
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktorunun təşəbbüsü ilə Fondun Müşahidə Şurasının iclası keçirilib. İclasda 02 avqust 2010-cu ildə elan olunmuş "KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı" müsabiqəsinin yekunları müzakirə olunub.
Modern.az-ın məlumatına görə, fondun icraçı direktoru Vüqar Səfərli müsabiqəyə təqdim olunmuş layihələr haqda məlumat verərək, ümumilikdə 15 istiqamət üzrə 41 layihənin daxil olduğunu bildirib. Fonda daxil olan layihələrin 20-i qəzet redaksiyası, 12-i jurnalist təşkilatı, 9-u isə informasiya agentliyi tərəfindən təqdim edilib.
İclasda müsabiqənin nəticələri müzakirə edilib və ekspertlərin rəyləri nəzərə alınaraq qalib layihələr müəyyən olunub. Qalib qurumlardan 19-u qəzet redaksiyası, 6-ı informasiya agentliyi, 5-i isə jurnalist təşkilatıdır.
Müsabiqənin qalibləri aşağıdakılardır:
I İSTİQAMƏT
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Həftə içi" qəzeti | İnsan hüquq və azadlıqlarının müdafiəsi demokratik cəmiyyətin ən ali prinsipidir/ 4 ay | Seyidova Sevinc Mirsucəddin qızı | Seyidova Sevinc Mirsucəddin qızı | 20 000 AZN |
| 2 | "Olaylar" İnformasiya Agentliyi | İnsan alverinə qarşı mübarizədə əhalinin maarifləndirilməsi və savadlandırılması işi/ 4 ay | Əliyev Yunus İsaxan oğlu | Əliyev Yunus İsaxan oğlu | 7 500 AZ |
II İSTİQAMƏT
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməs
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Jurnalistlərin Həmkarlar İttifaqı" | "Milli maraqlar və jurnalistika prinsiplərinin uzlaşdırılması formaları" haqqında jurnalistlərin məlumatlandırılması/ 4 ay | Ələsgərli Müşfiq Məşi oğlu | Ələsgərli Müşfiq Məşi oğlu | 7 000 AZN |
| 2 | "Azərbaycan Jurnalist Qadınlar" Assosiasiyası | Demokratiyanın təməl prinsipi-azad söz, plüralizm/ 4 ay | İsgəndərli Səbinə, Əliyeva Zöhrə | Yusifova Sevil Şərif qızı | 5 000 AZN |
| 3 | "Səs" İnformasiya Agentliyi | Azərbaycan Respublikasında söz və məlumat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində kütləvi informasiya vasitələrinin rolunun artırılması / 4 ay | Quliyev Bəhruz Vaqif oğlu | Quliyev Bəhruz Vaqif oğlu | 5 000 AZN |
III İSTİQAMƏT
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Olaylar" qəzeti | Erməni iddialarının gerçək tarixi faktları əks etdirən təkzibolunmaz dəlillərlə ifşası/ 4 ay | Əliyev Yunus İsaxan oğlu | Əliyev Yunus İsaxan oğlu | 25 000 AZN |
| 2 | "Yeni Müsavat" qəzeti | Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi /4 ay | Abbasov Rauf Arif oğlu | Abbasov Rauf Arif oğlu | 25 000 AZN |
| 3 | "Assa-İradə" İnformasiya Agentliyi | Ermənistanın işğalı və etnik təmizləmə aparması nəticəsində öz yurdlarından qovulmuş qaçqın və köçkünlər, xalqımızın maddi və mədəni abidələrinin dağıdılması haqqında həqiqətlər/ 4 ay | Abbasov Fazil Famil oğlu | Abbasov Fazil Famil oğlu | 5 000 AZN |
IV İSTİQAMƏT
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Azəri Press" İnformasiya Agentliyi | Azərbaycanın dünya birliyinə inteqrasiyası: ölkənin xarici siyasi hədəflərinin mediada işıqlandırılması / 4 ay | Abışova Vüsalə Mahir qızı | Abışova Vüsalə Mahir qızı | 7 500 AZN |
V İSTİQAMƏT
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Yeni Azərbaycan" qəzeti | Qaçqın və məcburi köçkün vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması və rifah halının yüksəldilməsi üçün dövlətin həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə təbliği/ 4 ay | Yeni Azərbaycan Partiyası | Məmmədov Hikmət Baba oğlu | 25 000 AZN |
VI İSTİQAMƏT
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Kaspi" qəzeti | Azərbaycanın dövlətçilik tarixinin təbliği/ 4 ay | "İntellekt" firması | Natiq Məmmədov | 25 000 AZN |
| 2 | "Palitra" qəzeti | İnsan kapitalının formalaşması ilə bağlı elmi müzakirələr/ 4 ay | K.R.Əliyeva | Əliyev Namiq Həsən oğlu | 20 000 AZN |
| 3 | "Reytinq" qəzeti | Gənc nəslin elmə gəlişinin KİV-də təşviqi/ 4 ay | Afiq Yelmar oğlu Mirzə | Afiq Yelmar oğlu Mirzə | 5 000 AZN |
VII İSTİQAMƏT
Azərbaycançılıq ideyasının təbliği
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Azadlıq" qəzeti | Azərbaycançılıq ideyasının təbliği /4 ay | Kollektiv | Əhmədov Azər Qüdrət oğlu | 25 000 AZN |
| 2 | "AzerNEWS" qəzeti | İngilis dilində Azərbaycançılıq ideyasının təbliği / 4 ay | Abbasov Fazil Famil oğlu, Adilov Adil Məhəmməd oğlu | Abbasov Fazil Famil oğlu | 5 000 AZN |
VIII İSTİQAMƏT
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Xalq Cəbhəsi" qəzeti | Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliği/4 ay | Məmmədxanov İlqar Əlixan oğlu | Mirzəbəyli Elçin Əbdülrəhim oğlu | 25 000 AZN |
| 2 | "Futbol+qol" qəzeti | Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi/4 ay | Vəliyev Fariz Əhməd oğlu | Vəliyev Fariz Əhməd oğlu | 15 000 AZN |
| 3 | "Oxu Məni" qəzeti | Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi mövzusunun mətbuatda işıqlandırılması / 4 ay | Qocayev Natiq Vəli oğlu | Qocayev Natiq Vəli oğlu | 10 000 AZN |
IX İSTİQAMƏT
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Səs" qəzeti | Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində sahibkarlığın inkişafına informasiya dəstəyi/4 ay | "Əlincə" Xeyriyyə Cəmiyyəti | Quliyev Bəhruz Vaqif oğlu | 25 000 AZN |
| 2 | "İqtisadiyyat" qəzeti | Region müəssisələrinin xarici bazarlara çıxışı/4 ay | Səmədzadə Ziyad Əliabbas oğlu | Səmədzadə Aytən Ziyad qızı | 5 000 AZN |
X İSTİQAMƏT
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Mövqe" qəzeti | İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsində KİV-lərin rolu/ 4 ay | "Azərmətbuatyayımı" ASC | Ələsgərov İlham Maşallah oğlu | 25 000 AZN |
XI İSTİQAMƏT
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Trend" İnformasiya Agentliyi | Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi/4 ay | Hüseynov İlqar Məmməd oğlu | Hüseynov İlqar Məmməd oğlu | 7 500 AZN |
XII İSTİQAMƏT
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Bakı-Xəbər" qəzeti | Müstəqil Azərbaycanda dini və milli tolerantlıq/ 4 ay | Tağıyev Tahir Məmmədqulu oğlu | Quliyev Aydın Alqulu oğlu | 25 000 AZN |
| 2 | "Paritet" qəzeti | Tolerantlıq ünvanı-Azərbaycan/ 4 ay | Mehdiyeva Nigar İsmayıl qızı | Quliyev Cəmaləddin Həsən oğlu | 20 000 AZN |
| 3 | "Azadinform" İnformasiya Agentliyi | Milli azlıqların sosial-mədəni inkişafının KİV-də dəstəklənməsi/ 4 ay | "İntellekt" firması | Hacıyev Asəf Adil oğlu | 7 500 AZN |
XIII İSTİQAMƏT
Ekologiya və ətraf mühitin mühafizəsi
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "Ədalət" qəzeti | İnsanları sağlam olan cəmiyyətdən insanları sağlam olan dünyaya/ 4 ay | Abbasov Aqil Məhəmməd oğlu | İradə Tuncay | 20 000 AZN |
XIV İSTİQAMƏT
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | "525-ci" qəzet | Qloballaşma dövründə Azərbaycanda gender anlayışının və milli ailə ənənələrinin təbliği/4 ay | "525-ci şirkət" | Məcidov Rəşad Museyib oğlu | 25 000 AZN |
XV İSTİQAMƏT
KİV-in əməkdaşlarının peşəkarlığının artırılması
| № | Qurumun adı | Layihənin adı/Müddəti | Təsisçinin adı | Rəhbərin adı | Ayrılan məbləğ |
| 1 | Elektron Mediaya yardım Fondu | Regional televiziya jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması/ 4 ay | Məhərrəmova Xalidə Tarix qızı | Məhərrəmov Yunis Məhəmməd oğlu | 20 000 AZN |
| 2 | Beynəlxalq Mətbuat Klubu | Seçki prosesinin işıqlandırılmasında KİV əməkdaşlarının peşəkarlığının artırılması/ 4 ay | "İntellekt" firması | Aslanov Eldar İkram oğlu | 7 000 AZN |
| 3 | "Tərəfsiz Jurnalistlər" İctimai Birliyi | Qəzetlərin tərtibatında Türkiyə təcrübəsinin tətbiqi/ 4 ay | Eyvazov Elşad Səməndər oğlu, Musayev Şahbaz Şamı oğlu | Eyvazov Elşad Səməndər oğlu | 5 000 AZN |