Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
Axtarış
Parlament
Son xəbərlər
Ölkə
Cəmiyyət
Müsahibə
QHT
Fotosöhbət
Gündəm
Media
Reportaj
Mədəniyyət
Dünya
Maraqlı
Foto
Video
Forum
Sorğular
Reklam xidməti
Axtarış
Əlaqə
Xəbərlər arxivi
New Page 2
A
A
A
Ermənilər şəhid gizirimizin meyitinin şəkillərini yayıblar (fotolar)
02.08.2010, 23:25
Ermənilər Qızıl Xaç Komitəsinin sorğusuna cavab olaraq bildiriblər ki, azərbaycanlı gizir Mübariz İbrahimovun meyiti nə Ermənistanda, nə də Dağlıq Qarabağdadır. Amma ermənilərin odnoklassniki.ru saytında Azərbaycanın şəhid giziri Mübariz İbrahimovun meyitini əks etdirən fotoşəkillər yerləşdirmələri onların hiylə və yalançılığını bir daha ortaya qoyub.
Təəssüf ki, hələlik Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsləri bir nəticə vermir. Ermənilər isə heç bir bəşəri və insani normalarla bir çərçivəyə sığmayan əməllərlə məşğuldurlar. Onlar internetdə şəhid hərbçimizin fotoşəkillərini yerləşdirməklə azərbaycanlılara acıq verir, şəhidimizin ünvanına təhqiramiz ifadələr yazırlar.
Modern.az-ın məlumatına görə, Mübariz İbrahimovun cəsədinin şəkilləri odnoklassniki.ru saytına TEHLER YAN niki ilə qeydiyyatdan keçmiş erməni hərbçi tərəfindən yerləşdirilib. Ermənilər həmin fotoşəkillərin yanında azərbaycanlılara qarşı təhqiramiz şərhlər yazmaqda davam edirlər.
Görünür Mübariz İbrahimovun 6 erməni hərbçisini öldürməsi düşmənlərə çox pis təsir edib. Erməni vəhşilərinin Mübarizin meyitinin əllərini bağlaması düşmənin onun ölüsündən də qorxmasına işarədir.
Şəhid Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi. O, iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətindəErmənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən qəhrəmanlıqla şəhid olub olub. İşğalçılar hələ də onun cəsədini qaytarmaqdan imtina edirlər. M.İbrahimova ölümündən sonra Prezident tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı verilib.