05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Bir varmış bir yox....
 16.08.2010, 17:39

Atamla anam dünyada gördüyüm ən gözəl insanlardır. Onların isə ən böyük var-dövləti biz, üç övlad idik. 6 yaşım vardı. Təzə ev tikdirirdik. Iki mərtəbəli ev hələ də gözümün önündədir. Atam və anam evin tikintisinin bitməsi üçün cehizləri yavaş-yavaş satmağa başladılar. Hətta nişan üzüklərini də satdılar.

Hər ikisi çox zəhmətkeş insanlardır. Atam gecələr tarlada çalışır, günüzlər məktəbdə dərs deyir,  dərsdən sonra isə emalatxanada işləyirdi. Anam isə həm bizə baxır və həm də tarlada atamın işlərini davam etdirirdi. Anam mənə həmişə “Villi” deyə müraciət edərdi. Bu sadəcə mükəmməl ananın övladına taxdığı bir ad idi.

Həmişə tarlada işləyəndə məni özüylə aparardı. Evdə bir inəyimiz bir də buzovumuz var idi. Hər gün buzovla oynayar və onu bezdirərdim. O da meni kəlləsi ilə vurub yerə sərirdi. Mən də ağlaya-ağlaya anamın yanına qaçardım. Anam da “mənim balamı yenə də pis buzov vurub? İndi mən o buzovu döyərəm, ağlı başına gələr” deyərdi.
Hə, bir də eşşəyimiz var idi. Onun da tez-tez quyruğunu çəkərdim. Amma onu evin arxasında bağlayardılar  deyə, ora tez-tez gedə bilmirdim. Arada atamla üzüm gətirməyə gedərdik. O həmişə mənə nəsə öyrədirdi. Ona heyaran idim.

Evimizin tikintisi bitmişdi. 15 gün onun içində yaşadıq. Hər gecə ulduzlara baxıb sanki solğun olduqlarını hiss edirdim. Gecələr isə daha qaranlıqlaşırdı. “Gecələr nə qədər qaranlıq olsa, ulduzlar daha gözəl parlayar” deyimi mənim üçün heç də həqiqət deyildi.

23 avqust 1993-cü il bütün gözəlliklərə son qoydu. O gün 6 yaşlı buzovlu, eşşəkli, bostanlı, bağlı çox gözəl bir həyatı savaş qaraltdı. Gözümün önündə ölən insanlar, fəryadlar hələ də gecələr yuxuma gəlir.

O gün atam sanki bir qəhrəman idi mənim üçün, həyatım boyunca ondan üstün bir qəhrəman bilmirdim onda. Bizi və babamgili bəladan qurtardı. Buna görə biz şanslıydıq desəm, yalan olmaz. Çünki insanlar gözümüzün önündə ölür və yaralanırdılar.

O gündən sonra atamın üzü gülmədi. İşğal altında qalan doğma yurd-yuvam mənim üçün lap nağıla döndü. Bir varmış, biri yox... kimi...

Yazımı atam Ağamalı Quliyevin bir şeiri ilə bitirmək istəyirəm.

                                Qoynunda göz açdım bu kainata,
                                Mənə həm anasan, həm də ki, ata.
                                Gözəllər gözəli sənə kim çata,
                                Vurğunun olmuşam sənin, Cəbrayıl.

    Qalxıb Ziyarətdən baxdıqca sənə,
    Ellər-obalar heyrandır sənə,
    Qurbani sazını dilləndir yenə,
    Toy-büsat oylağı sənsən, Cəbrayıl.

                                Çinarlar hər yerdə verib baş-başa,
                                Xan Araz istəyir sevincdən daşa,
                                Xudafərin olub xalqa tamaşa,
                                Əzizdən əzisən mənə, Cəbrayıl.

   İgidlər yetirmiş bu doğma diyar,
   Oğlu Koroğlutək, qızları Nigar, 
   Ulu babalardan qalmış yadigar,
   Bizə əmanətsən, paysan, Cəbrayıl.

 
Oxunub: 1213
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Nicat
16-08-2010
Yaxsi yazidir. Ugurlar Vuqar


Kamil
16-08-2010
Elshad yaxshi yazidir amma elinize kecen butun yazilari koshe yerine yerleshdirmeyin. Bu koshe deyil axi


Orxan Ali
17-08-2010
Vuqar yaxshidi bele davam ele ugur olsun


vuqar
17-08-2010
millet sag olun minnetdaram size her an modern.az in inkisafi ucun elimden geleni edecem. size de ugurlar/

sayqilarimla vuqar agamalioglu


Vüqar Baba
01-09-2010
Adaş, indicə oxudum yazını. Tüklərim biz-biz oldu. Cəbrayılın işğalı ilə bağlı oxuduğum ən gözəl yazılardandı. Uğurlar sənə.


ilahe
02-09-2010
xosuma geldi.twk.heyatda ugurlar.


nesriyya iscisi
07-09-2010
bizim nesriyyatdan niye sorusmamisiniz çaşıoğlu


Nara
07-09-2010
Yazin heyatinin kicik amma cox onemli sehifesini eks etdirir. Cox teesirlidi. Arzu edirem ki tezlikle o nagil gercekliye donsun.Amin! Ugurlar sene.


Naile
07-09-2010
vuqar inan cox tesirlendim


Adsız
20-09-2010
Vüqar düzünu desəm yazı çoxda sen dediyin qeder maraqlı alınmayıb ancaq gencsen de ola bilsin ki, gelecekde maraqlı yazılar yazarsan. Qaldı senin bu yazıva kənd həyatında yaşayan insanların gündə üzləşdiyi problemlərdi. Mənim özümdə kəndə yaşamışam və mənə o qədərdə maraqlı gəlmədi. Lakin senin kimi genc jurnalistin yzdığı yazıya munasibət bildirmək istədim. Senin necə qəbul eləmiyin məni maraqlandırmır.


adsiza cavab
23-09-2010
men yeni azerbaycanda isleyirem amma cox seviyyesiz yazmisiz cunki vuqari men coxdan taniyiram amma bunu da bilin bu yaxinlarda vuqara Amerikali bir jurnalist xususi mukafat verib/


Entiqe Residqizi
24-09-2010
Vuqar o gun tedbirde Musfiq Elesgerli dediki Vuqar geleceyi parlaq genclerdendir.Eminlikle bu fikre qatiliram. Entiqe


Entiqe
24-09-2010
Salam Vuqar.senin parlaq geleceyine uqurlar qazanacaqina eminem.hec kese fikir verme davam et.


Ayla
27-09-2010
Koshe deyil, sadece bir gencin oten gunlerin aci xatiresinin ozunemexsus ifadesidir. Atasinin yazdigi seiri vermeyine sozum yox, amma bura jurnalistlerin ixtisas secimi ucun musabiqe yerine benzeyir. Mene qalsa bu yazi kecmezdi. Amma kecib, ne deyek. Indi ironiya iie "Biz basqasinin ugurna sevinen millet deyilik" sablunundan cixish edib meni o siraya qatmayin! Pis yazmisiniz deyenlere sert tepki gostereneler bildirmek isteyirem ki, beh-beh her zaman daga qaldirmir. tenqide de alishacaq jurnalist olmagi qarshisina meqsed qoybsa.


leyla
28-09-2010
men pis oldum


Nizam RZA
07-10-2010
vuqar hele tezedi hiss olunur. getdikce duzeler ruhdan dushme.calish yazilarda menini cox biruze vermeyesen/amma bu kosh deyil xatireye oxshayir


Nizam RZA
07-10-2010
Vuqar sen yuxaride ele yazmisan ki elimden geleni edecem-filan ele bildim deputatliqa namizedsen.


ASLAN
08-10-2010
Vuqar bey yazi gozel ve maraqlidir muharibeye bu aspekten hec kim baxmayib yeni medalliq yazidir bu yazinin qedrin bilsinler he bir de fikir vermeyin her adama


Ali
08-10-2010
yazinizi facebookda gordum cox emsional yazidir gerek ki avropalilara bele faktlar verilsin ki onlar da bilsinler nece xeyallar dagilib.






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC