05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Zirzəmidəki acı həyat
 24.08.2010, 19:05

BƏDƏNİ TƏMİZ OLMAYANLARIN PULU İLƏ BƏDƏN TƏRBİYƏSİNİ NECƏ İNKİŞAF ETDİRMƏK OLAR?

- Adə, qaç, adə, vur. Qoymə gəldi. Pah atonnan yeri get. Bunlar heç oynaya bilmir ki…
- Həəə, bərk qaç. Tez ol, tez ol. Ay …, tez ol daa. Sənə görə 5 manatım batdı…

Rəhmətlik Mirzə Cəlil hələ ötən əsrin əvvəllərində bizim necə dəhşətli bir cəhalət içində yaşadığımızı, dünyanı dərk etmək, oxuyub maariflənmək əvəzinə at yarışdırmaq, it boğuşdurmaq, xoruz döyüşdürmək və dərviş nağıllarına qulaq asmağa meyilli olduğumuzu yazıb, amma bizlərdən bir çoxu onu anlamır. O bizi lağa qoyub, biz yenə anlamamışıq və qayıdıb onu lağa qoymuşuq. Biz Mirzəni çox gec anladıq. O vaxt anladıq ki, onda da dedilər, bəs, 21-ci əsr gəlib, komüer əsridi və indi hər şey demokratiyanın qarşısında aciz qalıb və gərək ki, bu 21-ci əsrdə nə pis işlər var, biz onu mütləq eləməliyik, adını da qoymalıyıq dövran dəyişib, indi daha müasir insanlarıq. Elton Con ərə gedirsə, Samir Bağırov qız istəyirsə, burda nə var ki?

Yuxarıdakı dialoqu bir də oxuyun və mən indi izah edəcəm bizim bu müasirliyimizin axırı hara gedir. 5-6 il əvvəl internetklublar açıldı, cavanlar, uşaqların tərbiyəsi pozuldu. Gənclər dərs oxumaq adı ilə evdən çıxıb, internetkluba üz tutdu, uşaqlar evdə atalarının cibindən, analarının çantasından pul oğurlayıb oyun oynamaq üçün internetklublara qaçdılar. İdman meydançalarında vaxt keçirən uşaqla, internet klublarında vaxt keçirən uşaq arasında fərqi ayırd eləmək yəqin ki, çətin məsələ deyil. Həmin o uşaqlar ki var, ineternetdə oyun oynayırdılar, indi onlar böyüyüblər və həmin o internetklubların yerini tutan mərc oyunlarına pul qoyub uduza-uduza gedirlər.
Tanıdığım bir zəhmətkeş insan var, pul qazanandı, özü də əziyyət çəkib qazanır. Bu yaxınlarda onun qardaşı evdən 10 min manat oğurlayıb, aparıb qoyub futbol mərcinə və uduzub. Həmin zəhmətkeş tanışım da «qardaşımdı» deyib, dillənə bilmir. Amma bir gecəyə saçları ağarıb.
Bir qonşum var idi, hər gün evə bir xarici maşınla gəlirdi. Bankda işləyirdi. Bu yaxınlarda gördüm qonşum piyada gəzir. Sonra yoxa çıxdı. Maraqlandım ki, bu İsabala haradadı? Dedilər gedib Rusiyay, işləyib borc qaytarır. Sən demə, o da qoşulub futbol yarışlarına pul qoyanların sırasına, əvvəllər bir-iki dəfə udub, sonra şirniklənib və başlayıb böyük məbləğlərdə pul qoymağa. Uduza-uduza yaman günə düşüb. İndi 500 min manat borcu var. Maşınını, evini satıb, hələ üstəlik, atasıgilin də evi girov qoyulub. Hər gün həyətlərində dava-dalaşdı, borc yiyələri gəlib İsabalanın atasından pul istəyirlər. Dağ boyda kişi gözünün ağı-qarası bircə oğulun hərəkətlərindən elə günə düşüb ki, neçə illik qonşumu tanıya bilmirəm indi. Bəs görəsən, İsabala 500 min manatı Rusiyətdə nə vaxta qazanıb qaytara biləcək?

Bu gün Azərbaycanda İsabalalar çoxdu, özü də lap çox. Bu yaxınlarda maraq üçün girdim həmin futbol yarışlarına pul qoyulan bir zirzəmiyə.
Maraqlıdır ki, bu işdə o qədər qaranlıq məsələlər var ki, belə obyektlərin hamısı zirzəmilərdə açılır. Görünür, «şot yazmaq» xəstəliyinə tutulanları zirzəmilərdə daha ağır xəstəliklərə də yoluxdurmaq istəyirlər. Bu cür obyektlərin hansına girsən, səs-küydən qulaq tutulur. Baxırsan ki, 50 yaşında kişi nəvəsi yaşında uşaqla oturub üz-üzə, çay içə-içə variant yazır. Uşaq bu yekəqarın kişiyə məsləhət verir.
- Ə, onu yazma. Mən nə deyirəm onu yaz.
- Niyə a bala, qoy öz bildiyimi yazım də?
- A kişi, sən özün yazanda həmişə uduzursan. Mən iki aydı səni burda görürəm, amma hələ udmamısan. Evdə uşaqların acından divardan oboyu soyub yeyir, sən də burda gündə 10-15 manat uduzursan.
- Yaxşı görüm, al, sən yaz görüm. Görək, sənin əlin yüngüldümü?
Uşaq götürüb ağlına gələni yazır. Kişi də oturub fikrə gedir.

Bir azdan hamının diqqəti televizora yönəlir. Hansısa ölkədə it yarışı keçirilir və yarış başlayır. Cavanlar hamısı əl-ayağa düşürlər ki, mərcə pul qoysunlar. Biri deyir, qara it tez çatar, o biri deyir, yox, ala it tez çatacaq…
Beləcə, it yarışı başlayır və hamı pul qoyur. Deyəsən, udan olmur. Bir az ara sakitləşir, uduzanlar çay içə-içə siqaret çəkirlər. Elə bu anda yenə hay-küy qopur. İndi də at yarışı başlayıb. Yenidən hərə 2 manatdan 5 manata qədər mərc qoyur. Arada 10 manat qoyan da olur. Başlayırlar atları söyə-söyə yarışı izləməyə, o deyir, “tez ol”, bu deyir “tez ol”. Atlar isə öz bildikləri kimi qaçırlar, bunları eşidirlərmi… Yenə qan-qaraçılıq yaranır.
Sonra başlayırlar futbol yarışlarına pul qoymağa. Bir qədər sonra stolların birində dava düşür. Məlum oldu ki, gənclərdən biri hansısa bir komandanın qələbəsinə pul qoyub, onun dostu da məğlubiyyətə pul atıb. Necə olubsa, həmin komanda uduzub və ikinci dost qalib gəlib. İndi ona görə də, o biri dost bununla dalaşır ki, “niyə sən nəhs danışdın, sənə görə komanda uduzdu”. Axırda ara sakitləşəndən sonra o biri dost bu birinə məsləhət verir ki, “sən sakit dayan, qoy mənim yazdıqlarım düz gəlsin, sənə 10 manat verəcəm”.

Bu gənclərə baxanda adam dəhşətə gəlir. Maraqlananda məlum olur ki, onların arasında maşınının ehtiyat təkərini, qol saatını, şalvarının kəmərini futbol oyunlarında mərcə qoyanlar da var, ailələrini dağıdanlar, maşınını, evini satıb bu işə girişənlər, uduzub infarkt keçirənlər, borc içində üzənlər də.

Zirzəmidə onun-bunun stoluna boylanan bir gənc vardı. Deyirlər həmişə burada olur. Dedim ona ki, niyə gedib iş tapıb işləmir. Cavab verdi ki, işə girməyə pul istəyirlər. Deyirəm, pul istəyirlər, sən də tap ver, get işlə. Deyir, “qədeş, pulum olsa, gətirib variant yazaram da! Uşaqlar yazır, mən də qalmışam baxa-baxa. Mən ölüm, 5 manat ver, sənin adından birini yazım, udsaq, bölərik”. Dedim “ay qədeş, sən Allah, get işinə, məni də bu xəstəliyə yoluxdurma, qoy çıxım gedim”.
Onsuz da siqaret tüstüsündən, zirzəminin qoxusundan, buradakıların səsindən başım partlayırdı. Beləcə, zirzəmidən çıxıb təmiz hava ala-ala fikirləşirəm ki, gör bu insanlar bu oyunlara necə aludə olublarsa, narkotik, qumar xəstəliyi bunun yanında yalan olub. Baxın, bu, zirzəmidəki əsl acı həyatdır. Bu günün acı həyatı. 21-ci əsrin həyatı…

P.S. Papanində bir başbilən var. Oxumayıb heç vaxt. Amma dünyada və ölkədə baş verən hər bir məsələyə münasibət bildirir. Özü ev təmiri ilə məşğul olur. Yaxşı ustadı. Dediyinə görə, iki ildə azı 10 min dollar pul uduzub futbol oyunlarına pul qoymaqla. Elə tərs adamdır ki, heç kəsin sözünə qulaq asmır. Başı çıxanlar ona məsləhət verəndə ki, “Rafiq, bunu belə yaz”, deyir, “özüm bilərəm”. Ancaq indiyə kimi onun udduğunu görən və eşidən olmayıb. İndi parkda dondurma satır. Arada yenə futbol oyunlarına pul qoyur. Bir dəfə soruşdum ki, “Rafiq, nə oldu, hələ udmamısan?” Dedi, “yox, udmamışam. Amma udacam. Özü də «krupnı» udacam”.

Makedoniyalı bir turist isə azərbaycanlılara danışırmış ki, 2-3 dəfə oyuna pul qoyub, uduzub. Ona görə də, bu daşı birdəfəlik ətəyindən töküb. Bu makedoniyalı deyib ki, sizinkilər (azərbaycanlılar-E.M.) çox qəribədir, hər gün uduzurlar, hər gün də qumara yenə pul qoyurlar.

P.P.S. İki gün əvvəl Nazirlər Kabineti idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsini müəyyən edib. Qərara əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi 4,2 faiz həcmində müəyyən edilib.

Maraqlı xəbərdir. Amma yuxarıda yazılanları öz gözləriylə görən, öz qulaqları ilə eşidən bir insan kimi tam əminliklə, məsuliyyətlə və ümumiyyətlə deyə bilərəm ki, bir gəncin ki, bədəni tərbiyəli deyil, başında ağıl yoxdur və atası fəhləliklə, anası küçədə tum satmaqla dolanırsa və həmin gənc də hər gün 10 manatı idman oyunlarında mərc gələ-gələ uduzursa, o pulu sonradan bədən tərbiyəsinin inkişafına necə sərf eləmək olar?  Bədəni tərbiyəsiz olan insanların pulu ilə bədən tərbiyəsini inkişaf etdirsək, bəs evdə acından oboy yeyən uşaqların ahı bizi tutmazmı?

 
Oxunub: 675
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Fuad
26-08-2010
Mashallah!!! Elmeddin Muradli da artiq yazmagi oyrenir.


Könul
04-09-2010
Burda bir mesele var. Loto oyunlari butun dunyada en populyar oyunlardir ve gunde milyonlarla insan bu oyunlara pul qoyur. Elece de at yarislarina ve futbol merclerine. Amma bizde sosal durum eledir ki, bu hali facieye cevrilir.


_THE_BEST_LADY_
23-12-2010
necəki qumar bu da elədir.xəstəlikdir.Allah bu xəstəlikdən əziyyət cəkənlərə komək olsun






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC