05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Namus böhranı...
 26.07.2010, 15:01

Çoxdan yazmaq istədiyim, ancaq hər dəfə də yeni faktların ortaya çıxması səbəbindən gecikdirdiyim mövzunu nəhayət ki, qələmə almağa qərar verdim. Buna təkan verənsə bu yaxınlarda eşitdiyim rəzil bir xəbər - ölkənin şimal rayonunda 32 yaşlı birisinin 70 yaşlı nənəsinə təcavüz etməsi xəbəri oldu (?!).
Bəs daha öncə bu kimi hansı xəbərləri eşitmişdik hamılıqla? "50 yaşlı kişi 5 yaşlı qız uşağına qarşı əxlaqsız hərəkətlər etdiyinə görə 14 il azadlıqdan məhrum edilib", "Azyaşlı qızı zorlamaqda təqsirləndirilən 57 yaşlı "x" rayon sakini saxlanıb", "Ata öz qızını zorlayıb", "x" rayonda qaynata gəlininə təcavüz edib", "Anasına sataşıb"...

Bu xəbərlər xeyli adiləşmiş zorlama halları içərisində daha qabarıq şəkildə seçilənləridir. Ağılagəlməz xarakterlərinə görə. Bütün bu sadalananlar və saymaq imkanında olmadığımız onlarla belə olaylar BİZİM MƏMLƏKƏTDƏ yaşanır.

Tarix boyu türk etnosu, onun bir hissəsi olan Azərbaycan xalqı yüksək mənəvi, əxlaqi keyfiyyətlərin, namus, qeyrət kimi özəl xüsusiyyətlərin aşırı daşıyıcısı kimi tanınıb. Cəmiyyətin diri və duru saxlanmasında, pak təməllər üzərinə qurulan ailənin, tək-tük yolundan sapanlara qarşı göstərilən kəskin el qınağının əvəzsiz rolu olub. Təəssüf ki, bu gün ölkəmizdə mənəvi, əxlaqi dəyərlərə qarşı gözəgörünməz qüvvələrin başlatdığı savaş müəyyən dərəcədə öz "bəhrəsini" verməkdədir. Bu mənəvi terrorun ssenaristləri bəlkə xaricdə əyləşiblər, amma bu rəzalət ssenarisinin aktyorları içimizdən olanlardır.
Açıq etiraf etmək lazımdır ki, hər gün daha çox insan, xüsusən gənclər sürətlə fırladılan bu əxlaqsızlıq dəyirmanının daşları arasına düşürlər.   

Bəs mühafizəkar bir cəmiyyətdə, əxlaq, namus məsələlərinə əlahiddə önəm verən türk-müsəlman toplumunda insanların mənəvi pozğunluğa yuvarlana bilməsini stimullaşdıran hansı səbəblərdir?
Səbəblər sırasında ilk öncə qloballaşma deyilən prosesin özü ilə gətirdiyi ünsürləri qeyd etmək olar. "Daha çox kapitala sahib olmaq" düşüncəsinə söykənən bu proses hədəfinə çatmaq üçün ən ülvi, toxunulmaz dəyərlərə belə əl uzadır. Bu gün ölkədə intişar tapan cinsi istismarı, insan alverini törədən də şəhvani hisslərin təmin olunması yox, məhz daha çox para qazanmaq niyyətidir. Bu sahədə bazar açanlar sözsüz ki, öz "piştaxtalarını" daha zəngin etməkdə maraqlıdırlar. Bu isə hər gün daha bir neçə gəncin namuslu həyata əlvida deməsi hesabına baş verir. İstirahət zonaları, sauna, masaj salonu və s. yarlıqlar altında fəaliyyət göstərən əksər obyektlərin gerçək fəaliyyətinin cinsi istismar olduğu heç kimdə şübhə doğurmur. Və ən dəhşətlisi də odur ki, bu kimi kirli məkanlar həmin ərazilərə nəzarət edən qurumların "razılığı" ilə fəaliyyət göstərirlər.         

Tək Azərbaycanda deyil, bütün dünyada mənəvi dəyərlərin aşınmasında, insanların (yenə də əsasən gənclərin) əxlaqi keyfiyyətləri əldən verib şəhvani hissələrə girov düşməsində günü-gündən gəlişən elektron texnikanın xüsusi rolunu qeyd etməmək olmur. Söhbət təbii ki, televiziyadan, internetdən və mobil rabitədən gedir.   Bu gün Azərbaycan teleməkanında hökm sürən əxlaq böhranından indi hamı şikayətçidir. Dövlət məmuru da, millət vəkili də, jurnalist də, işçi də...

Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev təxminən bir il öncə Azərbaycan teleməkanındakı acınacaqlı durumla bağlı xüsusi məqalə ilə çıxış etdi. O məqalədə sadalanan mənfi halların aradan qaldırılması ilə bağlı tövsiyələr verilmişdi. Və bu tövsiyə sıravi bir vətəndaşın, sıradan bir dövlət məmurunun deyildi. R.Mehdiyevin iradlarından biri özəl telekanalların efirində titrdə verilən "qaçan mesajlar"a idi. Qısa müddətdə bu mesajlar yığışdırıldı. Amma bu gün yenə "imkanlı, yaraşıqlı oğlan axtaran" qızların, "18-20 yaşlı sarışın qız axtaran" oğlanların mesajları televiziya titrlərində o yan-bu yana qaçır. Demək ki, daha çox kapital qazanmaq üçün hər şeyini qurban verməyə hazır olanların iradəsi qalib gəlib.  

Ümumiyyətlə, Azərbaycan teleməkanında efir saatının əhəmiyyətli bir hissəsini işğal etmiş "şou-biznes" deyilən aləmin mənsublarının təbliğ olunan yaşam tərzi özü bir əxlaqsızlıq məktəbini xatırladır. Atası bəlli olmayan uşaq dünyaya gətirən müğənnilərin ən mötəbər tədbirlərdə önə çəkilməsi, kişiliyini tək mənəvi baxımdan deyil, həm də cismani olaraq itirmişlərin ekranlarda meydan sulaması, ailəsi olmayanların ailə haqqında mühazirələr oxuya bilməsi ortaya örnək kimi çıxır. Biriləri özlərinə haqq qazandırmağa örnək görürlər onları - "Mən niyə belə olmayım" deyə.  

Bu gün mənəvi aşınmada önəmli rol alan internetin gətirdiyi bəlalar özünü açıq şəkildə büruzə verməkdədir. Söhbət bütövlükdə internetdən yox, onun mənəvi mühitin pozulmasındakı rolundan gedir. Bir neçə ay öncə Türkiyə prezidenti Abdullah Gül bildirmişdi ki, dünyada "erməni soyqırımı"na aid bir milyondan artıq sayt yaradılıb. Kimdir bu saytları yaradan? Ermənilər. Və daha çox da internet aludəçisi olan erməni gəncləri. Bir milyondan artıq "soyqırımı" saytını başqa millətin nümayəndəsi onların əvəzinə ortaya qoymayıb. Bəs bizim gənclər (müəyyən kəsimi nəzərə almasaq) internetdə vaxtlarını nəyə həsr edirlər? Bu sualın cavabını paytaxtdakı istənilən internet klubunda tapmaq mümkündür. Yan-yana düzülüb "tanışlıq səhifələri"ndə gün keçirən oğlan və qızların təməl məqsədi ailə qurmaq deyil təbii ki... İnternet üzərindən də ailə qurular?...

İndi tək gənclərin yox, yaşlı insanların da həvəskarlıq etdiyi mobil telefon klipləri, dairəsi genişlənən mənəvi aşınmada özünəməxsus yer almaqdadır. Əgər əvvəllər iyrənc səhnələrlə dolu olan bu "kliplər" xarici istehsal idisə, indi bu sahədə "yerli çəkilişlər" "çiçəklənmə" dövrünü yaşayır. Demək olar ki, əksər gənclərin, yeniyetmələrin, hətta uşaqların sahib olduğu cib telefonları gerçək təyinatından, yəni bir rabitə vasitəsi olmaqdan daha çox yüngül, əxlaqsız məşğuliyyətlər üçün istifadə olunur. Bu da bir çox hallarda faciələrə, ağır cinayətlərə yol açır.
Milli Məclisdə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda keçirilən dinləmələrdə çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov məlumat vermişdi ki, son dövrlər şəxsiyyət əleyhinə olan cinayətlərdən 388-i 16 yaşına çatmayanların cinsi əlaqəyə cəlb edilməsi olub. O.Zalovun sözlərinə görə, sonuncu hal ölkənin cənub bölgəsində üstünlük təşkil edir. Nazir müavini son zamanlar qısqanclıq zəminində (əslində namus üstə) qəsdlərin artdığına da diqqət çəkmişdi.   

İmkan çərçivəsində sadaladığımız və ya burada qeyd olunmasa da hər kəsə bəlli olan əxlaq pozğunluğunun yayğınlaşmasını necə önləmək sualı çıxır ortaya. Müxtəlif təkliflər var. Bu sahədə qanunvericiliyin sərtləşdirilməsindən tutmuş, bir sıra Şərq ölkələrində tətbiq olunan Şəriət qaydalarını tətbiq etməyə qədər. Amma təcrübə göstərir ki, bu sahədə nizam yaratmaq üçün yalnız inzibati metodların tətbiqi o qədər də effekt vermir. Əgər ağır Şəriət cəzalarının hakim olduğu məmləkətlərdə əxlaqsız əməllərə görə cəzalandırılanlar varsa, demək, bu hələ çarə deyil.     

Cəmiyyətin mənəvi saflığının təmin olunmasında, millətin gələcəyini təmin edən namuslu gənclərin yetişdirilməsində inzibati amillərlə yanaşı, mənəvi tərbiyə önə çəkilməlidir. Gəncin özünə şəxsiyyət kimi yanaşmasını aşılamaq, sözçülük səviyyəsində deyil, ciddi ideoloji söykənəcəyi olan milli qeyrət, vətənpərvərlik duyğularının təbliği, bir də gerçək Türk, İslam dəyərlərinin təbliği bu sahədə mənəvi tərbiyənin təmin olunmasında əhəmiyyətli rol oynaya bilər. Digər tərəfdən, ailədə insanların bir-biri üzərində nəzarət imkanlarını artırması, xüsusən valideynlərin övladlarının gündəlik həyatları barədə davamlı ilgilənməsi hazırda boşluq hesab olunan məsələlərdəndir.   

Azərbaycan hüquqi dövlət olduğu üçün burada Şəriət qaydalarının tətbiqi mümkün deyil. Amma hazırda qüvvədə olan qanunvericiliyə az-çox əməl olunmasının özü də həyatımızda əl-qol açan əxlaqsızlıq çirkabının cilovlanmasına öz töhfəsini verə bilər.  

Və sonda. Ola bilsin, kimlərsə yazının başlığına çıxardığımız "Namus böhranı" yarlığını qəbul etməyərək bunun bütövlükdə cəmiyyət üçün ağır ittiham kimi səsləndiyini deyələr və bizi qınayalar. Olsun. Amma Azərbaycan kimi özünəməxsus dəyərləri ilə seçilən bir türk yurdunda, müsəlman cəmiyyətində əxlaq problemi 0.1 faizi təşkil edirsə də, bu bizim üçün böhran sayılmalıdır.



Digər məqalələr

Oruc “xaosu” (26.07.2010, 15:01)
Səksənin "həşdad" dərdi (26.07.2010, 15:01)
 
Oxunub: 2323
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Yegane
26-07-2010
Evvela her wey insanin ozunden asilidir, eger onun meneviyyatinda problem varsa o mutleg nese edecek, hetta biz ona terbiye verib aqil qoymaq istesekde.
esas insan olmaqdir. milli deyerler ay nebilim mentalitet hamisi bow weydir!


Fidan
26-07-2010
Hər şey düzdür Ola bilər televiziya İnternet insanların əxlaqının pozulmasına səbəbo lur. Amma məncə atanın qızına, oğulun anasına gözü düşməsinə heç cür haqq qazandırmaq olmaz Heç cür Bunun günahını internetin üstünə yıxmaq düz deyil


Xətayi Əzizov
26-07-2010
Salam Aqil, toxunduğun mövzu çox maraqlı v aktaldır. Əslində hamımızın bəlkə də günd qarşılaşdığı və eşitdiyi hadisələrdi. Akademik Ramiz Mehdiyevin bir meddə öncəki çıxışını da düzgün qeydemisən. Amma təəssüf doğuran birşeyi dəmən deyim. Diqqət yeirmişk mən və bir qrup həmkarım, gün ərzində "olveys"in reklamı digər mal və məhsuların reklamndançoxur. Televiziya işçilərinin birindən soruşdum və çox maraqlı bir cavab aldm: "Bizə bunu reklam edin pul bundadır" deyirlər biz də göstəriik. Məgər reklam olunası başqa şey yoxdu ki, olveys özüdə onun qanadlı və y qanadsızolmasıı elə təhrif edirlər ki, elə bil nədir. Əziz dost elə bil kimlərsə məhz bu yollarla cəmiyyədə mili mənəv dəyərlrimizi aşılamağa çalışır, cılızlaşdırır, mənəviyyatımızı öldürəyə çalışırlar. Yazın ki, bəlkə bu yolla nə isə də bilək.


xoruz baba
26-07-2010
artiq cox gecdir, poezd gedib, bakida bir çox erli qadinlar, bir çox subaylar pula ozunu satir, uste gel rayonlardan Bakiya qastrola gelen "qizlar"da var, yani taxmin movsimden asili olaraq Bakida 400000 - 600000 arasi qadin faiselikle mesqul olur, bezilerinin eri, atasi, qardasi bunu bilirler ve hetta serikde olurlar. Bu qadinlarin yasi 14-48 arasinda deyisir amma cox seks xidmet etmekden xebersizdiler ve ancaq pul gudurler


Ibrahim
26-07-2010
Men heç vaxt nəyinsə birdəfəlik itirilməsi ilə razı deyiləm. Burada Xoruz baba (adı çox şübhəlidir) deyir ki artıq "poyez" gedib. Xeyr elə deyil. Biz yolda olan əxlaqsızlıq qatarını saxlamağı bacarmalıyıq.
Təşəkkürlər Aqil bəy.


Ilahə
26-07-2010
Çox orjinal bir mövzudur. Çoxlarının üstündən sükutla keçdiyi bir mövzu. Mən də onunla razı deyiləm ki artiq hər şey bitib. Bu o deməkdir ki əxlaqsızlığa təslim oluruq. Onda gedək özümüzü ataq dənizə bir xalq kimi


Hatəm
27-07-2010
Bu aktual məsələ bir vətandaş kimi məni də düşümdürür.Gənclərdə mənaviyyatsızlığın təməli məktəblərdə qoyulur. Çünki məktəblər artıq təhsil və tərbiyə ocağından cox mənəviyyatsızlıq mənbəyinə çevrilib.telekanallardakı savadsız müğənnilərin cəfəggiyyat mülahizələri isə zəif adamları təsir dairəsinə salır. Zəif adamlar onlara bənzəməyə çalışmaqla mənəvi dəyərləri tapdaladıqlarını anlamır, bütövlükdə cəmiyyətin binamuslaşmasına təkan verdiklərini dərk etmirlər.Buna görə də günü gündən kişilk,təmizlik,özünəhörmət hissləri məsxərəyə qoyulur.Namus qeyrət anlayışları layışları arxa plana keçir. Bu bir faciədir.Bunun qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdar.


Mahir Məmmədli
27-07-2010
Sizcə hazırda mənəvi aşınma mərhələsində olan bir cəmiyyət Qarabağı geri ala bilərmi.


Milli oglan
28-07-2010
Mene ele gelir ki bu qeder de umidsizliye qapilmaga gerek yoxdur. Her bir milletde qedim peshe sahibleri var - ister kishi olsun ister qadin. Amma muellif duz qeyd edir ki buna qarshi mubarize aparmaq lazimdir


Elican
02-08-2010
Absheron sahillerindeki oteller istirahet yerleri geceler bashdan basha pritonlari xatirladir. Bunu sanki goze gorunmez bir el edir ki milleti milletliyinden cixarsin ve bir qoyun surusune dondersin


Sahib Memmedli
19-08-2010
Indi belke de itirilmish torpaqlarimizdan daha boyuk itki ile uz-uzeyik. Meneviyyatini itirmish cemiyyet torpaqlarini geri ala bilmez. Qarabagi isteyirikse meneviyyatimizi temizlemekden bashlamaliyiq


Feride Nesibova
22-08-2010
helli vacib olan meseledir eks halda bu ucurumdan yuvarlanib mehv olacagiq.problem dovlet seviyyesinde olan bir problemdir yaziqlar olsun ki bir cox dovlet memurlari mehz ozleri bu pozgunlugun exlaqsizligin namussuzlugun baw alib getmesinde vasiteci yox yardimci yox mehh ozleri sebeb olurlar yaradirlar sonra da haram pullarla kef cekirler....nebilim eee...men oz uzerime duwen vezifeni yerine yetirim vicdanla iwimi gorum onsuzda men tek bacaran deyilem her bir insan oz iwini derk etse vicdanla yerine yetirse Allahini unutmasa dunya gulluk gulustan olar


Nəzirməmməd
25-08-2010
Çox sağ ol Aqil. Bir məsələni də sənin yazdıqlarına əlavə etmək istəyirəm. Lap əvvəldə göstərdiyin faktlarla bağlı.
Son vaxtlar KİV-lərdə belə tükürpədici faktları özündə əks etdirən "Ailə dramları" ictimailəşdirilir. Ancaq adları məxfi saxlamaq şərtilə. Əgər doğma, üstəlik azyaşlı qızına təcavüz edən birisinin adı şərti verilirsə, onun cəmiyyətə təqdimatının nə əhəmiyyəti var. Düşünürəm ki, belələri öz halalca adı ilə geniş ictimaiyyətə tanıdılmalıdır ki, bu "niyyətlə" yaşayan başqası da öz dərsini götürsün. Bunların sədəcə dram adlandırılması sağlam məntiqə uyğun deyil və jurnalistlərimiz də bu məsələlərə sadəcə yazı yazmaq xatirinə müraciət etməməlidirlər.
Qaldı ki, internetin günahkar deyil. Doğru yazmısan ki, başqaları internetdən faydalı məqsədlər üçün istifadəyə üstünlük verirlər. Bizimkilərin internetə belə münasibətinin kökündəsə daha çox təhsilsizlik dayanır.


Könul
02-09-2010
Yazinin mövzusu, misallar yaxsidir, Amma demek ki, exlaqsizligin temeli mekteblerde qoyulur hec razi deyilem. Mekteblerde isleyenlerin ekseriyyeti qadinlardir. Bunu demeyin özu sehvdir. Menim fikrimce meneviyyatsizligin esasi ele meneviyyatsiz adamlarin ailesinde cucerir. Bele insanlar her bir cemiyyetde var ve hemise de var olacaq. Sheriet qaydalari tetbiq etmekle ise hec bir sey etmek mumkun deyil. Onda gerek Serq dunyasi dunyada meneviyyat ve exlaq simvolu olsun. Insanun namusu onun dninine ve milletine bagli deyil. Deniz kenari restoran barlari ise adi , siradan bir is adami calisdira bilmez. Ister gunde yuz meqale yaz ve yuz tövsiyye ver. Bu böhranin hesabini sebebini cemiyyetde deyil, cemiyyeti idare eden, onu bu hedde catdiranlardan sormaq lazimdir.


Azərbay Bütövyurd
05-09-2010
Könül könüldən xəbər verdi. Bu şərh dogrudur məncə.
Bir də xaricdən gətirilən mənşəyi məlum olmayan qidalarda axtarmaq lazımdır Mənəviyyatımıza yol açan boşluqları, məncə.....


Hatəm
12-10-2010
Hal-hazırda məktəblər təhsil verməkdən çox yeniyetmələrin,gənclərin tərbiyəsinin pozulmasında mühüm rol oynayır. Məktəb partasından rüşvət verməyə alışdırılan şagirddən gələcəkdə nə gözləmək olar. İstər məktəbdə istərsə də cəmiyyətin bütün sahələrində qanun əsas rol oynamalıdır. Qanunsuzluğu əxz edən şagird mənəvi böhrana məruz qalır. Onunçün hər şey adiləşir.Nəticədə mənəviyyatsızlıq genişlənir,namus anlayışı öz əhəmiyyətini itirir.Bu da namus böhranının başlanması üçün zəmin yaradır. Hər şey bir biri ilə əlaqədarr olduğundan birinin digərinə təsiri zəncirvari reaksiya doğurur.İnanmırsınızsa türk liseylərini bitirən şagirdlərlə bizim məktəbləri bitirən şagirdlərin səviyyəsini müqaisə edin.


Fuad
20-12-2010
Xoruz baba. Sen buralarda gez dolan. Nidaybok birden shimala - Rusiyaya sefer edersen. Adini bednam eleme. Yeqin bilirsen orada seni nece cagiracaqlar.
Aqil yazin cox maraqli idi. Cilpaq qerb deyerleri ve qloballashma milletimizin meneviviyyatini yeyir. Buna qarshi kompleks mubarize lazimdir.


TÜRK QIZI
21-12-2010
Əgər bir millətin açık fikirli yazarı "Namus böhranı" adı altında sərt ittihamlı məqalə yazaraq faktlardan çıxış edirsə, deməli doğrudan da bu böhranın içindeyik. Ancaq Aqil bey unutmayın Türk Millətinin yaranışı çox əskidir. Qəhrəmanlar yetişdirən bir millət...O qəhrəmanları doğan namuslu qadınlarımız olub, ola bilsin namuslu insanlarımızızn sayı siz dediyiniz kimi 1 faizə çatıb, olssun, önəmli olan hələ də namuslu insanların var olmasıdsır. Bu bir faiz yenə də qəhrəmanlar dünyaya gətirəcək, o qəhrəmanlar ki, onlar şərəfli həyat tərzi ilə tarixin yaddaşına yazılacaq. Şərəfszilər gəlincə, onlar cəhənnəmi bu dünyada yaşayanlardır...Bu dünyada c
əhənnəmi gözü ilə görənlərər başqa nə ad vermək olar ki....


Rufat
23-12-2010
Aqil bey, mehz bele movzuya toxunduguvuza gore minnetdarligimi bildirmek isterdim. Bir halda ki, bizim mustegillik gazandigimiz inkishaf et,ekde olan olkemizde hicabla bagli galmagal yarandigi halda hansi namus ve geyretden sohbet gede biler? Efsuslar olsun ki, bu meseleni ictimai metbuatdan ziyalilarimizdan "biz muselman olkesi olsag da, dunyavi olkelerin siralarinda sadalanirig". Bir yerde ki, bir ailede ki, er arvada, ata oz gizina "yox, icaze vermirem, sen hicablanma" deyirse, hansi namus geyretden soz achmag olar. Niye bele meselelerle bagli agitasiya aparilmir?


Azade
10-01-2011
Megaleniz chox maraglidir, amma ona elave etdiyiniz shekil chox uygunsuzdur. yani, tecavuz eden bir esgermi? dolayisi ile Azerbaycan esgeri?!


Resad Veten Oglu
22-06-2011
Həqiqətən yazılanları oxudum, dəhişətə gəldim bugünki cəmiyyətin belə olmasında kimlərdi günahkar sualına cavab tapmaq istədim amma tapa bilmirəm, bəziləri bu acıq saçıqlığı müasirlik kimi qələmə verir,yəni avroplaşırıq adi haldıorda belə hallar amma mən belə düşünürəm ki,belə hallar bizə çox həm də biz düşünmədiyimiz dərəcədə zərə verir,yaxşı vurğulamısız orda indiki gəncləri əyləncə,tanışlıq çox maraqlandırır,belə bir deyim var " acdıq olsun kef olsun" bəlkədə evinə eşiyinə 1 manat xeyri dəyməyən bir "oğlan" vaxtını internet salonalrda keçirir və məqsədinə çatır, sora da belə olan halda digəri baxır ona deyir məndən artıq deyil ki o " oğlan" mən də tanış olum məqsədimə çatm beləlikl gəncləri ancaq bu düşündürür.Facebook-da Qarabağ səhifələrinin sayı çox ancaq üzvü azdı ancaq adi bir əyləncə səhifəsinə baxanda üzvlərin sayı kəllə-çarxa çixir..kimdi günahkar ? bu suala cavab axtarıram...
Rəşad Abdullayev






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC