05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Azərbaycan Beynəlxalq Universiteti niyə bağlanır?
 01.09.2010, 18:37
Sentyabrın 1-də təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Modern.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Əmrdə qeyd olunur ki, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb.
Cari ilin iyul ayının 8-də Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddəti  bitdiyi üçün bu məsələyə yenidən baxilması, eləcə də, bu ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə Ekspert qrupu yaradılıb. Ekspert qrupu ali məktəbin maddi-texniki bazası ilə tanış olmaqla, universitet rəhbərliyinin və Təhsil Nazirliyinin müvafiq şöbələrinin təqdim etdiyi sənədləri təhlil etməklə araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, 2005-ci illə müqayisədə Azərbaycan Beynəlxalq Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də, tədris prosesinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmayıb, hətta daha ciddi pozuntulara yol verilib. Ekspert qrupunun hazırladığı arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub.

İclasda universitetin ali kollegial idarəetmə orqanı olan Elmi Şurasının imkanlarından istifadə edilmədiyi, ali məktəbin strukturuna daxil olan fakültələrin bir çoxunun mövcud qaydaların tələblərinə zidd fəaliyyət göstərdiyi, əksər kafedralar, xüsusən texniki ixtisaslar üzrə mütəxəssis hazırlayan kafedralarda zəruri avadanlıqla təchiz edilmiş tədris laboratoriyalarının olmadığı, kafedraların işinin düzgün təşkil edilmədiyi, müəllimlərin dərs bölgüsündə müvafiq qaydaların kütləvi şəkildə pozulduğu, universitetdə yüksək ixtisas dərəcəsinə malik olmayan və alimlik dərəcəsi (elmi adı) olmayan müəllimlərə mühazirə dərslərinin verildiyi, mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların tədris planlarının tərtibində qüvvədə olan normativ sənədlərin tələblərinə tam riayət olunmadığı, tədris planlarında bir sıra fənlərin tədrisinə ayrılan saatların normativlərdən az olduğu və ya ümumiyyətlə tədris olunmadığı, nizam-intizam qaydalarına riayət edilmədiyi və tələbələrin dərslərə davamiyyətində ciddi nöqsanların olduğu, qrupların tədris jurnallarının formal olaraq doldurulduğu, bəzən dəyişdirildiyi və müəllimlərin imzalarının saxtalaşdırıldığı, tələbələrin biliyinin formal qiymətləndirildiyi, fənlərin tədrisinin pərakəndə şəkildə (müəllimin istədiyi kimi) aparıldığı, universitetdə tələbə kontingentinin formalaşması, tələbələrin kursdan kursa keçirilməsi, qrup və birləşmələrin təşkilində ciddi pozuntulara yol verildiyi, universitetin daxilində bir ixtisasdan digərinə və ya digər ali məktəblərdən tələbələrin köçürülməsi, tələbələr sı­rasına bərpası və xaric olunması zamanı mövcud qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulduğu, hətta saxtakarlığa yol verildiyi, köçürülmə sənədlərinin saxtalaşdırıldığı, diplom vermə zamanı sənədləşmə və sənədlərin icrası mexanizminin kobud şəkildə pozulduğu, universitetin Moskva filialının fəaliyyətinin mövcud normativ sənədlərə uyğun təşkil olunmadığı qeyd edilib.
Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli 003283 №-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub. Eləcə də, universitet rəhbərliyinə 01.09.2010-cu il tarixə qədər ali məktəbdə təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı 10 gün müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etmək tapşırılıb.
Həmçinin, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu ali məktəbə qəbul olunub hal-hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlamaq barədə tapşırıq verilib.

Modern.az
 
Oxunub: 596
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
ulya
01-09-2010
bes telebelerin aqibeti ne olacaq?






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC