05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Ay camaat, gəlin oruc tutmayaq!
 19.08.2010, 20:15

Ay camaat, mənim sizdən bir ricam var, day bu il keçdi, bəlkə gələn ildən oruc tutmayasınız! Sizin oruc saxlamağınız bizə, yəni oruc tutmayanlara çox baha başa gəlir. Birdən soruşarsınız ki, axı, necə? Mən də deyərəm ki, çox sadəcə. Son illər, bizim “işbazlar” Ramazan ayında sizin oruc tutacağınızı qabaqcadan bilib çox “orijinal” üsula əl atırlar. Necə deyərlər, bir güllə ilə iki dovşan vururlar. Heç fikir vermisinizmi, siz oruc tutmağa hazırlaşdığınız ərəfədə ərzaqlar necə bahalaşır?

Görürsən ki, ətin, unun, düyünün, xurmanın, meyvə-tərəvəzin və digər qidaların qiymətlərində asta-asta yüksəlmə başlayır. Bütün bunları “qayğıkeş” insanlar ancaq sizi düşünüb edirlər ki, hamınızda oruc tutmağa bir stimul yaransın, fikirləşəsiniz ki, onsuz da bahaçılıq başlayır, elə oruc tutmağın əsl məqamıdır. Ayın axırında da sevinəsiniz ki, ayə, nə yaxşı oruc tutdum, yoxsa bu bahaçılıqda acından ölərdim.

Bütün müsəlman ölkələrində Ramazan ayında yeyinti məhsulları ucuzlaşdırıldığı halda, bizdə əksinə, daha da bahalaşır.

Reallıq budur ki, əvvəlki aylarda bizim gündə ən azı 10 manat xərcimiz çıxırdısa, Ramazan ayında artıq 20 manatdan çox xərcimiz çıxır. Ay oruc tutan insanlar, indi, özünüz qərar verin sizin orucunuz bizə baha başa gəlir, yoxsa, yox?!

Hələ o gün  Bakı şəhərinin bəzi yerlərində əhaliyə su da verməyiblər. Yəqin, fikirləşirlər ki, oruc tutanların nəyinə lazımdır su? Birdən yayın istisində susuzluqdan kiminsə ürəyi yanar, çaşıb su içər və orucu batil olar. Bunun özü də bir “gayğı” üsuludur. Deyirəm, qazı və işığı da kəssələr, təsəvvür edin oruc saxlamaq üçün nə “gözəl” və əvəzolunmaz bir şərait yaranar.

Müdriklərimiz  demişkən, “kor nə istər: iki göz, biri əyri, biri düz”. Vallah belə getsə, axırda heç ömründə oruc saxlamayanlar da əlacsız qalıb oruc tutacaq və sözün həqiqi mənasında əsl müsəlmançılıq elə ondan sonra başlayacaq.

 
Oxunub: 720
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Qədir
20-08-2010
Niyə, a bala, nolufdu?!


Mucahid
26-08-2010
bu tek bizim olkede bele deyil Turkiyede de eyni veziyyetdir boyuk biabirciliqdir.bahalawmaya sebeb olan sebebleri yradanlar utansinlar.Ramazanin ilk gunu Tovuz rayonunda Tovuz weherinde magazalarda xurma tapilmirdi.utanmirlar neye el atirlar.Allah her weyi bilen ve gorendir.


İnsaf
31-08-2010
Salam!
Felyetonsayaq yazıda bəhs etdiyiniz “işbazlar” soydaşınız Əbdürrəhim bəy Haqverdiyevin “Diş ağrısı” hekayəsindəki Təzəşəhərli Hacı Rüstəm kursunun “layiqli davamçıları” deyillərmi? Həmin Hacı Rüstəm ki, şərab alış-verişinin haram olması hədisini ermənilərin çıxardığını iddia edirdi-məqsəd spirtli içki ticarətini öz əllərində saxlamaqmış. Onun həmişə şüarı bu idi: “Fürsət fövt eyləməz aqil, məgər nadan ola”. Vaxtından, mövqedən istifadəni həmişə cavanlara məsləhət görürdü.
Yazınızdakı əsas ideyanın həmin fürsətbazları birlikdə, elliklə bu fürsətdən məhrum etmək istəyi olduğu gün kimi aydındır. Problem düzgün tapılıb, həlli isə müzakirə edilə bilər. “İşbazlar” Hacı Rüstəm dayılarının məsləhətini qulaqlarına sırğa etməklə qalmayıb, qəlblərinə nəqş etdikləri halda – camaat sizin tövsiyənizə qulaq asacaqmı?
Lakin məni təəssüfləndirən, din təəssübkeşliyi ilə sizə ünvanlanan aqressiv cavablar oldu. Axı dinimiz lətifəsi məclisdən uzaq, kafir olsa belə, insan qəlbinin qırılmasına yol vermir; nəinki Ramazan ayında – daima pis sözlərdən, hər cür pislikdən mən edir. (Mətləbdən uzaq olsa da, bir o qədər yaxın olan bir şeyi də qeyd etməliyəm: bu ayda toy etməyənlərə rast gəlinir ki, guya bu ayda toy olmaz. Spirtli içki təkcə Ramazanda deyil, həmişə haramdır. Elə isə bu saxta din təəssübü nədən? Bəlkə oruc tutanlara hörmət edirlər. Oruc tutana hörmət varsa, bunu onlara əmr edən Allahü Təalaya ehtiram yoxmu?) Cəmiyyət içində, məclisdə mətləb elə izah edilməlidir ki, heç kəs bilməsin ki söz ona deyilir; eyni zamanda hamı anlasın ki, bilavasitə onun şəxsinə xitab edilir.
Dinin heç bir əmri insanın əleyhinə deyildir. Məhdud dini bilik mənəvi zəiflik haqsızlığa göz yummaq haqsızlığa siz məruz qaldıqda davranışınızın eynisi. Bu əbədi və dəyişməz düstur fərddən cəmiyyətə sirayət edəcək və qapalı dövrə tamamlanacaqdır. Ən müdrik insan demişdir:” Necəsinizsə-elə də idarə olunacaqsınız!” Din ətaləti deyil, daim hərəkəti və tərəqqini əmr edir: “İki günü eyni olan zərər etmişdir”
Zənnimcə cəmiyyətimizdə ümdə problemlərdən biri də dini biliyimizin məhdud olmasıdır-bu hətta dindar kimi görünənlərə də aiddir. Dinin əmrlərinin əksini bildirmək- nə vaxtsa(məsələn:gələn il) oruc tutmaq niyyətində olan insanı (heç özünün xəbəri də olmadan) sözün həqiqi mənasında əsl müsəlmançılıqdan uzaqlaşdırır. Bilmədiyi mövzuda fikir bildirmək həqiqətən təhlükəlidir. Uzağa getməyək-götürək Ə.Haqverdiyevin Hacı Rüstəmini: Spirtli içkinin haram olması onun dediyi kimi, hədis deyil və ermənilər çıxarmayıb-birbaşa Qurani-Kərimin əmridir. Bunu iddia etdiyi anda o, artıq müsəlman sayılmır (amma xəbəri yoxdur-çünki bilmir)
Sonda – Oruc birbaşa Qurani-Kərimin əmridir. Oruc – ac və susuz qalıb, şəhvətlərdən uzaq durmaqla bahəm, qəlbimizi, ruhumuzu mənəvi çirklərdən təmizləməkdir. AY CAMAAT, GƏLİN ORUC TUTAQ!
Salamat qalın!


Vuqar
31-08-2010
Hörmətli İNSAF, mən Sizə yazımı oxuyub düzgün başa düşdüyünüzə və həm də dəyərli fikirlərinizə görə çox təşəkkür edirəm!!! Qeyd edim ki, bu yazını kimsə Facebook-da verib məni ittiham etmək istəyib. Çoxları da elə yazının adını görən kimi dəhşətə gələrək, onu oxumamış mənə hücumlara başlayıblar, sən kafirsən, dinsizsən, şeytansan və s.. Başqa bir saytda mən onların bəzilərinin cavabını verdim və yəqin ki, başa düşdülər. Lakin, hər kəsi bir-bir başa salmağa adamda ömür çatmaz.
Siz çox gözəl qeyd etmisiniz ki, cəmiyyətimizdə ümdə problemlərdən biri də dini biliyimizin məhdud olmasıdır. Özü də, elə dini savadı az olanlar dindən daha çox dəm vurur. Məhz bu səbəbdən heç kim risk edim dini mövzuda problematik bir yazı yazmır. Yazan da ancaq dinimizi tərifləyir. İslam həqiqətən də ən yüksək dəyərə malik olan əvəzsiz dindir. Bununla belə görün Müsəlman dinin yaranmasından neçə əsrlər keçib, nə qədər hadisələr olub, cəmiyyətdə nə qədər dəyişikliklər olub. Buları da nəzərə almaqla dinin özündə yox, ancaq dini adətlərdə müasir dövrün tələblərinə uyğun bəzi dəyişikliklər etmək olar. Özü də istəyəndə edirlər də. Məsələn, yas mərasimlərindən mərhumun üçünün və yeddisinin birləşdirilib verilməsi, Məhərrəmlik ayında zəncir vurmanın qan vermə ilə əvəz edilməsi və s. Hələ bütün bunları daha da yüngülləşdirmək olar. Lazımdır ki, belə şeyləri tanınmış Axundlar, Mollar etsinlər. Çünki, görürəm ki, mən və ya başqası dini mövzuda hansısa bir təklif irəli sürsə adamı daşa basarlar.


Sima
02-09-2010
Vuqar muellim cox sag olun ki hec olmasa siz orucluqda yasadigimiz problemleri yada saldiniz.hele o oyana qalsin ,oruc luqda televiziya kanallarini acsaq dini biliklerimizi artirmaq istesek bununla bagli verlise rast gelmeyecik ancaq xezer kanalini cixmaq sertile.ilden ile dovletimizin ramazan ayin da oruc tutanlara maragi ,hormeti,diqqeti azalir.Axi onun daha vacib isleri var.en bariz numune televiziya kanallaridir.gelin oruc tutanlara her hereketimizle hormet edek.unutmayak ki orucluq bir aydi ve on bir ayin sultanidir.


EVEZ
11-10-2010
Bu, felyetonsayaq yazi yox, ele felyetondur. Yaxsidir, tebrik edirem.






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC