar TRT və ya CNN-in əməkdaşları olsalar allahlıq iddiasında olardılar. Digər kanallar da geridə qalmışdilar. İndi bunlar utanmadan peşəkarlıqdan danışırlar. Ümumiyyətlə bu gun Azərbaycan televiziyalarının ölkə həqiqətlərini təbliğ etmə imkanları sıfıra bərabərdir. Bəzi fahişələri reklam etməklə Azərbaycan mentalitetinə zərbə vurur və pul qazanırlar. Əlcəzirəni, CNN-i, BBC-ni, ORT-ni, TRT-ni bir kənara qoyuram. Heş olmasa Mozambik televiziyalarinin səviyyəsinə çatsınlar. Ondan sonra qəzetlərə yuxarıdan aşağı baxarlar.


Vusal Tagibeyli
07-09-2010
eziz dostlar!
burda coxlari sherh yazir, telejurnalistleri tenqid edir, amma ozlerindeki eyibleri gormurler. Mir Shaininistedadina shubhe etmirem, amma onu ideal da saymiram. cunki onu dovran tanitdi, o dovran ki, indiki ozune biznes ve ya diger qazanc menbeleri tapan ekser jurnalistler o vaxt meydana cixib, informasiya aclarinin - sovetden ayrilib suverenlik kelmesini yenice menimseyenlerin qehramanlarina cevrildiler. amma cox eyibdir ki, telekanala telekanalizasiya adini metbuat etikasindan xebersizler verirler ve metbuatda 3-5 gun ishleyenler de onlara cepik calirlar. metbuatin faciesi bax, budur. metbuatda ozune az da olsa hormet qazanmayanlar, internet tercumeleri ve ya emaillerine atilan hesabat xarakterli informasiyalarla corekpulu qazananlar umumiyyetle susmalidirlar - tenqid hedefinde qalanlardan yaxshi ne ise goturmeye calismalidirlar.
eziz media mensublari, bir-birinizin etini yemeyin, onsuz da sizin etinizi yeyib, sumuklerinizi de ceyneyirler...


Zuzu
08-09-2010
Telekanallarda az-cox peshekarliq numayish etdirenlerin ekseriyyeti qezetlerin "shinel"inden cixanlardi. Hec buna fikir vermisiniz? Yerde qalanlarina geldikde, onlar hec imla yaza bilirlermi ki, insha da yaza bilsinler?


Anar
08-09-2010
Anar Yusifoglu ele bil hec qezetci olmayib


Elmar
09-09-2010
En yaxshi gezet jurnalistlerine misal olarag zamin haci, samir sari ve s. 100 mirshahin 1 zaminin eyneyine deymez.p.s zaminle shexsi tanishligim yoxdur






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC