05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Azərbaycanda muzeyə giriş mədəniyyəti niyə formalaşmayıb?
 06.08.2010, 13:48



Muzeylər hər bir xalqın tarixinin müəyyən məqamlarını özündə yaşadan mədəniyyət ocaqlarıdır. Dünyada incəsənət, mədəniyyət, tarixi, elmi, bədii əsərlərin, eksponatların, sənətkarlıq nümunələrinin saxlanıldığı bir sıra məşhur müzeylər var ki, onları hər il milyonlarla adam ziyarət edir. İngiltərənin Viktoriya və Albert, Rusiyanın Ermitaj, Amerikanın Tekstil, Türkiyənin Topqapı sarayı, Fransanın Luvr muzeyləri bu sıraya aiddir. Azərbaycandakı muzeylər dünyanın məşhur muzeyləri ilə bir sırada dayanmasa da, hər halda eksponat sarıdan onlardan heç də geri qalmır. Muzeylərimizin bir çox problemləri var, amma ən əsası bu mədəniyyət ocaqlarına ziyarətçilərin az gəlməsidir.

İşğal altındakı ərazilərimizdə 22 muzey dağıdılıb

Son illər muzeylərin problemlərinin həlli istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılsa da, onların tam aradan qaldırılması üçün hələ çox işlər görülmələdir. Ölkəmizdə muzey işi əsasən «Muzeylər haqqında» Qanun və «Azərbaycan Respublikasının dövlət muzeylərində saxlanan muzey əşyalarının uçotu və saxlanması üzrə Təlimatlar»la tənzimlənir.

Mədəniyyət və Turizm Nazirliyini məlumatına görə, hazırda Azərbaycanda 200-dək muzey fəaliyyət göstərir. Bunlar tarix və tarix-diyarşünaslıq muzeyləri, elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin ev muzeyləri, incəsənət və ədəbiyyat, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləridir.

Muzeylərdən 20-si Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

İşğal altında olan torpaqlarımızda 22 muzey dağıdılıb. Onların ümumilikdə 100 min eksponatı olub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, işğal zamanı həmin muzeylərdən bir neçəsinin əmlakı daşınıb Bakıya gətirilsə də, əksəriyyəti dağıdılıb, bütün eksponatlar talan edilib.

İşğal zamanı yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı Ev Muzeyinin eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu tam xilas edilməyib. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhimbəy Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi, bir çox başqa muzeylər tamamilə dağıdılıb.

İşğal olunmuş ərazilərdəki muzeylərlə bağlı Azərbaycanın istəyi əsasında Beynəlxalq Muzeylər Şurası, o cümlədən, YUNESKO  Ermənistana müraciət göndərib. Amma qarşı tərəfdən bu müraciətə hər hansı cavab verilməyib.

Onu da qeyd edək ki, dünyanın ayrı-ayrı muzeylərində Azərbaycana məxsus bir sıra sənətkarlıq nümunələri saxlanılır. Məsələn, Fransadakı Luvr muzeyinin eksponatları arasında Azərbaycanın həm bədii, həm də texnoloji cəhətdən ən dəyərli xalçaları var.

Bəzi muzeylərin internet saytı yoxdur

Azərbaycan muzeylərinin problemlərindən danışarkən bu mədəniyyət ocaqlarında kompüter məlumat bazasının olmamasını da qeyd etmək lazımdır. Hələlik aparıcı paytaxt muzeylərinin internet saytı var və onların veb-səhifələrindən məlumat almaq olar.  Bu sırada Musiqi Mədəniyyəti Dövlət Muzeyi, «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət Tarixi-Memarlıq Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin adını çəkmək olar.
Azərbaycan Dövlət Teatr Muzeyinin də internet saytının yaradılmasına başlanılıb və noyabrda həmin saytın təqdimatı olacaq.
Müxtəlif vaxtlarda muzeylərdə araşdırma aparmış sənətşünas Toğrul Məmmədovun sözlərinə görə, sözügedən sənət məbədləri texniki cəhətdən də kifayət qədər təchiz edilməyib. Əksər muzeylərimizdə temperatur - nəmlik rejiminə riayət edilməsi, sərinləşdirici sistemin yaradılması, xüsusi işıqlandırma imkanı normal səviyyədə deyil ki, bu da eksponatların məhvolma təhlükəsilə üzləşdirib. Muzyelərdən bəzilərnin mühafizə və yanğın əleyhinə siqnalizasiyası da zəif təşkil olunub. Müzahibimiz deyib ki, muzeylər nəqliyyat vasitələri sarıdan da korluq çəkir, müasir qablaşdırma materiallarına malik deyil. Muzey işçilərini əməkhaqqının da aşağı olması problemlər sırasına daxildir.

Paytaxtdan fərqli olaraq bölgələrimizdəki muzeylərdə eksponatların saxlanma şəraitinin daha pis olması barədə də məlumatlar var.

Muzey oğurluqları

Muzeylər daim oğruların hədəfəindəki sənət məbədləri olublar. Müxtəlif vaxtlarda hətta yaxşı mühafizə texnologiyasına malik muzeylərdən belə, oğurluqlar baş verib. Məsələn, dünyanın ən məşhur muzeyi-Luvarda bir neçə dəfə oğurluq olub. Onlardan ən səs-küylüsü 1911-ci ildə bir italiyalı rəngsaz tərəfindən həyata keçirilib. O, Leonardo da Vinçinin «Cokonda» əsərini oğurlayıb. Hadisənin təhqiqatından məlum olub ki, həmin rəngsaz öz həmyerlisinin (Leonardo da Vinçi də italiyalı olub) çox məşhur olan bu tablosunun başqa bir ölkənin sərvətinə çevrilməsi ilə heç cür barışmırmış. Sonradan «Cokonda» geri alınaraq muzeyə təhvil verilib. İndi «Cokonda»nı göz bəbəyi kimi qoruyurlar. Luvrda sonuncu oğurluq hadisəsi 1998-ci ildə baş verib. Hazırda muzeyin eksponatları yüksək səviyyədə qorunduğundan növbəti oğurluğun baş verməsi mümkün deyil.

Azərbaycandakı muzeylərdə də dəfələrlə oğurluqlar olub. 18 il əvvəl İncəsənət Muzeyindən oğurlanan 300-ə yaxın eksponatın bəzilərinin axtarışı hələ də davam etdirilir. Vaxtilə Tarix Muzeyindən də 50-dən çox qiymətli xalça oğurlanıb. XVIII-XIX əsrə aid həmin xalça eksponatlarının da heç biri tapılmayıb. Musiqi Mədəniyyəti Muzeyindən yoxa çıxan qiymətli eksponat-«Saz əsa»nın özü və oğruları da bu günədək tapılmayıb.

Deyirlər ki, muzeylərimizdə baş vermiş oğurluqlar, qiymətli eksponatların yoxa çıxması bu işdə marağı olan vəzifəli şəxslərin əli ilə həyata keçrilib. Əsl oğruların və oğurlanan əşyalarının tapılmamsı da bununla əlaqədardır.

Muzeyə giriş mədəniyyəti hələ formalaşmayıb

Azərbaycandakı muzeyləri ziyarət edənlərlə bağlı rəsmi statistika göstərir ki, keçmiş sovetlər dönəmi ilə müqayisədə indi bu mədəniyyət ocaqlarına gələnlərin sayı çox azdır. Baxmayaraq  ki, ölkəmizdə muzeylərə giriş qiymətləri aşağıdır-yerli vətəndaşlar 1 manat, əcnəbilər üçün isə 2 manat. Hələ uşaqlara, şagirdlərə, tələbələrə, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə edilən güzəştləri demirik. Rayonlardakı muzeylərə giriş qiymətləri isə bundan da ucuzdur.

Bütün bunlara baxmayaraq muzeylərimiz ziyarətçi sarıdan korluq çəkir.

Azərbaycan İstiqlal muzeyinin elmi ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova bizimlə söhbətdə muzeylərə marağın aşağı olmasından şikayətlənib: “Mədəniyyətə, tarixə sevgi ailədən başlayır. Mən çox təəsssüf edirəm ki, bu gün Azərbaycan ailəsində bu sevgi, təbliğat yetərincə formalaşmayıb. Belə olsaydı bu gün muzeylərimiz ziyarətçi baxımından əziyyət çəkməzdi. Mən çox nadir hallarda valideynlərin öz uşaqlarını muzeyə gətirdiklərinin şahidi oluram  Bu zaman isə onların eksponatlara qarşı marağının az olması məlum olur. Lakin xaricilər ölkəmizə çatar-çatmaz muzeylərə baş çəkir, ordakı eksponatlarla hərtərəfli maraqlanır, heç bir şeyi nəzərdən qaçırmırlar. Çox istərdim ki, bizim vətəndaşlarda da muzeylərə qarşı belə maraq formalaşsın. Demək olmaz ki, muzeylərimizi ziyarət edənlər yoxdur, lakin ziyarərçilərin sayının az olması şəxsən bir şöbə müdiri kimi məni çox narahat edir”.

Azəbaycan Dövlət Teatr Muzeyinin direktoru Nuridə Nurullayevanın bu məsələ ilə bağlı fikirləri isə bir qədər maraqlı olub. O, hazırki vəziyyətdən bir o qədər də narazı deyil: “Demək olar ki, hər gün muzeyimizi ziyarət edənlər olur. Gün ərzində təxminən 15-20 və bəzən daha çox ziyarətçi muzeyimizə gəlir. Əslində bu çox yüksək rəqəm deyil, amma mən bir o qədər də şikayətçi deyiləm”.

Azərbaycan Dövlət İncəsənət Muzeyində də müşahidələr apardıq. Muzeyin yeni binası gözəlliyi ilə göz oxşasa da, elə ilk baxışdan məlum olur ki, muzey ziyarətçi sarıdan korluq çəkir. Muzeyə gələnlər arasında məktəblilər və xarici vətəndaşlar diqqətimizi çəkdi. Muzeyə gələnlərdən bir neçəsinin fikrini öyrəndikdə onlar buradakı giriş qiymətlərindən şikayətləndilər. Dedilər ki, biletin 5-10 manata satılması düzgün deyil.

Hər üç muzeydə aparılan müşahidədən belə nəticəyə gəlmək olar ki, ziyarətçilərin əksəriyyəti məktəblilər, tələbələr və turistlər təşkil edir. Bəzi muzeylər ziyarətçi problemini müqavilələrlə və dəvətnamələr göndərməklə həll edirlər. Bu işdə QHT-lər də onlara kömək edir.

Muzey işçiləri deyirlər ki, əksər Avropa ölkələrində uşaq gözünü açandan muzeylərə gedir. Bu da bir ənənə kimi həmin cəmiyyətlərdə ailələrdən başlayaraq mədəniyyətə, incəsənətə bir sevgi formalaşdırır. Bizdə isə bu ənənə hələ formalaşmayıb. Çox nadir hallarda hansısa valideyn öz övladının əlindən tutub muzeylərdəki eksponatlara tamaşa etməyə aparır.
Azərbaycanda yerli vətəndaşlar muzeylərimizdə eksponatları ancaq tədbirdən tədbirə, harasa dəvət alanda görürlər.

Sənubər Qurbanova

 
Oxunub: 613
Çap variantı
Məktub göndər
Facebook-da paylaş



Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC