05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Ən yaxşı telejurnalist kimdir? (sorğu)
 27.08.2010, 16:24


Azərbaycan teleməkanında bir sıra tanınmış jurnalistlər var ki, bəzi gənc həmkarları onlara müxtəlif rakursdan yanaşaraq, özlərinə örnək sayırlar. Peşəkarlıq səviyyələrinə, təqdimata görə bir-birlərindən fərlənən tanınmış telejurnalistlər həm də çalışdıqları telekanalların imicini formalaşdırırlar desək, yanılmarıq. Nahaq yerə “yaxşı jurnalist, yaxşı aparıcı televiziyanın üzüdür” demirlər.
Telejurnalistikada kimi ən yaxşı hesab edirsiniz? Modern.az bu sualla gənclərə deyil, tanınmış media kapitanlarına müraciət edib.

Teletənqidçi Zeynal Məmmədli: “Bu sahədə ad çəkmək çox çətindir. Bütün başqa fikirlər subyektiv olacaq. Azərbaycanda sərbəst teleməkan yoxdur. Ən yaxşısı bunun üçün sərbəst bazarı gözləyək, onda deyək kimdi peşəkar. İndiki halda ad çəkmək ədalətsizlik olar, Ona görə ki, istedadlılar var, amma şərait yoxdu. Başqa sözlə, uşaqlar var, şərait yoxdur. Ancaq püliralizm olduqda telejurnalist söhbətini salmaq olar. Əks halda bu söhbət həqiqətdən yayınmaq deməkdir”.

“Olaylar” qəzetinin baş redaktoru Yunis Oğuz: “Məncə ən yaxşı telejurnalist İTV-dən Anar Yusifoğlu, Vəsilə Vahidqızı, “Xəzər”dən Qulu Məhərrəmlidir”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “İTV-dən Anar Yusifoğlunu, ANS-dən Mirşahin Ağayevi ən yaxşı telejurnalist kimi görürəm. Başqası ağlıma gəlmir”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Ən yaxşı telejurnalist AzTV-dən İbrahim Məmmədov və Yunis Orucov, ANS-dən Mirşahin Ağayevdir”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı: “Mənim bəyəndiyim teleaparıcılar çoxdu, ad çəkmək çətindir. Bunların arasında dostlarım da var. Əlbəttəki Mirşahin var bunların içərisində, sonra Anar Yusifoğlu istedadlı aparıcıdır, Vəsilə Vahidqızı var. Sevil Nuriyeva, İbrahim Məmmədov, Bəxtiyar Səlimov, Namiq Əliyev, mədəniyyət sahəsində Leyla Əliyeva, Elçin Əlibəyli istedadlı aparıcılardır. Mən ən yaxşı tapıntı kimi İTV-də Leyla Əliyevanı deyərdim. Bu xanımla şəxsi tanışlığım yoxdu, amma çox bəyənirəm”.

"Media forum” saytının baş redaktoru Azər Qaraçənli: “Ad çəkə bilməyəcəm. Subyektiv fikrim odur ki, televiziya seyrçisi deyiləm. Obyektiv fikrim odur ki, telejurnalistlərin özlərini göstərmə imkanı yoxdu. Obyektiv şərait yoxdur. Telejurnalistlərə özlərini ifadə imkanı verilmir. Onu bir daha deyirəm ki, mən elə də çox TV izləmirəm. Televizya sahəsində lazımı avadanlıqlar olmadığına görə, bəzi telejurnalistlərimiz də özlərini göstərə bilmirlər. Şərait olsa, öz potensiallarını ortaya qoyarlar. Amma potensiallarını ortaya qoya bilmirlər. Bunun digər bir səbəbi də odur ki, ən çox sıxma-boğma televizya sahəsindədir. Onların öz potensialını ifadə etmək imkanı çox azdır. Televizyada azadlıq çox azdır”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Parlaq telejurnalist kim var? Mənim ağlımda heç bir adamın da adı yoxdu. Əvvəlki illər olsaydı, telejurnalist kimi bir-iki adamın adını deyərdim. İndi telejurnalist kimi fəaliyyət göstərmirlər. Elə bir parlaq telejurnalist mən tanımıram. Qəzet jurnalistikasından 10 adamın adını çəkə bilərəm, amma telejurnalistikadan heç bir adamın da adını çəkə bilmərəm”.

“Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev: “Ən yaxşı bildiyim telejurnalist Elçin Əlibəylidir mənim üçün. Mən belə fikirləşirəm. Mirşahin Ağayev, bir də İctimai Televizyada təhsillə bağlı verliş aparıcısı var Cəsarət Valehov”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “ANS-də Sevil Nuriyeva, Mirşahin Ağayev, Qənirə Ataşova, İTV-də Anar Yusifoğlu, Vəsilə Vahidqızı, Könül Arifqızı, “Lider”də Günay Malikqızı yaxşı teleaparıcılardı. Teleməkanda televizya siması olan jurnalistlər olmalıdır. Təəssüf ki, bizdə bəzi TV-lər var ki, nə qədər fikirləşirsən ordan bir sima ağla gəlmir. AzTV-nin siması kimi İbrahim Məmmədovun adını çəkmək olar, ANS-də də sima çoxdu. “Space”in siması da İlham Mirzəyevdir ki. O da falçıdır. ATV-nin siması da Dilarə xanımdır”.

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı: “ANS-də Mirşahin Ağayev, Sevil Nuriyeva, ATV-də Elçin Əlibəyli ən yaxşı telejurnalistlərdir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “”Xəzər”də Qulu Məhərrəmli, ANS-də Sevil Nuriyeva, Mirşahin Ağayev, AzTV-də İbrahim Məmmədov, İTV-də Anar Yusifoğlu, Vəsilə Vahidqızını yaxşı telejurnalistlər sayıram. Ayrıca İctimai TV-nin beş yaşı münasibətiylə Vəsilə və Anarı təbrik edirəm”.

Vüqar Ağamalıoğlu

 
Oxunub: 1089
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Şəhriyar
27-08-2010
Mence en yaxsi Sexavet Nurdur


Razim
27-08-2010
Mirşahin son günlər həm istedadını və mənəviyyatını bir
çürük qoza satdı.


niqulya
27-08-2010
en yaxshi jurnalistler ilqar mikayil oglu sevil nuriyeva mirshan agayev 3 de ans den oldu ki? he bir dene atv nin son xeberinden samire mustafayeva.


Jalə
27-08-2010
Itv- Anar Yusifoglu., Leyla Eliyeva.atv- Samire Mustafayeva,Namiq Eliyev.Vaqif Mustafayev.Aygun Nureddinova. və s. hər birinə uğurlar !


Xalid
28-08-2010
ITV-dən Anar Yusifoğlunu, Xəzər r TV-dən Səyyah Verilişinin aparıcısını qyd etmək olar .


Əli Zülfüqaroğlu
06-09-2010
Azərbaycanda ən güclü telejurnalist Mir Şahindir. O, publisistikanı xəbərə gətirib. Mir Şahinin reportajlarında kalambur (söz oyunu) çox güclüdür. Bir sözlə Mir Şahin məktəb yarada bildi.


pink panter
12-09-2010
ən yaxşı və peşəkar iki jurnalist var.SEVİL NURİYEVA və MİR ŞAHİN AĞAYEV.ONLAR HƏQİQƏTƏNDƏ AZƏRBAYCANIN NAMUSLU SÖZÜDÜRLƏR.


movlud
22-09-2010
menim en sevdiyim teleaparici sevil NURIYEVA dir.


Nermine
11-01-2011
Salam.Men Samire Mustafayeva.Xoshgedem Hidayet gizi,Sevil Nuriyeva,Sevinc Osmangizi,Dilare Selimova,Anar Necefov,Leman Eleshref gizi,Genire Atashova,Mirshain ve s.Hamisinin istedadi var.Onlara her gun hem daxili hemde xaricde baxirlar ve beyenirler.Azerbaycanda savadli kadr var.Birde elin gozu terezidir.Men hamisina ishlerinde ugurlar ve yeni-yeni nailiyyetler dileyirem.


HANIMEFENDİ ƏLİSOY
11-03-2011
MƏNCƏ ƏN YAXŞI JURNALİSTLƏR ANS-DƏKİLƏRDİR.ÇÜNKİ ORADA MƏKTƏB VAR.ƏN SEVDİYİM JURNALİSTLƏR İSƏ.MİR ŞAHİN,SEVİL NURİYEVA,ILQAR MİKAYILOĞLU,QƏNİRƏ ATAŞOVADIR.ONLAR HƏQİQƏTƏNDƏ JURNALİSTDİLƏR.DƏQİQ QƏRƏZSİZ VİCDANLI


elgun
13-03-2011
Atv de en yaxshi samire mus.....ans de nigar mahmudova.......itv de leyla quliyeva......






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC