05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Azərbaycan kinosu və biz...
 30.08.2010, 12:03

Bu gün Azərbaycan xalqı sürətlə inkişaf edir deyənlər yanılmırlar. Amma bu inkişaf iqtisadi inkişafdır. Mədəniyyətimizin inkişafı üçün dövlət başçısı, onun xanımı çox mühüm layihələr həyata keçirirlər. Son illər neçə-neçə məktəb, idman kompleksi, mədəniyyət evi tikilib istifadəyə verilib. Artıq Azərbaycan neçə-neçə mötəbər, beynəlxalq yarışlara ev sahibliyi edib. Bu yaxınlarda keçirilmiş “Muğam müsabiqəsi”, Qəbələdəki festival və sair. Amma heyf ki, gənclərimiz heç də hamısı nə idmana, nə muğama, nə kinoya, nə də kitaba həvəs göstərirlər. Bax məsələ də bundandır. Hələ 15-20 il bundan əvvəl metroda, avtobusda, qatarlarda, hətta kinoya gedəndə fasilələrdə belə qəzet, kitab oxuyanlar var idi. Amma indi kitabın, qəzetin, hətta kinonun yerini mobil telefonlar, kompüterlər tutur. Əlbəttə kompüterlə məşğul olmaq, internet vasitəsilə dünyada baş verən hadisələri izləmək yaxşı şeydir. Amma yenə də heyf ki, gənclər bundan səmərəli istifadə etmirlər.

Hələ orta məktəbdə oxuyurdum. Ucqar bir rayonun, ucqar bir kəndində. Əsl mədəniyyət, elm, inkişaf var idi bizim kəndlərimizdə. Qalınçaq kəndidir, mənim kəndimin adı. Orta məktəbi o kənddə bitirmişəm.

Bir dəfə ədəbiyyat müəllimim (Allah ona rəhmət eləsin) Rafael müəllim bizdən “Böyük dayaq” filmi barədə soruşdu. Bütün ədəbaz, lovğa uşaqlar kimi mən və sinif yoldaşlarımdan bir neçəsi Azərbaycanın kinosu tənqid etdik. Və Hindistan kinolarını tərifləməyə başladıq. Yaxşı yadımdadır, həmin vaxt “Qığılcım” hind kinosu nümayiş etdirilirdi bizim kənd klubunda. Orada möhkəm dostluq, döyüşkənlik, məhəbbət təbliğ olunurdu. Rafael müəllim məni şillələdi və qolumdan tutub gətirdi babamın yanına. Mənim babam Baba müəllim də onun ədəbiyyat müəllimi olmuşdu. Düzdür sonradan o bu işi gördüyünə görə peşman olmuşdu. Amma bu mənim üçün əsil dərs oldu. Həyat dərsi, kino dərsi.

Babam mənim qulağımdan tutub xeyli dartışdırdı, danladı. Amma bilirdim ki, bununla cəzam bitmir. Hələ qabaqda ev var, atam –anam var. Nə isə bunlar öz yerində, qayıdaq Azərbaycan kinosuna.

Mənə çox dedilər, az eşitdim, az dedilər, çox eşitdim. Onlardan iki şey yadımda qalıb. Biri V.İ.Lenindən sitat idi. Lenin demişdi ki, “Kino ən yaxşı mədəniyyət nümunəsidir”.
Başa saldılar ki, kino mədəniyyətin ən yaxşı təbliğat növüdür. Bununla həm mədəniyyəti, həm incəsənəti, həm nitq qabiliyyətini, dostluğu, məhəbbəti, cahilliyi insanlara təbliğ etmək olur. Elə Hindistan kinolarında təkcə qəhrəmanlıq, məhəbbət var idi. Xeyr. Yəqin razılaşacaqsınız ki, dünyada çox məşhur olan Rac Kapurun filmlərində Hindistandakı cahillik bizim üçün nümunədir. Sovet ideologiyasının əsas məğzi o idi ki, biz uzaq Hindistanda və digər kapitalist ölkələrində həyat belə acınacaqlıdır. Yaşadığınız həyatın qədrini bilin.

Bu günlərdə jurnalist Elməddin Muradlının Modern.az saytındakı “Zirzəmidəki həyat” məqaləsini oxudum. İsabalalardan acı həyatımızdan danışır Elməddin. Eh Elməddin, Elməddin. Nə olar əlinizdəki fürsətdən istifadə edib çox o yazın o yazıları. Məgər heç kim başa düşmür ki, gəncliyimiz məhv olacaq belə getsə və bu da elə gələcəyimizin məhvi deməkdir?

Hər bazar günü “Space” telekanalında Azərbaycan filmi göstərilir. Görəsən heç o filmlərə baxan olur. Axı o filmlərdə əsl Azərbaycanlılara məxsus olan mədəniyyət, kişilik, ərənlik, mərdlik, milli mənəviyyat təbliğ olunur.

Elə götürək “Axırıncı aşırım” filmini. O filmdə nə qədər heyrətamiz, müdrik kəlamlar var: “Deyirlər sel gələndə qabağa çör-çöp düşər, ağır kör-kötük isə selin lap gur yerində axar. Amma bu dəfə əksinədi”. “Şura hökumətinin topu topxanası varsa, bizim də namusumuz qeyrətimiz var”.
Elə həmin kinoda: kişilər nə qədər qəddar, əzazil olsalar da, kişiliklərinə sığışdırıb qadınlar yatan otağa girmirlər.

“Bir qalanın sirri” – bu kinoda elmin qüdrəti təbliğ olunmurmu. Əsl məhəbbət, el gücü, mərdlik təbliğ olunur bu kinoda.

“Böyük dayaq” – kolxoz sədri və onun ailəsi. Bu kinoda da elinə, xalqına güvənmək, məhəbbət, işgüzarlıq. Daha nələr, nələr.
“Bağ mövsümü”, “Dəli Kür” də eləcə. Bəs “Dədə Qorqud”? Məgər bu film bizim üçün əsl sədaqət, inam, etibar, ərənlik, mərdlik tərənnümçüsü deyilmi? Nələr yoxdur bu kinoda.

Elməddin bəy! Əziz qardaşım. O vaxt ərənlər qəhrəmanlıq göstərib ad qazanıblar, indikilər ləqəb qazanırlar, özü də necə ayamalar.

“Bəyin oğurlanması” – Azərbaycan kəndinin psixologiyası, elimizin adət-ənənələri var bu kinoda. Və yaxud da “Onu bağışlamaq olarmı” filmi. Oradan bir ifadəni diqqətinizə çatdırmaq istəyirəm.
“Görmüşük elimizin qeyrətli, namuslu oğulları arvadlarımızı, qız-gəlinlərimizi qoruyarlar, o isə bir rumka arağa, bir parça pivəyə görə adam öldürürsən, qız – gəlinlərimizi soyursan. Bircə onu görsəydim tutardım yaxasında deyərdim. Ay namərd heç kişi də qadın soyar. Tfu sənin sifətinə”.
Əsil tragikomediyadır. Cinayətkar bu sözlərin qarşısında dözməyib nələr edir.

Eh kinolarımız çox, baxıb ibrət götürəcək gənclərimiz az. İndi odur e, metroların ağzında bir eynək alana ikincisi hədiyyə verilir. Bir DVD alan “maksimumçu gənclərə” ikincisi bədava.

Elməddin bəy! Axı biz vuran-tutan, sözünün yerini bilən xalq olmuşuq. Elə hələ də içərimizdə belələri var. Bəlkə bizi bilə-bilə uduzdururlar. Gəlsənə bunu bir araşdırasan, qardaş.  O şot vermək, hesab yazmaq kimi ağlına gəlmişdi. Bəlkə sən bilirsən.  

Bilmirəm sən bu yazını oxuyacaqsan ya yox. Amma oxuyanlara tarixi bir hekayəni sizlərə xatırlatmaq istərdim.

Bir gün hökmdar Kir kiçik bir ölkəni işğal etmək istəyir. Çox çalışır. Necə ki, Qacar Şuşanı almaq üçün çalışıb, ondan da beş qat artıq çalışıb amma ala bilməyib. Həmin dövlətin qadınları belə qılınc əlində döyüşə giriblər, kişilərlə çiyin-çiyinə döyüşüblər. Sonradan hökmdar Kir də xəyanət nəticəsində həmin ölkəni alır. Əmr edir ki, bütün kişilər və yaşlı qadınlar qılıncdan keçirilsin. Kirin çox ağıllı bir vəziri olur. Vəzir deyir: Hökmdar, sən onları fiziki məhv etsən heç nəyə nail ola bilməzsən. Ən yaxşısı gəl onları alış-verişə, çal-çağıra sövq edək. Çünki bizdən əvvəlki aqillər demişlər, “əgər bir xalqı məhv etmək istəyirsənsə, onun elmini, mədəniyyətini əlindən al, Elmi olmayan tarixini unudar, keçmişini unudanın isə gələcəyi olmaz”.

Kir belə də edir və çox keçməmiş həmin döyüşkən, mübariz xalqdan heç bir nişanə qalmır.  

Çox qəribədir, görəsən bu siyasəti kim düşünüb.

Bu yazını yazanda “Space” Azərbaycan filmi nümayiş etdirilirdi. Gənclərimiz o dəqiqə başqa kanala çevirib, xarici kinoya baxmaq istədilər. Biz az əsəbiləşdim. Amma fayda olmadı. Bizim gənclərimiz öz filmlərimizə baxmaq istəmirdilər. Bəlkə də deyəcəksiniz ki, həyat belədir. O vaxt siz, indi də onlar. Bəlkə də. Amma o vaxt bizim kənddən hər il ali məktəblərə, texnikumlara ən azı 15 nəfər daxil olurdu. Ali və ya orta ixtisas məktəbini bitirməyənə, diplomu, bir parça çörək qazanmaq üçün əlində sənəti, peşəsi olmayana, əsgəri xidmət keçməyənə qız vermirdilər. Fərsiz, axmaq, savadsız deyirdilər.

Bəs buna nə deyəcəksiniz?

 
Oxunub: 874
Çap variantı
Məktub göndər
Facebook-da paylaş



Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC