05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
“Həzrəti Yusif” filmi, SÖZ-ün qüdrəti
 02.09.2010, 14:59

Yaşadığımız Ramazan günlərində “Space” telekanalının efirində yayımlanan “Həzrəti Yusif” serialı qısa müddətdə özünə xeyli auditoriya toplaya bilib. Film İran kinematoqrafçılarının istehsalıdır. Lakin onu mahiyyətcə bir ölkənin, bir xalqın, hətta konkret bir regionun filmi kimi dəyərləndirmək olmur.
“Həzrəti Yusif” bir çox parametrlərinə görə özündə ümumbəşəri dəyərləri cəmləşdirə bilən nadir filmlərdəndir. Burada peşəkar dublyajın da əhəmiyyəti böyükdür. Filmi səsləndirən aktyorların yerli-yerində seçilməsinin şahidi olur tamaşaçı. Mətnin oxunuşunda lazımsız pafos yaradaraq sözü öz orbitindən çıxmış durumda təqdim etmək, sözləri yazıldığı kimi oxuyaraq tələffüzün qaydalarını gözləməmək kimi seyrçinin ürəyini bulandıran əlamətlərin olmaması filmi bir qədər də əhəmiyyətli duruma gətirib. Fikrimcə, sonuncu söylədiyim də çox vacib amillərdəndir.
Vaxtilə ANS telekanalının “Titanik” filmini çox professional biçimdə dublyaj etdiyini qeyd etmişdim. Buna görə məni qınayanlar da tapılmışdı.Yaxşıya yaxşı deyərlər. “Titanik”ə birinci dəfə tamaşa edənlər onun Azərbaycan dilində lentə alındığını zənn edə bilərdilər. Bu böyük mətləblərin insanlara çatdırılması naminə konturları ustalıqla cızılmış məsələnin köməkçi bir tərəfi...

“Həzrəti Yusif” filmi haqqında internet materiallarına baxıram. Məlum olur ki, 45 seriyadan ibarət filmi İranın tanınmış kinorejissoru Fərəcullah Sələhşur ekranlaşdırıb. Film “CineSalam prodakşn”da tərcümə və dublyaj olunub. Filmi Azərbaycanın xalq artistləri İlham Əsgərov, Həmidə Ömərova, əməkdar artist Kazım Abdullayev, aktyorlar Elşən Rüstəmov, Məmməd Səfa, Şəfəq Əliyeva, Qədir Mirzə, Natəvan Qeybani, Pərviz Bağırov və digər 20-yə yaxın peşəkar aktyor səsləndirib.

“Həzrəti Yusif ” serialındakı Yaqub Peyğəmbərin (ə) obrazını səsləndirən xaq artisti, Azərbaycan Akademik Milli Dram Teatrının artisti İlham Əsgərov bildirib ki, “bu film nəinki mənim, filmi seyr edən bütün insanların da həyatında böyük izlər buraxır. "Həzrəti Yusif " filmindəki əsas rollardan birini də mən səsləndirirəm. Bu mənim həyatıma böyük təsir elədi. Hisslərimin təmizlənməsində bu filmin böyük rolu oldu”.

“Həzrəti Yusif”də baş verənlər indiyədək müxtəlif mənbələrdən oxuduğumuz təkzibedilməz tarixi faktların məcmusudur. Mənim filmdə diqqətimi özəl olaraq çəkən məqamsa dünyanı idarə etməyə ən böyük iddialı, hər şeydən uca SÖZ-ün burada göstərdiyi şücaətləri seyr etməkdir. Təbii ki, söhbət qiymətli SÖZ-dən gedir. Fərqi yoxdur ki, onu 10 yaşlı uşaq səsləndirir və ya ahıl yaşlı qoca. Yusifin ən ağır durumlarında onun dadına çatan SÖZ-ü həm də onun hansı formada, hansı tonda deməyidir. O, sadəcə olaraq “bəlkə məndən sizə bir xətər dəymişdir” kimi ifədəni özünəməxsus ifadə formasında deməklə daş qəlbləri əridib muma döndərir, ibrətamiz fikirləri ilə hamının, hətta maddi mənada “sahibinin” də sevimlisinə çevrilə bilir. Fikir verirsinizmi, bu, insanların nisbətən təhsilləndiyi, artıq taxta parçalarına itaət etməyin boş və mənasızlığını anlamağa başladıqları dövrlərə təsadüf edir. İnsanlar zaman-zaman ətraflarında baş verənləri dərk elədikcə təkallahlılığa doğru gedirlər. Bunu onlara anladansa kiçik yaşlı, “əcnəbi qulam” Yusif olur. Bütün bunların “gözlənilən”, “olacaq” kimi dəyərləndirilməyinə baxmayaraq, həmin ifadələrin insanların davranışında, gələcəkdə - Yusif peyğəmbərdən sonrakı dövrlərdə böyük, qanlı müharibələrin qarşısının alınmasında əvəzsiz rol oynadığının fərqində olmaya bilmirsən. Burada Azərbaycan xalqının folklor yaddaşında yaşayan ““ho-ho” var dağa qaldırar, “ho-ho” var dağdan endirər” deyimi yadıma düşür. İnkişaf etmiş hesab olunan indiki dövrü götürək. Çağdaş həyatımızda dünyanın nüfuzlu media qurumlarının öz əməkdaşlarına təlim etdiyi “insanlara yanaşma formulaları”, “həmsöhbətə münasibətdə ton və taktikanın düzgün seçilməsi praktikasının tətbiqi”, “müxtəlifbaxışlılara münasibətdə balansın qorunması” və s. də həmin seçilmiş, ali insanların əsrlərlə etdiyi təlqinlərin nəticələridir. İnsanlar bu yollardan sapdırılanda iri və ya kiçik miqyaslı fəlakətlərin baş verməsi dediklərimizə əyani sübutdur.

Bir sözlə, istərdim ki, tamaşaçılar ərsəyə gətirənləri və dublyaj yaradıcılarını böyük sevgilərə layiq olan bu filmin bütün detallarına diqqət edərək, ona təkcə dini baxış bucağından yanaşmasınlar, həm də böyük SÖZ-ün qüdrəti prizmasından onun dünyəvi əhəmiyyətini dərk etsinlər. Bütün hallarda yüksək peşəkarlıqla dublyaj olunmuş bu film yaradıcı heyətin və “Space” telekanalının həm də mənəvi boşluqların doldurulmasına istiqamətlənən Ramazan günlərində insanlara çox dəyərli hədiyyəsidir.

 
Oxunub: 5304
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Süleyman Fərzəliyev
02-09-2010
Nəzirməmməd müəllim mən sizə yüksək dəyərə malik olan səmimi yanaşmanıza görə təşəkkür edirəm.
film həqiqətəndə gözəl çəkilib. Bu film insan həyatını dəyişmək qabiliyyətinə malikdir bu bir məktəbdir.
Filmin tərcüməsi və dublyajı mənim həyatımdada təsirsiz olmadı. sizə minnətdaram. Süleyman Fərzəliyev


Süleyman Fərzəliyev
02-09-2010
Nəzirməmməd müəllim sizə yaradıcı kollektivimiz adından təşəkkür edirəm
CineSalam


Samir
02-09-2010
Nəzirməmməd bəy, oxudum. Cox gözəl yazıbsınız. Sizə uğurlar...


hatəm
03-09-2010
Əla film və əla düblyajdır. halal olsun.Bu amerikalıların əxlaqsız filmlərindəm min dəfə yaxşıdır.


Vüqar
03-09-2010
Nəzirməmməd müəllim, çox təəssüf edirəm ki, bu filmə baxmağa mənim imkanım olmur. Ona görə də, serial barədə öz sözümü deyə bilmərəm. Sizin yazıdan belə başa düşürəm ki, dəyərli kinodur. Lakin, mən o gün bir qəzetdə oxudum ki, “Yusifdənsə, elə Pedro yaxşıdır”. Yazının adı da elə belədir. (http://merkez-az.com/view.php?langaz&menu30&date2010-09-01&id16727) Özü də müəllif iddia edir ki, o bu fikri əsaslı şəkildə deyir. Ona görə də mən çaşqınlıq içində qaldım. Xahiş edirəm əgər imkanınız olsa münasibətinizi bildirin.


Nəzirməmməd
04-09-2010
Vüqar müəllim, mən ümumiyyətlə sabun operalarına baxmaqdan uzağam.Ancaq "Həzrəti Yusif"i onlarla müqayisə etmək olmaz. Burada serialı uzatmaq xatirinə yersiz süjetlər də yoxdur. Ümumilikdə isə mən ona milli və dini baxımdan yanaşmamışam. Burada dünyanın zülmətdən işığa doğru irəlilədiyi məqamlar həkk olunub. Tarixi baxımdan Yusif peyğəmbəri hansısa millətin özününküləşdirməsinin də tərəfdarı deyiləm. Bu ümumiyyətlə mübahisəli, tarixçilərin və din xadimlərinin öhdəsinə buraxılası məsələdir. Ədalətin, işıqlı ideyaları yaymaq və alqışlamaqsa hamımızın borcudur.


Vüqar
05-09-2010
Nəzirməmməd müəllim, mən Sizi başa düşdüm. Dəyərli fikirlərin, sözlərin, ideyaların dini, milləti olmur.


Space in dostu
06-09-2010
space in gozu kor olub bunu gormur eee tebrikler gozeldi


mehriban@073
07-09-2010
Nəzirməmməd müəllim, cox gozəl və sozün əsl mənasında tərbiyəvi filmdir. Sizə ugurlar arzu ediram. xaiş edərdimki belə filmlər cox gostərilsin..


SALMANOV ELI
07-09-2010
COX GOZEL SERIALDI. INSAN NE QEDER BAXSA YENE BAXMAQ ISTEYIR. ALLAH BU FILMI ERSEYE GETIRENLERDEN RAZI OLSUN


vahid
08-09-2010
yusifin kinosuna baxanda sanki ela bil sirin sirin iftar sufrasinda oturub xurma yemaya benzeyir.esasda yusifin yaxsi gunlerina tamasa edanda


Fani
10-09-2010
hmm.. ilk öncə onu söyləyim ki haqqında bəhs etdiyiniz film və eyni zamanda sizin film haqda gəldiyiniz nəticə diqqətimi çəkmədidə deyil .. sadəcə bir məqamı qeyd etmək istərdim çox syda filmlərə baxmışam müxtəlif səğpkidə müxtəlif janrda amma “Həzrəti Yusif” filmində nəsə özünəməxsusibir məqam var çünki rejjisorun lentə aldığı məqamlar ümümbəşəri islma tarixində öz sözünü demiş və təsdiq etmiş hadisələrə inanır.. dublyaja gəlincə isə bu filmdə zəhməti keçənlərin hər birinə tsh qiymət vermək mənim deyildə bu janrda peşakarların fikri daha düzgün olar ona görə filmi inşallah sona qədər izləyəcəm...


Şehla
11-09-2010
Bu serial ve siz də qeyd etdiyiniz kimi serialın yüksək səviyyədə dublyaj olunması şəxsən mənim üçün Space kanalına baxmağa yeganə səbəbdir. Buna göre Space kanalını təbrik edirəm. Çox gözəl, ibrətamiz, hər kəsin bir şeylər öyrənəcəyi filmdir.


Ilqar Abdullah
14-09-2010
Hezreti Yusif filmi Qurani-Kerimden goturulmush Yusif suresidir.


kamil
16-09-2010
heqiqeten de chox ibretamiz kinodur.yuksek menevi deyerlere soykenen bu film bizim cemiyyetde insanlarin exlaqinda tesiredici rola malikdir.Bu kinoya baxdiqda uca Allahin boyukluyunu her sheye qadir oldugunu gorursen.chalisaq her seyden tekebburlukden uzaq olaq ve insanlara hormet edek hezreti yusif kimi


Aygün
17-09-2010
Olduqca gozəl filimdir. Filmin həmdə bu qədər gozəl olması,bu qədər sevilməsi mənim fikrimcə dubliyajdanda asılıdır. Son illərdə verilən filimlərin hamısından əladır.Dubliyajda iştirak edən aktyorlara minnətdaram. Onlar sanki filmə yenidən can veriblər. Kaşki, hər birimiz bu filmdən nə isə yaxşı bir şey öyrənə bilək. düzün desəm inana bilmirəmki, bu film İranda istehsal olunub.


İradə Məlikova
19-09-2010
Bu fürsətdən istifadə edib filimin dublyajında iştirak edən bütün işçilərə öz minnətdarlığımı bildirirəm. Bu filimi gözəl edən Allahın kalamıdır. Çünkü güdrət kalamdadır. İnsan hər ağızdan çıxam kəlməsinə fikir verməlidir. Yusig kinosununa baxmayan internetdə türk dilində baxa bilər. Yazılı oxumaq istəyən isə Yusif barədə Tovrat kitabından Yaradılış 37 fəsildən 50 fəslə qədər oxuya bilərərlər. Yusif haqda Quran deyil Tovratda geniş yazılıb. Ümumiyyətlə peygəmbərlər haqda geniş məlumatlar oxumaq istəyən Tovratı oxumalıdır. Bu haqda Quran kitabında İnəkƏl-Bəqərədə 4-5 surədə yazılıb:
O kəslərki, sənə göndərilənə (Qur’ana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
Ümumiyyətlə Allahın bizlərə göndərdiyi 4 kitabın hamısınl oxumaq lazımdır ki o gğzəl ayələridə allahın bizlərə dediklərini, vəd etdiklərini anlayaq. Neçə illərdir ki Yusif haqda baxdiğınız kinoda olanlar Tovratda 1 kitabda Yaradılışda var, amma bizi İblis aldadib ki bu ammonun kitabıdır. İndi biz Vəhy dövrünü yaşadığımızdan bu insanlara açılır. Kitab oxumaq nə vaxtdan günahdır.
Həyatda Yusif kimi olmaq istəyən varsa Allahın bizə göndərdiyi Qurandan əvvəlki 3 kitabı da oxumaq lazımdır.
Sual: Əlifbanı bilmədən kimsə mənim yazdıqlarımı oxuya bilərdimi?
Cavab: Xeyir oxuya bilməzdi... Quranı dərk eləmək üçün ondan əvvəl Allah tərəfindən bizə göndərilən Tovrat,Ş Zəbur vəı İncili də oxumaq lazımdır ki Həyatda yaşaya bilək.
Bir daha tərcümə işində savadlı iş görüb Allahın kalamını dəyışmədən saxlayan kollektivə öz minnəıtdarlığımı bildirirəm.


telman
19-09-2010
Azerbaycan telemekaninda en yuksek seviyyeli dublyaj.


Tofiq
20-09-2010
Film, tərcümə və dublyaj haqqında müəllifin fikirlərinə tamamilə şərikəm. Çox istərdim ki bizim telekanallar heç vaxt indiki Amerika fantastikası və animasiya filmlərinin dublyajına getməsinlər. Şərq və Şərqin tarixi haqqında olan filmlər daha cəlbedici olmaqla gənc nəslin tərbiyəsinə də çox müsbət təsir göstərirlər. "Həzrəti Yusif" filmi isə özünün dini fanatizmdən və mövhumatdan uzaqlığı ilə seçilən senarisi ilə tamaşaçılara allah və onun varlığı haqqında daha bir reallıq aşılayır. Bu filmdə problemlərin həlli üçün seçilmiş deyimlər-sözlər və onun həlli yolları insanı ətrafındakılara qarşı mərhəmətli və şəfqətli olmağa sövq edir. Belə filmlər müsəlmanların qanında terrorçu toxumlarının olmadığını bir daha sübut edir. Bu mövzuya toxunduğu üçün müəllifə öz təşəkkürümü bildirirəm. Yaxşı olar telekanalların sifarışi ilə hazırlanan dublyajların keyfiyyəti barədə tamaşaçı rəyləri vaxtaşırı televiziyaların özündə də müzakirə ediləydi.


Vüsal
20-09-2010
Şübhəsiz yaxşı filmdir. Amma bəzi əlavə də dəyişikliklər var, hansılar ki Quranda ona rast gəlmirik. Amma bu da anlaşılandır, çünki ən azından bir bəndənin senarisi əsasında çəkilib. Yenə də təqdirə layiqdir. Bu cür gözəl film ola-ola həftənin istirahət günü bu filmin əvəzinə səviyəsiz şou-biznes verlişləri vermək lazımdırmı? Allahın kəlamını insana çatdıran bu vasitəni qoyub, əsəblərimizi korlayan səviyəsiz verlişi verməsəniz olmaz? Onsuz da filmarası reklamlar cammatın əsəblərin xarab edib.


suleyman313@mail.ru
28-09-2010
Hamını slamlayıram və nəzirməmməd müəllimə Həzrət Yusif filmi barədə dəyərli yazıya görə təşəkkür edirəm.
Film barədə eləcədə tərcümə və dublyajı barədə deyilənlərədə hörmətlə yanaşıram.
Qeyd edim ki film Space tv də yox CineSalam şirkətində tərcümə və dublyaj olunub tv yalnız bu filmi yayımlayır. Dublyajı 7 ay ətzində işləmişik bunu bilənlər deyir ki həqiqətəndə gözəl səsləndirilib. hər işdə bir əsgiklik ola bilər amma peşəkar səsləndirmək bizim işimizdir. Hazırda yeni bir tarixi serialın dublyajı ilə məşğuluq.
Reklamlar isə həddindən artıq çoxdur həqiqətəndə tamaşaçıları narahat edir. məncə bu qədər reklama ehtiyac yoxdur.
Filmin senaristi və rejissoru əslən Azəri övladı olan Fərəcullah Sələhşurdur. O bundan "Əshabi Kəhf" serialı "və digər filmlərin də rejissoru olub hazırda isə Musa peyğəmbər haqda serial işləyir.
Cənab Sələhşur məndən Azərbaycan tamaşaçısının onu dua etməsini istəyib. Mən onun istəyini sizə çatdırdım. Allah onu bütün arzularına çatdırsın.


LEYLA
14-03-2011
Hezreti YUSIF ALLAHMIZIN boyuk eseridi menim Rebbime Sukurler olsun men HEZRETI YUSIF Peygemberin qebrini dagidanlara ALLAHDAN lenet olsun neceki lenet eliyib Axiretde Allaha nece cavab verecekler?






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC