05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Mübariz İbrahimovun meyitinin şəkilləri odnoklassniki.ru saytından çıxarıldı
 04.08.2010, 16:22

Ermənilər Azərbaycanı qıcıqlandırmaq üçün növbəti bir şərəfsiz addım atdılar. Azərbaycanın Milli Ordusunun şəhid giziri, Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin şəkilləri bir neçə gün öncə www.odnoklassniki.ru saytına yerləşdirildi. Düşmən bu alçaq hərəkəti ilə sanki iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki ağır məğlubiyyətin əvəzini çıxırdı.

Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin şəkillərinin odnoklassniki.ru saytında yerləşdirilməsi Azərbaycanda qəzəb doğurdu, Müdafiə Nazirliyi məsələyə münasibət bildirdi.
Bu saytın azərbaycanlı istifadəçiləri də öz təpkilərini nümayiş etdirdilər. Onların həmin fotoların odnoklassniki.ru-dan çıxarılması və təhqiramiz ifadələrə son qoyulması tələbiylə saytın rəhbərliyinə çoxlu icmarıclar ünvanlamaları nəticəsiz qalmadı. Bununla yanaşı, son bir neçə gündə yüzlərlə azərbaycanlı istifadəçi odnoklassniki.ru saytındakı səhifəsindən imtina etdiyini bildirdi.

Modern.az-ın məlumatına görə, avqustun 4-də Azərbaycanın Milli Ordusunun şəhid giziri, Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin şəkilləri odnoklassniki.ru saytından götürülüb.

Qeyd edək ki, Mübariz İbrahimovun cəsədinin şəkilləri odnoklassniki.ru saytına əvvəlcə TEHLER YAN, sonra isə SOGO MON niki ilə qeydiyyatdan keçmiş erməni tərəfindən yerləşdirilmişdi, orada azərbaycanlılar barəsində çoxlu təhqiramiz şərhlər də yazılmışdı.

Əməkdaşımız bu gün odnoklassniki.ru saytında axtarış apararkən şəhid gizirimizin meyitinin şəkillərinin TEHLER YAN və SOGO MON nikli erməninin profilindən çıxarıldığının şahidi olub. Bundan başqa, orada azərbaycanlılar barəsində yazılan təhqiramiz şərhlər də yığışdırılıb.
TEHLER YAN ya da SOGO MON nikli erməninin səhifəsinə isə giriş məhdudlaşdırılıb.

Şəhid Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi.

M.İbrahimov iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən qəhrəmanlıqla şəhid olub olub. M.İbrahimovun təkbaşına çoxlu erməni hərbçisini öldürməsi, ermənilərin səngərini alt-üst etməsi düşməni o qədər vahimələndirib ki, ermənilər hələ də onun meyitini verməməklə qisas almağa çalışırlar.
 
M.İbrahimov ölümündən sonra Prezident tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı alıb.

Adəm Qorxmaz

 
Oxunub: 3601
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
AYGUN
04-08-2010
AFERİN erm eni qan gorub dede babadan esitmishdimçindi shahid oldum QORXAQ MİLLETDİ


Perviz
14-08-2010
Mende AFERIN deyirem anan verdiyi sud sene halal olsun yaxsi deyerler SONUNU DUSUNEN HEC ZAMAN igid olmaz. AGDAM rayonu adindan men sene deyirem halal olsun sene ve senin kimi igidlere allah sene rehmet elesin


Aysu
19-08-2010
Vetenimiz bele oglanlari oldugu ucun fexr edir ,hemiwe de edecek !


elchin
24-08-2010
Allah sene qeni qeni rehmet elesin ay elimizin qehremani


murad
28-08-2010
HALAL OLSUN NE DESEN BU INSANA AZ DI HAL OLSUN


FAIQ
31-08-2010
HALAL HALAL HALAL OLSUN!BUNDAN BASQA SOZ TAPA BILMIREM! ALLAH SENE REHMET ELESIN!


anar
01-09-2010
sen azerbaycanin fexrisen menim olmez qardawim allax sene rehmet elesin.sen cennet mekanindasan


TOGRUL NƏSİBOGLU
05-09-2010
VƏTƏN UGRUNDA ÖLƏN VARSA VƏTƏNDİR !!!
MÜBARİZ QARDAŞIM RAHAT UYU , EN UCA MƏQAMDASAN SƏN , ŞƏHİDLİK MƏQAMINDA !


fate
21-09-2010
Azərbaycanda Mubariz kimi oğullar çoxdur.
Narahat olmiyin Vətəni qorumaqdan ötru minlərlə bu torpağın yetişdirdiyi oğullar var.


ELMİR
25-09-2010
SALAM AZERİ BALALARI AZERİ BALALARI ÇOX GÜJDÜ OLURLAR MƏN MÜBARİZ İBRAHİMOVLA FƏXR EDİREM ALLAH ONA REHMET ELƏSİN O GÜN OLACAQ QARABAQDA AZƏRBAYCANIN 3-RƏNGLİ BAYRAQINI QARABAQDAN ASACAQIQ


sahib
03-10-2010
MÜBARİZ öz adını doğrtdu.Onun kimi oğullar dünya durduqca yaşayacaqlar.


Nərgiz
07-10-2010
SON MƏKTUBUN

Son məktubun gələcəyə çağırış,
Son məktubun xəyanətə hayqırış,
Allah eşqi,Vətən eşqi,Qurtuluş,
Get,Igidim,get,Pələngim,get,Şirim,
Məktubunu ver,anana yetirim.

Qeyrət sənin boğazında bir düyün,
Gedirsənsə,demək,var bir bildiyin,
Bayram olsun bir gün dönüb-gəldiyin,
Get,Igidim,get,Pələngim,get,Şirim,
Son sözünü de,Cahana yetirim.

Gen sinəndə xalqım boyda ürək var,
Ürəyində intiqam var,dilək var,
Diləyində düşməni məhv etmək var,
Get,Igidim,get,Pələngim,get,Şirim,
Bir damla qan ver,Ümmana yetirim.

Getdiyin yol zirvə yolu,nur yolu,
Şəhid dolu,igid dolu,ər dolu,
Uçurumdur bu yolların sağ-solu,
Get,Igidim,get,Pələngim,get,Şirim,
“Zəfər” sözün qoy hər yana yetirim.

Mahirə Nəriman qızı Abdullayeva


Nergiz
07-10-2010
Şəhid əsgər


Bir əsgər əlində tüfəngin tutub,
Başının üstündə uçur yuxusu,
Bir ana bu gecə özün unudub,
Oğluyçun Tanrının döyür qapısın.

Bir tale düşmənin nişangahında,
Zamanın bir anı durub tətikdə,
Bir ömrün açılan son sabahında
Bir layla ağlayır köhnə beşikdə.

Bir ana yavaşca ninni söyləyir,
Axtarır o ninni,gəzir sahibin,
Bir baba oturub nağıl söyləyir,
Nəvə cəngindədir o zalım Divin...

Yetişdi zamanın o zalım anı,
Günah atəşiylə güllə alışdı,
Laylalar qıy çəkib tutdu Dünyanı,
Nağıllar diksinib göydə uçuşdu...

Bir fəryad səsinə oyandı Dünya,
Göy yerə töküldü bu səhər vaxtı,
Heyrətlər içində dayandı Dünya:
Əsgər,əldə tüfəng,göylərə qalxdı!..

Düşmən bir də,bir də tətiyi sıxdı,
Amma bir güllə də ata bilmədi,
Qızmış silah qanlı əllərin yaxdı,
Nə etdi,əsgərə çata bilmədi.

Əsgər uçdu,uçdu ənginliklərə,
Saçları Günəşin al rəngindəydi,
Bir dəfə qanrılıb baxmadı yerə,
Fikri bərk sıxdığı tüfəngindəydi.








Arzusu, Tanrının hüzurlarına
Əlində silahla yetişmək idi,
Qurbandı Vətənin torpaqlarına,
Torpaqla üzüağ görüşmək idi.

Torpaq da qürurla baxdı əsgərə,
Fərəhdən sinəsi qalxdı,böyüdü,
Vətən qollarını açdı əsgərə,
O,Vətən qynunda yatdı,uyudu.

Abdullayeva Mahirə Nəriman qızı


Gunel
15-10-2010
ALLAH bele oglanlari bize cox gormesin.AMIN.ALLAH REHMET ELESIN


Aksin
10-11-2010
ALLAH REHMET ELESIN!!!!!!!


Metin Bingül
05-12-2010
ŞEREFLİ KAHRAMAN KOÇ'UM SEN RAHAT UYU. BİR MUBARİZ İBRAHIMOVUN ŞEHİT OLUR AMA BİNLERCE MUBARİZ İBRAHIMOVUNl''LAR TÜRK ULUSUNDAN DOĞAR. MEKANIN CENNET KABRİN PİR NUR OLSUN.BİR GÜN GELECEK İNTİKAMIN ALINACAKTIR.


Rashid
12-12-2010
Ruhun şad olsun . Çox kederlendim


CLEAN
04-01-2011
Vətən sənin kimi oğullar çağırır.Merd,igid,qorxmaz......Men inanıram ki MUBARİZ,FƏRİD kimi igidlər az deyil Azərbaycanda.ALLAH sizə rəhmət,yerinizi cənnət eləsin.......


seva
24-03-2011
cənnət onun ayaqları aitında olsun inşaallah.onun hünərdə oglanlar daha cox olsun amma ölməsin


elik
21-06-2011
cennet senin ayaqlarin altinda olsun....... ruhun sad olsun..!!






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC