05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Mənim savaşım
 19.08.2010, 19:36

...Yorulacağımı, geriyə çəkiləcəyimi, üstümə yağdırılan böhtan və qarayaxmaların qarşılığında sükuta qərq olacağımı düşünürlər. Bir salama layiq olmayan məzlum, yazıq, bir sığala, bir təsəlliyə... möhtac qalan kəsləri belə utanmadan üstümə göndərirlər. Acıyacağam, rəhm edəcəyəm, önəm verməyəcəyəm... Hər zaman olduğu kimi...

Mənim Savaşım ölkəni yaşadıqları, nəfəs aldıqları rəzalət vadisinin çirkabına, pisliklərinə bulaşdırmaq üçün çaba verən əxlaq, mənəviyyat, insanlıq düşməni olan kəslərlədi!

Mənim Savaşım Vətənini, Millətini, Dövlətinin mənafeyini, Xalqının maraqlarını ani şöhrət ehtiraslarına, miskin maraqlarına qurban verməyə hazır olan, min oyundan, minbir iyrənclikdən çıxan, Conun, İvanın... qarşısında ikiqat olub quyruq bulayan, təzim edən, əl öpən və bununla belə həyasızcasına "qəhrəmanlıq" iddiasına düşənlərlədi!

Mənim Savaşım öz liderini, müəllimini, dostlarını, yaxın ətrafını, himayədarlarını hər addımbaşı satan, güdaza verən, keçdiyi xəyanət yolunu Samanyolu kimi təqdim etməyə çalışan "quyruqlu komet"lərlədi!

...Mənim Savaşım Azərbaycanı qarış-qarış, addım-addım parçalamağı, fərd-fərd bölməyi hədəfə almış, bu millətin övladlarını öz Vətənlərinin onuncu dərəcəli sakinlərinə çevirmək istəyən, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi deqrodasiyaya uğratmağa çalışan, Azərbaycan xalqının taleyini marionet hökumətlərə təhvil verməklə milli kimliyimizə, torpaqlarımıza, sərvətlərimizə asanlıqla yiyələnməyə cəhd göstərən düşmənlərimizlə və onların muzdlu əsgərləriylədi!

...Ölkəni bu pisliklərdən, virus daşıyıcılarından təmizləməyənə qədər bir an belə olsun durmaq, dayanmaq yoxdu!

Keçdiyim və getdiyim yolun doğruluğuna əmin olduğum üçün ünvanıma atılan hər çınqıl parçası, hər daş mənə əlavə stimul verir. Bütün məsləkdaşlarım kimi mən də bu yola çıxanda hədəfə çevriləcəyimi, ən ağır və ağlasığmaz böhtanlara məruz qalacağımı bilirdim. Amma seçdiyim HƏDƏF o qədər böyük və o qədər əlçatmazdır ki, heç bir güc, heç bir qüvvə, heç bir qarayaxma və böhtan kampaniyası məni yolumdan sapındıra bilməz!

Birdəki, Vətən və Millət sevgisiylə yaşamayanlar, ürəyini, vücudunu, damarlarından axan qanın hər damlasını Azərbaycan sevdasına bürüməyənlər, bu torpağın övladı olmaqdan qürur duymayanlar bu Müqəddəs Savaşın mahiyyətini, bu Böyük Yolun fəzilətini anlamazlar...

Şəriət, təriqət yoldur gedənə,
Həqiqət, mərifət ondan içəri.

Türk-islam dünyasının böyük şairi Yunus Əmrə irfan sahiblərinin adından, məhdud təriqət maraqlarını, şəriət qaydalarını Haqqın, İlahi Eşqin yolunu tutanlara örnək gətirənlər üçün yazıb bu sözləri!

Mənim Həqiqətim, İlahi Eşqim, əbədi sevdam - Azərbaycandır!

Mən və Azərbaycan sevdasına tapınan həmyaşıdlarım, məsləkdaşlarım 22 il öncə qırmızı imperiyanın topuna-tüfənginə, mərhəmətsiz, amasız repressiya maşınına, gözünü qan tutmuş əsgərlərinə qarşı əliyalın dayanmışdıq. Mübarizə və savaş meydanlarını ən sonucu tərk edənlərdəndik...

Bizi yüksək kürsülərdən vəzifəyə, var-dövlətə doğru yürüyənlərin və onların ətəyindən asılıb qalanların kimliyi deyil, Azərbaycanın müstəqilliyi, bütövlüyü düşündürürdü.

Vaxtilə mənim yazdığım "Azadlıq" marşının sədaları altında Lenin adına meydana axışanlar və onların muzdlu cızmaqaraçıları indi, müstəqil Azərbaycan dövlətində "azadlıq terminatorları"na çevriliblər və ən yaxın tarixin, onlarla bu tarixi yaşayanların və onlara bu tarixi yaşadanların üzərindən xətt çəkməyə hazırdılar. Amma olsun! Biz "Azadlıq" marşının 70 il ərzində fərdlərə, qruplara... parçalanmış bir milləti bütövləşdirən, vahid bir hədəf üzərində kökləyən misralarıyla Lenin meydanını Azadlıq meydanına çevirdik!

Qalx ayağa, millət,
Boğmasınlar səsimizi!
Bir bayraq altında
Birləşdir bizi!

"Azadlıq" marşının misraların bu gün öz milli kimliyi ilə qürur duyan hər bir Azərbaycan gəncinin qəlbinə, ruhuna, düşüncəsinə həkk olunub. Müstəqil Azərbaycan dövlətinin əsgərləri bu marşın sədaları altında döyüş hazırlığı keçirlər...

Mən azadlıq yolunda
Dünyaya "savaş" dedim!
Polad qandal qolumda -
"Kükrə, hayqır, coş" - dedim!
Qan dolu tarixinə
Qan dolu yaddaş dedim.
Yürü, ayaqlarından
Qandalları qır, Vətən!
Qalx haqqın savaşına,
Qalx, ayağa dur, Vətən!

Bu misraları 1988-ci ildə "Azadlıq" meydanında yazmışam.

Hamərd körpüsündən mərdə dönüncə,
Soyuna qayıdan yurda dönüncə,
Ulamaq istərəm qurda dönüncə,
Ulamaq istərəm sabaha kimi...

Bu misraları da...

Qalx, qır yenə sən zəncirini, ey ulu yurdum,
Heç kim geriyə dönməyəcək gəlsə yüz ordu.
Qürbətdi Vətən, qulsa əgər, oğluna dardı -
Etməm Vətənin bir qarışın qürbətə qurban,
Ya Rəbb, məni qurban seçəcək millətə qurban.

Türkün dili bir, həm eli bir, həm soyu birdi,
Bölmüş kədərin, həm yası bir, həm toyu birdi,
Did, parçala min yol və unutma sayı birdi!
Təbriz Bakı həsrətlidi, bu həsrətə qurban,
Ya Rəbb, məni qurban seçəcək millətə qurban.

Bu misralar isə 1989-cu ildə, dekabrın 4-dən 5-nə keçən gecə, rus əsgərlərinin öz azadlıqları üçün sona qədər dirəniş göstərənlərə divan tutduğu andan bir neçə saat öncə  yazılıb.

O səhər necə səhərdi,
Yollar tamam qırmızıydı.
Cəsədindən ayrı düşən
Qollar tamam qırmızıydı.

Sözü, hiyləsi yüz olan,
Əsli şeytandan pis olan,
Qətlimizə bais olan
Əllər tamam qırmızıydı.

Sinəsində köz saxlayan,
Ürək qarsan söz saxlayan,
Ər igidə yas saxlayan
Tellər tamam qırmızıydı.

Bizə dəyən yad daşımı,
Dünya kədər yaddaşımı,
Şəhidlərə baş daşımı -
Güllər tamam qırmızıydı.

Bu dörd bəndlik şeir isə 20 Yanvar qətliamına həsr etdiyim poemadandır. Həmin poemanı 20 Yanvardan cəmi bir neçə ay sonra səhnələşdirmişdik, fövqəladə rejim vəziyyətində, təzyiq və basqılar altında Bakı Dövlət Universitetində, Konservatoriyada, İncəsənət Universitetində nümayiş etdirmişdik. Həmin vaxt bu gün Azərbaycan siyasətində gur-gur guruldayan kəslərin bir çoxu Sovet imperiyasının ünvanına səsləndirilən ağır ittihamları dinləməkdən belə qorxaraq salonlardan qaçırdılar.

Biz isə bugünədək salonlarda, meydanlardayıq. Canımız qədər sevdiyimiz, uğurunda gəncliyimizin ən gözəl günlərini, arzularımızı fəda etdiyimiz Vətənin xidmətindəyik! Susmadan, geriyə çəkilmədən bu Vətəni, bu Dövləti, bu Milləti yad əllərdə oyuncağa çevirmək istəyənlərin qarşısındayıq!

Bizim sevgimizin sərhədi olmadığı kimi mücadiləmizin, savaşımızın da sonu yoxdur!

Durmayacaq, dayanmayacaq, Azərbaycanımızın müstəqilliyinə  dil uzadanların dilini, əl uzadanların əlini kəsəcəyik!

Son olaraq, öz cızmaqaralarıyla qarşıma çıxmaq istəyən cahillərə, bəsirət gözü qapanmışlara 1991-92-ci illərdə qələmə aldığım bir şeiri təqdim edirəm. Qoy özlərini bu şeirlərin ayrı-ayrı misralarıyla bərabər tərəziyə qoysunlar. Bəlkə də nə qədər kiçik, nə qədər miskin və aciz olduqlarının fərqinə vardılar...

Şaman səsi

Əllərim qopuz teli, ürəyim qaval daşı,
Bir dəli şaman kimi yenə səs içindəyəm.
Bir ağ tabut içində
qurban kəsilir başım,
Gah ruhum azad olur,
gah qəfəs içindəyəm.

Gah üzümə çırpılır qara donlu pəncərəm,
Gah pərdələr asılır gözümdən niqab kimi.
Sığınıram evimin ayaqdəyməz küncünə,
Əriyirəm şam kimi, üzülürəm sap kimi.

Döyülür damarım şaman təbili kimi,
İçimdən bircə misra
çıxınca canım çıxır.
Qərib ruhum sıçrayır
içimdən dəli kimi -
Qılınctək sıyrılmıram,
çıxanda qınım çıxır.

Səpələdim göylərə bulud kimi illəri -
Kimsəsiz zirvələrdə yüz illik qar kimiyəm.
Başdan ayağa kimi içim söz qəbirləri -
Başdaşları içində adsız məzarlar kimiyəm.

Adımı pıçıldayıb qayalara, sirr deyin,
Göydən gəldiyim yolu qayıdıb kəsə dönüm.
Göydən asılan səsə
"tabu"- deyib, "pir"- deyib,
Altaydan Qafqazadək sıçrayan səsə dönüm:

"Ayaqlarım altında titrəsin Yer kürəsi,
Mən səsəm, səs, nəhəng səs!
             Mən səsəm, şaman səsi...

Turana sərhəd çəkim qopuzun telləriylə,
Yuyum Qafqaz dağların Uralın selləriylə.
Varım ata yurduna, varım türk elləriylə -
Ucalsın minarətək fatehlərin kölgəsi,
Mən səsəm, səs, nəhəng səs!
            Mən səsəm, şaman səsi!"

 
Oxunub: 1046
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
vuqar
20-08-2010
Elcin menim savasimin yaradicisinin yani hitlerin qorxaq oldugu ortaya cixdi uqursuz addir. Adda en onemli seydir bosu bosuna dedem Qorqud adi vermirdi.


Nigar Şamilqizi
20-08-2010
Ay Vuqar bes Dede Qorqud sene ad vermeyib? Kim oldugunu niye gizledirsen. Mence kimliyini kizletmek qorxaqliq elametidir


yalancilari sevmeyen
20-08-2010
ay nigar guya sen kimsen


A.Şirinova
20-08-2010
Yalançilari sevmeyene: Tamahkarlari yalançilar aldadir


yalancilari sevmeyen
27-08-2010
ay Sirinova, sen menim canim, onun ustune kimi gonderibler? ne qeder yazir ki onu da söysünler, söyen de yoxdur...


Nadir Ezimli
27-08-2010
Soymeye chesaretleri chatsa soyerler. Butun sherhlerde kinaye ve qezeb var, arqument ise... goze deymir.
Birdeki qurama adlar, ayamalar altinda onun-bunun unvanina yazmaga ne var. Bu qeder cesaretlisiniz gerchek kimliyinizi yazin. Qorxursunuz?






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC