05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Qubadlılı jurnalistlərin Qubadlı haqda düşüncələri...
 31.08.2010, 15:00


Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 17 il keçir. Qubadlı 1993-cü il avqustun 31-də işğal edilib. Bu gün müxtəlif mətbuat oqranlarında Qubadlıdan olan xeyli jurnalist çalışır. Onlardan bir neçəsi Qubadlı ilə bağlı hiss və düşüncələrini  Modern.az-la bölüşüblər.

“TV plus” jurnalının əməkdaşı Rasim Mədəd:
“Qubadlı mənim üçün əvəzolunmaz bir yerdir. Azərbaycanın çox yerində olmuşam, amma Qubadlı kimi yer görməmişəm, nə Qubadlının suyu kimi su içmişəm, nə Qubadlının havası kimi hava udmuşam, nə də Qubadlının mer-meyvəsin başqa rayonlarda görə bilmişəm. Qubadlı torpağı o qədər zəngin bir rayon idi ki, bu sözlə ifadə olunası deyil. Təbiət Qubadlıya elə bir gözəllik bəxş etmişdi ki... Dağlar arasında, iki böyük çayla paralel, barlı-bərəkətli... Allah llah hər şeyi vermişdi. Ancaq torpağımızı qoruyub  saxlaya bilmədik.
Bir dəfə yeniyetmə vaxtlarımızda dostlarla səfalı bir yerdə oturub çörək yeyirdik, yaxınlığımızdan keçən bir ağsaqqal kişi bizə yanaçıb dedi ki, “bu yerlərin qədrini bilin bala, belə gözəlliyi Allah hər yerə qismət eləmir. O kişidə uzaqgörənlik varmış. Onda biz onu dərk etməzdik, müharibədən səs-soraq yox idi, on beş-on altı yaşlı yeniyetmələr idik, dərdsiz-qayğısız yaşayırdıq. Onda biz dərk etmədik ki, bu ağsaqqal nə demək istəyir. Vaxt ötdü, zaman dəyişdi, doğma yurdun başını qara buludlar alanda anladıq ki, o kişi nə demək istəyirmiş.
Təəsüf ki, Qubadlını itirdik. Bu günə qədər hər il avqustun 31-ni mən öz aləmimdə matəm elan edirəm. Həmin gün işə də getmirəm. Bax bu gün də evdəyəm. 31 avqustda mənim üçün hər şey qapalı olur. Evdən eşiyə çıxmıram. 17 ildir mən Qubadlının matəmini belə qarşılayıram. Amma ona da inanıram ki, torpaqlarımızı geri alacağıq”.

“Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədli:
“Qubadlının, Laçının, Kəlbəcərin, Şuşanın, o biri rayonların işğal günlərində kiminsə mətbuatda pafosla danışması məni yandırıb-yaxır, bundan həqiqətən xoşum gəlmir. Mən də Qubadlıda gedən müharibənin iştirakçısı olmuşam, amma mənim indi nəsə danışmaqdan xoşum gəlmir. Azərbaycan bizim vətənimizdi, Qubadlı onun bir parçasıdı. Təbii ki, heç kim istəməz ki, onun doğulduğu yer işğalda qalsın. Hər bir insana uşaqlığını keçirdiyi yerlər doğmadır, o yerlər üçün adamın burnunun ucu göynəyir. İstəyirəm ki, üzərinə çıxdığım daşları, qayaları bir daha görüm, o yerləri bir daha gəzim, dolanım. Allah bu işləri törədənlərin evini yıxsın. Biz əzizlərimizin qəbirlərinə getməkdən də məhrum olmuşuq. Adama çox pis təsir edir”.

Müstəqil jurnalist Rəsul Mirhəşimli:
“31 avqust – Qubadlının işğalı gününü bir millətin aciz qalıdığı tarix kimi xatırlayıram.  Bu düşüncə ərazisi işğal olunmuş bütün rayonlarımız üçün keçərlidir. Lakin hadisənin müşahidə edənlərlə onu yaşayanlar arasında təbii ki, fərq var.
Bir elin sərgərdan qalıb, hər kəsdən ümidinin kəsildiyi gün onun yaddaşında ən faciəli notların yazıldığı məqamdır. 1993-cü ildə bir-birinin ardınca rayonlarımız işğal olunduqca, artıq bu “növbənin” Qubadlıya da bir gün çatacağını hər kəs gözləyirdi. Qəribəsi də bu idi ki, heç kəs də rayonun başına belə bri müsibətin gələcəyinə inanmırdı, ya da özünü inandırmaq istəmirdi.

Mən Qubadlıda təşkil olunan Milli Ordu hissələrində könüllü olaraq xidmət etmişdim. Bilirdim ki, üçtrəfəli mühasirə şəraitində Qubadlıda olan hərbi texnika rayonu müdafiə edib, işğal faktorunun qarşısını almaq gücündə deyil. Bir tərəfdən də o dövrdə ölkədə baş verən siyasi hadisələr burulğanında faktiki hakimiyyətin sərhədlərimizi qorumaq fikri yox idi. İş qalırdı həmin rayonlarda olan zəif hərbi texnika ilə silahlanmış pərakəndə hərbi qüvvələrin öhdəsində. Bu səviyyədə müdafiə olunmaq isə reallıqdan uzaq idi.
Qubadlı Qarabağdakı rayonlar arasında o yerlərdən idi ki, 1993-cü ilin 31 avqustuna qədər bir qarış torpağına da düşməni yaxın buraxmamışdı. Avqustun 31-də isə bütöv bir elin qismətinə köçkünlük yazıldı.

Rayon işğal olunanda mənim 24 yaşım var idi. İşğaldan sonrakı ilk illərdə yaşlı adamlar israrla tezliklə rayona qayıdacağıq deyəndə, mənə çox qəribə gəlirdi. Çünki rayonların işğaldan azad olunması ilə bağlı heç bir real addımların olmadığını görəndə mənə bu təsəlli də ağlasığmaz gəlirdi. Ancaq yaşa dolduqca bir hikmətə əmin oldum, o adamlar Allahdan yeganə ümidlərini – rayona qayıtmaq, doğma yerlərdə dünyasını dəyişmək, ata-babalarının məzarı yanıda dəfn olunmaq hisslərini də itirmək istəmirdilər. Elə bu ümidlə də o adamların çoxu Bakıda, Sumqayıtda və başqa Qubadlıdan çox uzaq yerlərdə ömürlərini başa vurdular.
Təsəvvür edin ki, mən yuxularımı ancaq Qubadlıdan görürəm indi... İndi mənim də o yuxulardan başqa bir təsəllim yoxdu.
Bir ata üçün də ən aciz durumu övladı qarşısında acız duruma düşməsidi. Bizim övladlarımız qarşısında bu acizliyimiz torpaqlarımızı qoruya bilmədiyimiz və onu geri ala bilmədiyimzidədir.
Allah-Təala bizi bizi bu acizlikdən quratrsın!”.

Vüqar Ağamalıoğlu   

 
Oxunub: 976
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Vusale Rustemova Bizim Yol qezeti
31-08-2010
Men de eslen Qubadlidanam.Mollali kendinden. bu gece kendimi yuxumda gormusem, gun boyu hec cur ozume gele bilmirdim. hetta ayin tarixini bilmirdim. yadima dusendedki bu gun ayin 31-de kendimin yuxuma niye girdini anladim.

Ay Allah! ne ola bir defe mene kendimi gormek sansini ver. Her gun bu duani edirem. Usaqliq illerimi kecirdim kendim ucun hedden artiq darixiram


XAN
31-08-2010
Rəsul Mirhəşimli çox yanğılı və səmimi danışıb.. İçdən danışıb. Hacı, inşallah yuxulaın çin olar... Darıxma.. Mən heç deməyə söz tapa bilmirəm..Baxmayaraq k. işğal olunmuş ryonlardan deyiləm. Amma "eln o baş bu başı olmaz" deyiblər. O topaqlar həm də mənim elimdr. Torpağımıdr. Nə deyim Allah səbr versin.


Zabil Müqabiloqlu
31-08-2010
Bizm kənd Qubadlıya çox yaxındı. Qubadlının işğalı təhlükəsi əvvəlcədən olsa daŞ işğal bir göz qırpımında oldu. Ermənilərin çoxsaylı döyüş texnikası və piyada qüvvələri Xanlıq kəndinə girib faktiki Qubadlını mühasirəyə aldlar. Bir göz qırpımında ara qarışdı vı məhəllə, küçə döyüşləri başladı. Xanlıq bizim kəndə çox yaxın olduğundan hadisələr göümüzün qarşısında baş verirdi. Hücumdan əvvəl Qubadlıda və Zəngilanda hər kəs 1 sentyabr Bilik gününə hazırlaşırdı. Amma sən demə bizi işğal günü gözləyirmiş....


Şəkili jurnalist
01-09-2010
İntiqam Məmmədli pafosla danışanları bəyənmir, amma özü elə pafosla deyir ki, Qubadlıda döyüşüb. Əlbəttə sən döyüşməliydin, yoxsa sənin əvəzinə mən gəlib qorumalıydım Qubadlını????


Yashar
01-09-2010
Mövzu Qubadlının işğalından gedirsə, İntiqam bəyin həyacanını başa düşmək olar. Şəkili sənin mənim yoxdur. Şəkili könüllü batalyonları həmişə rəşadət göstəriblər. Sizin kimi sənin mənim deməyiblər. Biz hamımız hal-hazıda Qarabağlıyıq. Torpaqlar alınmayınca belə pafoslu çıxışlara qarşıyam. O, döyüşlərdə Əliyar kimi oğullar şəhid oldu. Sənin cürətin çatsaydı adını yazardın. Mən zabitəm, yaralı veteranam. bu zamana kimi heç bir liqotdan istifadə etmək fikrim də yoxdur. Vətən sağ olsun! Qubadlıdan olsamda o istiqamətdə döyüşlərdə iştirak etməmişəm, rəhmətlik atam da buna görə məni qınayırdı. O qınaq başqa idi, sənin qınağın tamam başqa. Mübarizin qəhrəmanlığı millətin canından Xocalı, daşaltı xofun çıxarıb. Mən də qələbəyə inanıram. Allah ömür versin hamılıqla xoş günlərimizi Qarabağda qeyd edək. Qaradağda yox, KARABAXda yox, QARABAĞDA!!! P.S. yolun Türkiyəyə düşsə sənə şəkli deməyəcəklər, səndən bir AZərbaycanlı kimi soracaqlar. Niyə döyüşmürsən? Anan -bacın erməni əsrətində ola-ola. Cavab: .......


Intiqam Valehoğlu
02-09-2010
QUBADLİ İŞĞAL OLUNANDA MƏNİM 8 YAŞİM VAR İDİ. AMMA İNDİKİ KİMİ YADİMDADİR HƏR ŞEY-RƏNDİMİZ YUSİFBƏYLİ. GÜLLƏ SƏSLƏRİ, ÇAŞQİN VƏZİYYƏTDƏ OLAN SADƏ İNSANLAR........


FARXAD
02-09-2010
Qubadlı rayonunun işğalından 17 il keçir. Rayonun müdafiyəsində qəhrəmancasına vuruşub, şəhid olanların qəbri nurla dolsun. Allah ailə üzvlərinə səbr versin! Amin!

Я из страны,
Где был и шах,и хан,
Где было много слез,
Где было много ран!
Но не сломила ведь,
Она свой гибкий стан-
Великая страна-ТУРАН!!!
Хоть властелины мира
Терзали мой народ,
Звезда Азербайджана
Осветит небосвод
Прославит весь Кавказ,
Прославит тюркский род!
Могучий мой народ,
Великий мой народ!
Şəhidlərin rütbəsi rütbələrin ən şərəflisidir. Deyilənə görə, axirat günündə şəhidlər zümrəsinə hər çeşidli mənəvi hədiyyələr və onların arzu etdikləri hər şey veriləcəkdir. Şəhidlər rütbəsi bağışlanıldıqdan sonra haqq tərəfindən bir nida gəlir:
-- Ey müqəddəs məhəbbət yolunda canlarını verənlər! Ey bəla məclisində möhnət zəhərini şəfa şərbəti bilənlər! Başqa muradınız varsa, bildirin hasil olsun, məqsədiniz nə isə bəlli edin, istəyiniz yerinə yetsin. Şəhidlər firqəsi bu cavabı verir:
--Ya rəbb! Bu şəhidlik səadətinin nəticəsini görüb iradəmiz qüvvətlənmişdir. Arzumuz yenidən dünyaya dönüb təkrar şəhidlik səadətinə qovuşmaqdır.

"Vətən sağ olsun"
Əliyar ALLAH sənə rəhmət etsin!






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC