05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Milli Parkın qiyməti “ceyran belində” olan karuselləri....
 30.08.2010, 12:36

Bulvarda attraksionlar uşaqlara yox,  böyüklərdən pul qoparmağa xidmət edir

Milli Park – Dənizkənarı Bulvar həmişə bakılıların və şəhərimizin qonaqlarının ən sevdiyi gəzməli yer olub. Böyüklər dəniz havası udmağa, uşaqlar isə karuselə minmək arzusu ilə üz tutublar bura.. 

Burada olan müxtəlif növ attraksionlar, yelləncəklər və uşaq dünyasını əhatə edən digər əyləncəli qurğular hələ sovet vaxtından dəbdə olub. Amma indi parklarda, əsasən də Milli Parkda uşaqlar üçün nəzərdə tutlmuş atrraksionlar və yelləncəklərin qiyməti adamı “dişləyir”. Milli Parkda quraşdırılmış bu əyləncəli uşaq qurğları sahəsində vəziyyətə Bakı şəhər İcra Hakimiyyəti və yerli bələdiyyələr öz münasibətlərini bildirməlidirlər.

Vəziyyət doğrudan da acınacaqlıdır. Bizim Milli Parkda dünən apardığımız müşahidələr bu sahədə tam özbaşınalıqların hökm sürdüyünü göstərir. Bahalıq hələ “Fontanlar bağında”n başlanır. Burada uşaqlar üçün quraşdırılmış böyük karusel şən əhval yaratsa da, onun ətrafından qaşqabaqla tez ötüb keçməyə çalışan ata-anaların ovqatı ilə tərs mütənasib idi. Uşaqların əlini “atlara”, “şirlərə”, “maşınlara” uzadaraq “ora istəyirəm” qışqırığına əhəmiyyət verməyən valideynlər ərazidən tez qaçmağa çalışır, lap tərslik edən uşaqlara “qabaqda daha böyük karusel var, ora gedək” yalan vədi ilə onu birtəhər sürüyüb aparmağa çalışırdılar.
Əcəba, bəs bu karusel nədən belə hamını qaçaq salıb? Yaxınlaşıb səbəbini bilmək istədik. Elə girişdəcə cox ciddi görkəmlə, bir qədər də acıqlı sifətlə oturmuş bilet satıcısına yaxınlaşıb şən səslə “karusel neçəyədir?” soruşduq...və təəcübdən donub qaldıq. Bəlli oldu ki, burada quraşdırılmış karuseldə “şirə”, “pələngə”, “ata”, “maşına” minməyin 2 dəqiqəsi nə az, nə çox, düz 2 manatdır. Hələ bu harasıdır... Adambaşına 2 manat! Deməli orta statistik azərbaycanlı ailəsi (2-3 uşaq) bu heç də şən olmayan karuselə minsə, deməli 6 manat pul xərcləməlidi. Bilet satanın utanmaz-utanmaz “valdeynlər pulsuzdu” deməsi isə ikiqat əsəb yaradır.  Üstəgəl bu karusel əvvələr hansısa ölkədə  quraşdırılıb. Karuseli müşahidə edənlər ilk baxışdan bu qurğunun köhnə olduğunu sezə bilirdilər. Karuseldə quraşdırılan fiqurlar köhnə-kürüşdür. Görünür hansısa ölkənin bəxtəvər uşaqları  bu karuselin atlarının necə lazımdı “çapıb əhdini kəsiblər”.

Daha sonra bulvar karusellərini müşahidə etdik. İlk öncə qeyd edək ki, bulvar boyu bütün köşklərdə və xırdavat satan yerlərdə qiymətlər eynidir. Sanki satıcılar bir-birilərinin “ağzına tüpürüblər”. Bu barədə bir qədər sonra... Hələlik karusellər barədə..

Milli Parkda elektriklə işləyən maşınları yəqin görmüsünüz. “Evləri köndələn yar” tamaşasında xoşbəxt sevgililərin sürdüyü alabəzək maşınları xatırlayırsınız yəqin... Bizcə orada olan qiymətləri görən aşiq –məşuqlar əl-ələ tutub qaçmağa üstünlük verərələr. Amma uşaqlar... Uşaqları aldatmaq olmur. Burda da qiymət 2 manatdır. Cəmi 3 dəqiqə üçün! Deməli gəzintiyə çıxmaq istəyən orta statistik ailə 6 manat da burda “tərləməlidi”. Burdakı mənzərə acınacaqlı idi. 15-ə qədər “maşın”da cəmi 3-4 nəfər oturmuşdu.

Daha sonra bulvarda o baş bu başa gedən “şən qatar”a yaxınlaşdıq. Biletyığan bildirdi ki, “qatara” bilet böyüklər üçün (???) 2 manat, uşaqlar üçün 1 manatdır. Əvvəla, bu qatar uşaqların əylənməsi üçündürsə, o zaman böyüklərə niyə qiymət qoyublar?! Valideynlər uşaqlarına görə bu qatara minirlər axı... İbrətamiz hadisənin şahidi də olduq... Uşağını bu “şən qatara” mindirmiş bir ata nigaran-nigaran oğluna xitabən “bax oğlum qapıya söykənmə, ehtiyatlı ol, yerindən tərpənmə” kimi göstərişlərini verirdi. Bəlli oldu ki, qiymətin bahalığı ucbatından ata oğlunu tək “səyahətə göndərmək” qərarına gəlib. Yenə balasının xətrinə 1 manat tapmaq olar. Bu qatar da köhnə, işlənmiş idi. Seyrək şəkildə oturacqlarda oturan uşaqlar şən görünsələr də, valideynlər qayğılı sifət almışdılar. Nə etməli.. Qarşıda onları hələ ucsuz-bucaqsız bulvar və onun müxtəlif karuselləri gözləyirdi..

O baş-bu başa yellənən “Vikinq gəmisi” də qiymətinə görə fərqlənmirdi. Vikinqlər yəqin uşaqları havayı gəzdirərdilər bu gəmidə.. Amma bulvarda olan “gəmi”nin biletyığanı dünyanı fəth edən qəhrəman vikinqlərə oxşamırdı. Stulda oturub istidən əzab çəkdiyi hiss olunan bu adam zorla danışırdı. Ağzını marçıldada-marçıldada danışan bu “pirat”dan öyrəndik ki,  “gəmiyə” minmək  adambaşına 1 manatdır. Burdan uzaqlaşıb tüfəng atmaq üçün “TİR”-ə yaxınlaşırıq. Tipik əyalət adamı simasında, çirkli cins şalvarda biganə nəzərlərlə gedib-gələnlərə baxan biletyığan oğlandan  “güllə”nin neçiyə olduğunu soruşduq. Cavab bizi şoka saldı. Beş ədəd “güllə” 2 manata satılırdı. Orduda qulluqdan bilirdim ki, həqiqi güllənin biri 1 dollar civarında qiyməti olur. Bu “kovboyun” qiyməti isə kəlləçarx idi.

Xülasə, hara getdiksə, qiymətlər adambaşına 2 manat və ondan yuxarı idi... Karusellərə, yelləncəklərə, “ayılara, “şirlərə”, “pələnglərə”, “raketlərə” bu qiymətdən ucuz minmək olmazdı... Hələ burda satılan xırda-xuruş...

Şəhərin digər yerlərində ucuz qiymətə olan məmulatlar burada ikiqat bahasına satılırdı. 20 qəpiyə olan “pendirli çubuq”, “pop-korn”, “peşmək” 50 qəpiyə satılırdı. Alırsan al, almırsan, alverə mane olma! Mineral sular, şirələr də belə...

Milli Parkda xidmət göstərən kafelərə isə girmək mümkün deyil. Bulvarda rastımıza çıxan dostumuzun kefinin pozuq olmasından bunu bildik. Məlum oldu ku,  iş yoldaşı ilə bu kafelərin birində oturan dostumuzu əməlli başlı “yolublar”. 1 parc pivə, 2 çaynik çaya görə dostumuzdan nə az, nə çox 15 manat (????) pul alıblar. O, hay-küy salsa da, heç kim vecinə almayıb. 

Bulvarın Kukla teatrının yaxınlığında yeni əyləncə məkanı kimi açılan “5D –film məkanı”na da dəyməyi unutmadıq. Kassir yek kəlmə dedi- “10 dəqiqə 5 manat”!

Bircə dönərin qiyməti dəyişməmişdi..   

Bütün bu müşahidələrdən sonra rəsmi məmurlara yönəlik bir sıra suallarımız var. Nəyə görə bulvarda gəzmək belə BAHADIR? Axı bu ərazi Milli Park statusundadır. Deməli, burada qiymət siyasətinə dövlət nəzarəti vacibdir. İlk olaraq karusellərdən başlamaq lazımdır. Niyə uşaq əyləncə qurğuları özəl əllərə verilib? Milli Parka tabe olan belə karusseləri dövlət özü ala bilər və ucuz qiymətə istismara verə bilər. Niyə də olmasın... Avropa ölkələrində uşaq əyləncə yerləri bələdiyyələrin nəzarətində fəaliyyət göstərir və oradan gələn gəlir də yeni attarksionların quraşdırılmasına sərf edilir...

İndi isə, necə deyərlər, “xarici təcrübə barədə. Biz Bulvar rəhbərliyinin və məmurların nəzərinə qonşu Rusiyada olan əyləncə qurğularında olan qiymətləri catdırmağı özümüzə borc bildik...

Məsələn, Sankt-Peterburqda olan “Krestovıy ostrov” metrosunun yaxınlığında olan atrraksionlara giriş tələbələrə 25 qəpik, məktəblilərə 15 qəpikdir... 

Oranın yaxınlığında olan zoopark saat 10-dan-21-dək işləyir. Tələbələr üçün biletin qiyməti  2 manat, məktəblilər üçün 1 manat , 4-7 yaşlı uşaqlar üçünsə 70 qəpikdir. 4 yaşa qədər uşaqlar isə pulsuz buraxılır zooparka....

Zooparkın yaxınlığında olan “Planetariya” salonunun ulduzlu zalına girmək üçün uyğun qiymətlər təklif olunur. Burada uşaqlar və böyüklər ulduzlu göyü, astronomik təzahürləri, göy cisimlərini Günəşin hərəkətini, Ağ kəhkəşan Yolunu müşahidə edə bilir. Bundan başqa “Planetariya”da quraşdırılmış teleskop –referatorla Günəşi müşahidə etmək, ulduzları, qalaktikanı seyr  etmək olar. Burada məktəblilər və uşaqlar üçün sərgilər, seminarlar da keçirilir. Bu ekskursiyanın qiyməti cəmi 1 manat təşkil edir.  

Sankt Peterburqda dəniz canlılarını müşahidə etmək üçün uçaqlar Leninqrad delginariyasına gedirlər. Burada onlar, delfinləri, dəniz şirlərinə baxır, morjları seyr edirlər. Qiymətlər ucuzdur. Bir saatlıq gəzintinin qiyməti uşaqlar üçün 90 qəpik, böyüklər üçün 3 manatdır.

Sankt Peterburqun tanınmış attraksionlarından biri “Divo Ostrov” Parkıdır. Burada uşaqlar üçün hər şey- yelləncək, qanadlı yelləncək, arabalar, uşaq qatarları var. Qiyməti 80 qəpikdən 2 manatdək dəyişir.. Ailəvi zonada olan böyük karusel, avtodromun qiyməti isə 80 qəpik - 2 manat arasındadır.

Gerisi daha maraqlıdı...

“Kolokolçik” və “Hindu çayı” adlı attraksionlarda qiymətlər çox ucuzdu.

3-6 yaşlı uşaqlar  90 qəpik  -1 manat 50 qəpik arasında qeyri-məhdud zaman kəsiyində əylənə bilərlər.. 

“Nağıllar aləmi” adlanan uşaq meydançasında isə alınmış bilet “sehirlidi”. 2 manat 50 qəpiyə aldığınız bilet  bütün gün ərzində etibarlıdır.. Siz evə gedib günorta yeməyini yeyib uşaqla yenidən bura qayıda bilərsiniz. Burada qumluq, təpələr, tünellər, yellenəcəklər, karusellərdə uşaqların yaxşı əylənmək imkanı var. 

Rusiyada da uşaq “qatarı” var. Orada qatarı bizdə olduğu kimi acıdil, sərt üzlü şəxslər yox, nağıl qəhrəmanları sürür. Müsiqinin müşayət etdiyi bu qatarda 5 dəqiqəlik gəzinti 90 qəpikdir.

“Şən atlar” karuselində ətrafında ağaclar, güllər, dovşan əhatəsində karusel yavaş-yavaş dövrə vurur. Müsiqinin müşayti ilə bu səfər 4 dəqiqə davam edir. Yeri gəkmişkən, valideynlər bura pulsuz minirlər. Uşaqlara nəzarət etmək üçün.

“Kəpənəklər” adlanan digər karuseldə valideynlə birgə minmək 1manat 20 qəpiyə başa gəlir.

“Şən göyqurşağı” adlı qatarda bütün park böyu 10 dəqiqəlik gəzinti (valideynlərlə birgə) 1 manat 50 qəpiyə başa gəlr.  

Belə, əziz bakılılar. Bizdən fərqli olaraq uzaq Rusiyada “hər şey cib üçün” deyil, “hər şey uşaqlar üçün” prinsipi öndədir. Odur ki, bizim “şirlər”lərə onların “şirlər”ini müqayisə etdikdə, dərindən götür-qoy etməyə dəyər. Ona görə bizim insanların parklardakı karusellərdən qaçması anlaşılandır. Belə “daranqalet” “kaçelilər”dən elə uzaq olmaq məsləhətdi.

X.Səfəroğlu

P.S Ölkəmizə hansı yollarlasa gətirilmiş bu dəmir-dümür yığınının texniki təhlükəsizliyi məsələsi başqa söhbətin mövzusudur. Zamanında ona qayıdarıq.

 
Oxunub: 1056
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
UNO
30-08-2010
Ah Xaqani xaqani. Rengli inqilablarin fovqunde geden siyasi yazilar yazmaqdan doymayan Xaqani niye bele deyishdi... Ah heyat heyat.....


REN
30-08-2010
UNO adamı lap ağlamaq tutur....


UNO
30-08-2010
Beli REN heyat doqrudan da aqlamalidir ve adamin yadina hind kinolari dushur....


Rehmetlik
30-08-2010
Aye Xagani, sen hara karuselden yazmag hara? Bes ev meselesi nece oldu? Hele de rayondasan?


Fərəh
30-08-2010
Guya karusellərdən yazmaq "zapodlo" sayılmalıdır? Əsas odur yaxşı yazasan
Məncə, çox aktual mövzudur. Xaqaniyə də təəşkkür düşməlidir. Bəs yazmayaq, danışmayaq, başqa parklarda 50 qəpik olan attraksionlara burda 2 manat verək?


UNO
30-08-2010
Fereh xanima xususi salamlar. Ardinca da qeyd etmek isteyirem ki sohbet karuselden ve ya onun qiymeyinin ashaqi-yuxari olmasindan getmir - sohbet XAQANININ KARUSELDEN YAZAMAQINDAN gedir.

Bu chooooox qeribe ve teeccublu olmaqla yanashi hem de aqlamalidir.....


yellencek heveskari
30-08-2010
Xaqani beye Azerbaycanin 1 nomreli problemini qaldirdiqi ucun xususu teshekkurumu bildirirem. Umid edirem ki hormetli jurnalistimizin seyi neticesinde Milli Parkda ve paytaxtin diger yerlerinde karusellerin qiymeti ashaqi salinacaq ve biz de doyana qeder yellene-shellene bileceyir....


Xaqani Səfəroğlu
30-08-2010
Uşaqları gəzməyə aparmışdım.. Karusellərin qiyməti mənə od qoydu.. Ona görə bu yazını yazdım ki, necə soyulmağımız hamı bilsin... Özünə hörmət edən adam Bakıda karuselə minməz.. Burada uşaq aləmi yox, alverçi mordaları hökm sürür..


Cevahir
02-09-2010
Teshekkur, Xaqani bey, gozel yazidir. Usaqla bulvara getmek mumkun deyil. Gedende de gerek ele edesen ki, karuselleri gormeye.


DÖVLƏT MÜƏLLİM
18-09-2010
Adı milli parkdır özü yox.6 aydır qəzetlər bu barədə yazır ölcü götürən yoxdur..Nəyə görə parkda "Badamlı","Sirab","Damla","Qax-3", "Həyat", "Nurud","Qafqaz-aqua","Slavyanka-1"suları satılmır?Nəyə görə parkda su satmaq hüququ təkcə Coco-Cola şirkətinə verilib? Rəqabət haqqında qanuna beləmi rəyyət edilir?Qanuna hörmət etməyən,xalqı hökümətdən narazı salan məmurlar nəyə görə vəzifədən uzaqlaşdırılmırlar?






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC