05 fevral 2012, Bazar
Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
Suriyada qalan Azərbaycan vətəndaşları...
ABŞ-ın İranı vuracağı tarix açıqlanıb

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Əlvida, kirayə evlər!
 23.07.2010, 16:14

Nəhayət ki, jurnalistlərin mənzil məsələsi ilə bağlı ümidləri gerşəkləşdi. Düz beş il idi KİV –də şalışan media işçilərinin sosial vəziyyəti ilə bağlı Parlament Jurnalistlər Birliyi ardıcıl iş aparır təkliflər verirdi. Bu ilər ərzində biz  siyasi çəkişmələrin pərdəsi altında gizlədilmiş jurnalistlərin ağır sosial vəziyyətini tam çılpaqlığı ilə ortaya qoya bildik. Görülən iş nəhayət ki bəhrəsini verdi. Prezident İlham Əliyevin imzaladığı məlum fərman media strukturlarında əsl bayram əhvalı yaradıb.   

Bu illər ərzində bizə çox adam ağız büzdü, kinayəli, atmacalı replikalar atdı. Amma biz səbrli olduq. Dövlətimizə inandıq. Çünki bir vətəndaş olaraq Konstitutsiyada nəzərdə tutulmuş YAŞAMAQ və MƏNZİL hüququmuzun olduğuna səmimi qəlbdən inanırdıq. İnanırdıq ki, dövlətimiz bizi tək qoymayacaq. Bu illər ərzində medianın ağır sosial durumrundan istifadə edərək bizi siyasi intiriqalara da cəlb etmək istədilər.  Alınmadı. “Qul olacaqsınız, azadlığınızı əlinizdən alacaqlar” kimi mesajlar əslində bizi apardığımız işin vacibliyinə bir daha inandırırdı. Mətbuatda 15 ilə yaxın çalışan jurnalist kimi deyəcəyim çox sözlər var. Bizə çamur ataraq arxada apardığımız işi  ələ salan bir sıra media adamlarının keçmişi və sosia durumu yaxşı yadımdadır.  O illərdə ilk fürsətdəcə özlərinin sosial vəziyyətlərini, güzəranlarını düzəldən bu şəxslər sadə jurnalist əməyinin layiqli qiymətini belə vermirdilər. Amma bu o demək deyil ki, biz tək idik.. Xeyr. Bu illər ərzində Mətbuat Şurası, xeyli sayda millət vəkilləri, aparıcı qəzetlərin baş redaktorları daim bizə dəstək olmuş, lazımi köməklərini göstərmişlər.  

Bu qərarın qəbulunda prezident İlham Əliyevin siyasi iradəsinin rolu şəksizdir.  İndiyə qədər jurnalistlərin sosial problemlərini belə yüksək səviyyədə həlli olmamışdı.  Halbuki Azərbaycanın son illərdə artan inkişaf tempi, gəlirləri media sektoru kimi elitar sahəni kənarda qoya biməzdi. Sosial problemlər, mərhumiyyətlər girdabında itib batan qəzəbli jurnalistika istər-istəməz siyasi intiriqaların daşıyıcısına çevrilmişdi.. Prezident bu addımı atmaqla əslində media sferasına əlavə bir stimul verdi. Jurnalistlərə yaradıcılıq azadlığı üçün bundan yaxşı fürsət tanımıram. Bir dəfə yazmışdım. Bəşəriyyət taraxində evin mistik anlamı var.  Romul və Rem Pomanın əsasını qoyanda ilk olaraq ev tikirlər. Məhəmməd peyğəmbər Mədinəyə gələndə onun ayrıca ev inşa edirlər. Niyə? Çünki sığınacaq yeri olamayan insan yarada və parlaq ideyalar uğrunda fəaliyyət göstərə bilməz.   Butün evzis, neçə illərdi kirayələrdə ömür çürüdən jurnalist qardaşlarımı təbrik edirəm! Kirli-nəmli divarların, paslı krantların, köhnə-kürüş stol və stulların əhatəsində yaşadığımız kirayə mənzillərə əlvida deməyə az qaldı.. 

Təşəkkürlər, cənab prezident!    
 

Digər məqalələr

Sizifə çevrilən jurnalistlər (23.07.2010, 16:14)
Bu günün ən şablon və yaddaqalan şüarı... (23.07.2010, 16:14)
 
Oxunub: 2636
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Ayka
23-07-2010
ele yazmisiz ki guya artiq ev almisiz evler jurnalistler ucun deyil


sıravi, köçkün, evsiz, kirayələrdə çürüyən, ailəli jurnalist
23-07-2010
Mənim də o evlərə ümidim böyükdür. İndiyədək biz yazıq-yuzuğu heç vaxt saymayıblar.
Amma bilsinlər ki, bu dəfə ədalətsizlik eləsələr dünyanı dağıdacağıq!


Elvin
23-07-2010
Ayka, bir az sebrli ol...


div
23-07-2010
Salamlar! Nezere alin ki Azerbaycanda 40 mine yaxin jurnalist var. 5 milyon manata ise uzaq bashi 300 menzil tikecekler. Hem de nezere akin ki artiq bash redaktorlar oz evlerini bashqasinin adina keciribler ve huquqi olaraq evsizdirler...

Hem de nezere alin ki bu mebleqin tekce evsiz olan KIV emekdashlara ayrilmasi edaletli olmayacaq. Eger bir jurnalist iller boyu qazandiqini kefe-icmeye xercleyibse ve ya ozunu aqir ishe vermek istemeyibse amma neticede bu gun eve sahib olursa onda uzun iller borca-xerce girererk geceler yatmayan daim ishleyen ve neticede ev elde eden ve borc-xercden hele de qurtulmayan jurnalistlere ne dushmelidir?

Hesab etmek olar ki prezidentin bu qerari KIV emekdashlari arasinda sosial edaletsizlik yaradacaq. Problemden yegane cixish yolu ureyi isteyen her bir media numayendesi ucun (sohbet esl media ishcilerinden gedir) ashaqi faizle ve ya fazisiz ipoteka shertlerini yaratmaqdir.

Sizi emin edim ki hansi jurnaliste evin verilmesi hansinasa yox - bu muzakireler cox gedecek ve onun neticesi bu iqtidar ucun hec de musbet netice vermeyecek. Bir qrup jurnalisti razi salmaq diger qrupun ciddi naraziliqi ile shertlenecek ve bu umumiyyetle cemiyyetin diger tebeqeleri de oyanib ev isteyecekler...

Bu prosesin dondurulmasi gozlenilir.


Azer Melikzade
23-07-2010
Eh Xaqani, Xaqani... Sen ne qeder de sadeloh bir adamishsan.... Men chox tessuf edirem ki iller boyu jurnalitika sahesinde ciddi kuling vuran bir jurnalist bele acizleshib. Bu sherhi yeqin vermezler, ona goze qisa yaziram. Jurnalistlere havayi ev verilmemelidir. jurnalist uchun qazanmaga ve ozune ev almaga imkan yaradilmalidir. Hokumet sene hele ev vermeyib onun ayaginin altini opursen, verenmden sonra sen nece obyektiv jurnalist olacaqsan? Ne ise ne deyim, Allah Azerbaycani hifs etsin!


Hakan
23-07-2010
Xaqani hele telesma. Metbuat Shurasindaki bosslar oymaz ki sene menzil catsin 3 evi olana 4-cunu verecekler


məzlum jurnalist
23-07-2010
O evdən biri mənə lazım!!!!!!!!
Həm də çox lazım!!!!!!
Mənim o evdən almam lazım!!!!!!!!!!
Həm də çoz lazım!!!!!


reshad
23-07-2010
INDIDEN "BASA-BAS" YARATMAYIN-- BEYEM REKET "CURNALISTLER" YOXA CIXIB KI, SIZE(BIZE) EV VERSINLER... BIZ ELE KIRAYELERDE VE BALACA DAXMALARIMIZDA CURUYECEYIK- KECMISHDE JURNALISTLER OLSAYDI ATALAR IYNENIN TERIFINI QELEM EHLINE VERERDI- "ALEMI BEZER OZU LUT GEZER"...


emiraslan
23-07-2010
Men DIV-in teklifini destekleyirem ve hesab edirem ki evler jurnalistlere faizsiz shekilde ipoteka shertleri ile verilmelidir. Bu en edaletli variantdir.

Eyni zamanda dusunurem ki jurnalistlere menzil yardimi gosterilmesinin huquqi terefleri tam yarimciqdir. Eger herbciye ev verilirse demeli o 20 illik xidmeti muqabilinde ev alir. Bes jurnalist? Tutaq ki 3 il ishlemish evsiz jurnaliste ev verdiler ve o derhal jurnalistikani terk edib biznesle meshqul olmaqa bashladi. Onda KIV-e bele destek hansi semere verecek? Sualim Xaqaniye yoneldilir...


Xaqani Səfəroğlu
23-07-2010
Əziz Div. Mən bu yazıda illərdir əzabla mərhumiyyətlə yaşayan jurnalistlərin ovqatını əks etdirmişəm. Bilmirəm sən bizim müzakirələrdə iştirak etmisən ya yox? Bu müzakirələrdə iqtidar müxalifət jurnalistləri birgə iştirak edib. Azərbaycan jurnalistləri ölkənin vergi ödəyiciləridir. Necə olur ali məktəblər, neft şirkəti, iri dövlət müəssələri öz işçilərinə ev tikib verir, buna heç kim etiraz etmir, amma media səfalət içində boğulur buna hamı adi yanaşır. Adamlar var ki ( çoxdurlar onlar) bizə düzgün yazmaq barədə mühazirə oxuyub əyri işlərini görməklə məşğuldurlar. Biz sırf sosial tələb kimi buna yanaşırıq. İkincisi, "jurnalistəm" demək asan deyil. Məsələn biz təklif etmişik ki, son 10 ildə aktiv mediada işləyən, redaksiya ilə əmək müqaviləsi olan jurnalistlər bu kateqoriyaya aid edilsin. Üçüncüsü evlər havayı olmayacaq. Arxayın olun. Azərbaycanda 40 min jurnalistin olmasına gəlincə, bu 60 siyasi partiyanın olması qədər mücərrəddir. Hamı bilir ki, ölkədə nə qədər media işçisi var. Bir də jurnalistlər in hamısı evsiz deyil..


Xaqani Səfəroğlu
23-07-2010
Azər inşallah yaşayarıq, görərik! Sənə deyəsən medianın bu amorf vəziyyəti sərf edir..


Div
23-07-2010
Hormetli Xaqani bey! Sen sohbeti duzgun qoymursan. Mesele ondadir ki Azerbaycanda esl jurnalistlerin sayi barmaqla sayilacaq derecede azdir. Onlarin sayi hech 30-dan o terefe getmez. Amma sen indi gorersen evlere ne qeder iddiali jurnalistler olacaq. Ozu de men burada yazdiqlarimin hamisi modern.az terefinden verilmediyinden sen meni basha dushmursen. Sen fikirlesh ki bu gun KIV fondunda ne qeder adam cemkeshib ve onlarin ne qeder yaxinlari var - onlar da ev isteyecekler. Eslinde men yene deyirem ki eger senin evin yoxdursa bu hec de evi olan jurnalistin gunahi deyil ve ya evi olmayan jurnaliste evi olan jurnalistden ustun baxilib ona ev verilmesi duzgun sayila bilmez. Menim sohbetim meselenin huquqi terefini uze cixartmaqdir. Eger sohbet dovlet idarelerinden gedirse meselen BDU rektoru oz muellimlerine ev paylayir - bunu desteklemek lazimdir. Ve ya SOCAR rehber de hemcinin. Her oz idaresi daxilinde ishcilere nese verir. Bir nece il once Lider telekanali da oz ishcilerine ev vermishdi. Butun bunlar musbet hadiselerdir. Eger her hansi qezet redaksiyasi oz ishcisine ev vererse bunu desteklemek olar. Qezet redaksiyasinin pulunun olmamasi bashqa bir sohbetin movzusdudur ve burada hokumeti belke de gunahlandirmaq olar. Amma olke rehberliyi terefinden verilen gosterishle hansisa jurnalistin digerinden ustun tutulmasi yolverilmezdir.


Modern.az-ın redaktoru Əfqan Qafarlı
23-07-2010
Div adlı oxucuya demək istəyirəm ki, Modern.az sənin burda yazdıqlarından heç nəyi kəsməyib. Bir qədər obyektiv olsan yaxşıdır.

Bir də ki, kim barədəsə təhqiramiz söz yazılsa əlbəttə ki onu redaktə edəcəyik.


Nermin-jurnalist
23-07-2010
Ay Xaqani, ele bilirdin bundan sonra agiz buzenlerin sayi azalacaq? Eksine, indi hemin teklifin muellifleri, ev problemini hell etmeye umidleri olanlara qarshi yeni cebhe achilacaq. Bizde axir vaxtlar hami bu suali veri - niye sen qazandin? Amma bu sual etrafinda hech fikirleshmirler - niye men qazanmiram? Men neyie qazanmaq uchun nese etdimmi?


Ərtoğrul Oğuz
24-07-2010
Inşallah Röya da ev sahibi olar. Bir daha "Kirədə keçən gənclik illəri" yazısı tarixə qovuşar


Elza Alıshova
24-07-2010
Men Xeqanını sonunadek destekleyırem. Xeqanı ne demek ıstedıyını yazısında cox aydın dılle ızah edıb.


Asif
24-07-2010
Təbrik edirəm, ev alanları. İstəyirsiniz siyahısını yazım. Artıq Amaşovun, Məcidin, Rəhimzadənin, Rəhimoğlunun, Oğuzun, Aşırlının və ...-lərin 1 evi də artdı. Bu evlərdən nə Seymura, nə Natiqə, nə Əfqana, nə Xəqaniyə, nə Elməddinə, nə də ...-lara ev çatacaq.
Əfqan azad sözu "boğub", yazdıqlarımı saxlama.


Anar
24-07-2010
Salam dostlar. Mənim evim var, ev istəmirəm. Amma təklif vermək istəyirəm. 5 mln-a 250 mənzil tikib, müəyyən müddətə inflyasiyaya uyğun %-lə jurnalistlərə satirlar. Ordan qayıdan pulla yenisini tikirlər.Yəni uzunmüddətli olur və daha çox adamın problemi həll olunur. Ümid edirəmki, jurnalistlər üçün torpaq pulsuz ayrılacaq. Vergi və FHN ilişməyəcək. KİV Fondu "pul yumayacaq". Deməli evlər ucuz başa gələcək. Sizlərə yardım olaraq Qaydaları təmənnasız hazırlayz bilərəm. Canla başla.


Xaqani Səfəroğlu
24-07-2010
Dostlar, müzakirələrin aparılması vacibdir. Mənə elə gəlir ki, biz ev məsələsini jurnalistlər arasında həmrəyliyin təntənəsinə çevirə bilərik. Niyə elə hesab edirsiniz ki, Mətbuat Şurası, KİV Fondu asanlıqla evləri öz aralarında pay-püş edə biəcək? Əziz Div. Burada jurnalistə hazır ev verməkədən söhbət getmir.. Bu pul KİV Fonduna ayrılıb. Necə sən yuxarıda deyirsən ki, ARDNŞ, ali məktəb, Lider ev verib. Deməli bu məsələni tənzimləyəcək qurum seçilib. Ev tikiləcək və müvafiq qaydalar əsasında veriləcək. Bu qaydalar isə BİRGƏ MÜZAKİRƏLƏRdən sonra müəyyənləşəcək. Bizdə jurnalistika sahəsi spontan şəkil alıb. Bunun qarşısı alınmalıdır. Mən Mətbuat Şurasının qurultayında demişəm ki, jurnalistlərin mənzil hüququ, pensiya təminatı, sosial sığortası havadan asılı vəziyyətdədir. Təsəvvür edirsən DİV, əmək kitabçası olmayan, amma 10 ildir jurnalistika ilə məşğul olanlar var. Onlara kim əmək pensiyası hesablayacaq? Jurnalist dostlarım var ki, min bir borcla cərrahiyə əməliyyatı edib. Bu necə jurnalistikadır ki, ona tozsoran kredit vermirlər? Çünki biz özümüzə aid hüquqları tələb edə bilmirik.. Prezidentin ayırdığı pul mənim ölkəmin sərvətindən əldə edilən puldur. Ona görə bu pula görə heç bir günah kompleksi keçirmirəm. Bundan sonra peklam problemi, məzuniyyət hüququ, stabil əmək haqları məsələsi uğrunda iş aparacağıq. Azərbaycanda jurnalist təşkliatları bu illər ərzində imitasiya ilə məşğul olublar. Ona görə dəyişiklik əldə edilməyib.. Bizim üçün müxalifət və iqtidar jurnalisti anlayışı yoxdur. Parlament Jurnalistləri Birliyində hamı təmsil olunub. Bizim aramızda heç bir kompleks yoxdur. Çünki sosial problemlər, mərhumiyyətlər hamı üçün eynidir.. Problem böyükdür. İstəsən görüşüb əhatəli söhbət edə bilərik..


Mərhum jurnalist
25-07-2010
O evdən mənə pay düşməsə özümü xəzərə atacam


Aynur Elgunesh
25-07-2010
Xaqani, ele yazmisan, ele bil artiq o evde oturmusan:). Beli, layihe olaraq cox yaxshidir ve Parlament Jurnalistler Birliyinin bu yondeki ishi qiymetlendirilmelidir. Amma icra mexanizminin nece olacagi evvelceden bellidir. Men eminem ki, bu evler ancaq meddahlara, mirzelere verilecek. Ayliq ev kirayesi ucun ishleyen, axsham evine corek aparmaga pulu qalsin deye metbuat konfranslarina piyada geden jurnalistler yene evsiz qalacaq. Eve sahib olmasi ucun jurnalisti mecbur edecekler ki, hakimiyyetin, ayri-ayri memurlarin unvanina ancaq yaxshi soz deyilsin, tenqid olunmasin. Axi hamimiz KIV-e Destek Shurasindan layihelerin nece kecdiyini bilrik. Tanishliq, uzgorenlik bu layihede de rol oynayacaq. Men buna eminem. Nece ki, muxalifyonlu metbuatda calishanlar arasinda en loyalini, ne et, ne baliq olanini secib mukafatlandirmaqla balansi qorumaga calishdilar, elece de bu layihede edecekler. Sehxsen men 13 ildir metbuatdayam, duz 13 ildir de kirayede yashayiram. Ustelik her rub seraser vergi verirem. Amma ev namine ne , ne de deyecem. Ve eminem ki, hec vaxt da o ev alanlar sirasinda olmayacam. Nece ki, hec vaxt media qurumlarina ayrilmish pullardan mene catmir. Sebeb de musteqil jurnalist olmagim, hec bir qezetin shtatinda olmamagimdir. Halbuki yazilarimin hansi qezete nece reytinq getirdiyini coxu bilir. Dushunurem ki, bu defe de ele olacaq, mukafatlarda oldugu kimi, her qezete sorgu gonderilecek, onlar da evsiz jurnalistlerin siyahisini teqdim edecek, qalanlari havada qalacaq. Amma evsiz hemkarlarimin her birinin, elece de bir zamanlar ish yoldashim olmush, hemishe de xetrini istediyim senin ev sahibi olman ucun savashacam. Sosial problemlerden yaxa qurtarmaq her birimizin haqqidir. Cunki dovlet ve hakimiyyet anlayishlari muxtelifdir ve bu dovletin budcesi iqtidarli-muxalifetli hamimizindir. Hec kim ondan yararlananlara minnet vura, bashqaxanci ede bilmez.
Qaldi tekliflere, mene ele gelir ki, bu sorgu esasinda heyata kecirilmelidir ve hec bir redaksiyaya hevale olunmamalidir


kimsəsiz jurnalist
25-07-2010
Mən indidən üzümü ALLAHA tutub yalvarıram. ALLAH sən hər şeyi eşidən, bilən, görən və hökm edənsən.

Əgər bu ev məsələsində də gerçəkdən evsiz jurnalistlərə qarşı haqsızlıq olarsa, o haqsızların bəlasını ver, balalarını yetim qoy, ailəsini iynə-dərmandan əskik eləmə, qazandıqları heç yaxşılığa xərclənməsin, heç üzləri gülməsin, heç ağrı-acıdan qurtarmasınlar, balaları heç xoş gün görməsizn!!!!!
Amin!!!


Pərvanə Sultanova
26-07-2010
Mətbuat adına ne qərar verilirsə biz jurnalistlərə aidiyyatı yoxdur. Ne vaxt baş redaktorlar, özlərini media kapitanları adlandıranlar doysalar, biz yada düşəcəyik. Amma çətin doyalar, Azərbaycanda yaşayırlar axı. Bizim yazdıqlarımız da əbəsdir. Əminəm baş redaktorlar, reket jurnalistler dişlerini qıcıyıb səbirsizliklə evlərin tikilməsini gözləyirlər. Men 11 ildir metbuatdayam və 11 ildir kirayəda yaşayıram. Kirayəda yaşamayan bunun çetinliyini heç vaxt anlaya bilmez. Aynur sorguya çox da inanma. Gördük də sorgu əsasında mükafatlandırılanları. Ən yaxşı yol kirayədə yaşayan jurnalistlərin fərdi şəkildə müvafiq quruma müraciətidir. Bu redaksiyaların öhdəsinə buraxılsa vay jurnalistlərin hayına..


Ayka
26-07-2010
Burda Divin 30 yurnalist deyende kimi nezerde tutduqunu bilmirem. Yeqin ozun bu sahede nashi birisen. Ezizim jurnalist ancaq soyen, tehqir eden. muxalifetin mirzeleri olanlar deyil. Yaxsi Jurnalistler coxdur. Amma onlar soymurler ve pesekar fealiyyetle mesquldurlar. Eger menim evim olsayydi hec bu meseleye mudaxile etmezdim. Urekden arzu edirem ki butun hemkarlarimin evi olsun


Xaqani Səfəroğlu
26-07-2010
Aynur, sənin yaxşı jurnalist olduğunu biz bilirik. Amma niyə belə pessimistsən? Biz axı səni mübariz jurnalist kimi tanıyırıq. Söhbət evdən getmir. Əsas olan mediada sosial həmrəylikdir. Bu bizdə çox zəifdir. Mesajlara baxanda adamı lap ağlamaq tutur. Dəhşətdir. Nə baş redaktorlara. nə redaksiyalara nə də mətbuat qurumlarına bir qram da inam qalmayıb. Qəzet rəhbərləri siyasi müxtəlifliyi bəhanə gətirib deyirlər ki, birtəhər qəzeti saxlamaqla məşğuldurlar və jurnalistin sosial problemlərinin hayında deyillər. Sual verirəm- Hər il qəzetlərə ayrılan 10 min manatlarla puldan siz jurnalistlərə nə qədər verilir? Qəpik-quruş. Ölkəmizdə redaksiyalarda vur-tut 5-10 nəfər jurnalist çalışır. Hərəsinə heç olmasa 500 manat vermək olar. Amma 30-50 manat arası pul verirlər. Reklam problemindən indi hamı danışır. Amma reklam bazarı lap düzəlsə belə yenə jurnalistlər qəpik quruş alacaqlar. Çünki jurnalistlərin sosial hüquqlarını müdafiə eədəcək işlək qanunvericilik bazası yoxdur. Qəribədi, hamı deyir ki, niyə jurnalist ev almalıdı? Niyə yaxşı yaşamalıdı? Dünyada ən bahalı əmək intelektual əmək sayılır. Media intellekt üstə qurulan bir elitar sənətdir. Jurnalist niyə kasıb yaşamalıdı axı? Bunu heç kim mənə izah edə bilmir. Bir qrup deyir ki, indiki hakimiyyətə qarşı müxalifətdə olmaq lazımdır. Əcəb məntiqdi. Jurnlaistlər həm iqtidara həm də müxalifətə müxalifətdədirlər. Jurnlaistlər cəmiyyətlə işləyən qrupdur. Qorxaq cəmiyyət medianı qabağa verib ondan cəsarət istəyir.
Jurnalist həmrəyliyi vacibdi.. Bütün məsələlərdə.


div
26-07-2010
Salam Ushaqlar!!! Menim fikrimce ev yalniz ictimai fikre tesir eden ve cemiyyetin problemlerini gercekden arashdiran jurnalistlere verilmelidir. O jurnalistlere ki gunun bu gunu de ciddi arashdirmalar ve ekskluziv xeberler hazirlamaqla mesquldurlar. Daha 5-6 il bundan once mueyyen qeder fealliq gosteren indi qelemi ozunu mudafie ucun istifade edenler eve layiq deyiller. Inaniram ki mehz bu gun KIV-de aktiv fealiyyet gosterenler adi haminin dilinde olan jurnalistler ev alacaqlar. Burada Xaqani bashda olmaqla digerlerinin aktivlik gostermesi sual doqurur...

Ev yalniz peshekarlara verilmelidir - daha yorulumush ve ya plagiat jurnalistlere deyil....


bazar adami
26-07-2010
Xaqani! Qaqa sene nese olub... Narinci inqilab heveskari birden-bire bu qeder niye deyishdi bele? Men de senin kimi mediada idim indi ise biznesle mesqulam ve fealiyyete bashladiqim birce il icinde ev de aldim mashin da. Bes sen? Eger jurnalistikadan bir shey cixara bilmirsense onda senetini deyish.. onsuz da ciddi bir shey yazmirsan...


Kamal
26-07-2010
Xəqiş sən Allah yığışdır bu boş-boş söhbətləri. Get otur Lənkəranda dədənin evində. Arada bir regionla bağlı layihə zad da olanda 5-3 qəpik al Allaha şükür elə.


Xaqani Səfəroğlu
26-07-2010
DİV sənin o dediyin "ictimai fikrə təsir edən jurnalistlərin" hamısının evi var..Üstəlik bağları da.. Narahat olma.. Sağlıqlarına qismət.. Mənim aktivliyimə gəlincə görünür məni tanımırsan.. Mən həmişə aktiv olmuşam.. Sənin indi qəzetlərdən oxuduğun tanınmış jurnalist təşkilatlarının yaradılmasında mənim də rolum olub. Sənin bəlkə də yadına gəlməz. Söhbət 1997-98-ci illərdən gedir.
Bazar adamı, o nə biznesdi belə bir ilin içində ev də almısan, maşın da ?))))) Adamı lap şübhəyə salırsan)) Burdakı URA-PATRİOTLARA demək istəyirəm ki, daha gənclər jurnalistikaya gəlmirlər. Odur ki, heç olmasa "qocaları" qoruyub saxlayaq..Bir-birimizin ətəyindən dartsaq heç kim bizə hörmət eləməz.


Boyuk
26-07-2010
Xaqani, teze evin qonagligini ne vaxt verirsen? :)


Ayka
26-07-2010
bir-birinizi gor ne yeyirsiz. Sadece teessuf edirsen, ele kirayelerde curusez yaxsidi. Div eger cesaretin varsa aduvu yaz bilek kimsen. Daha aqzina geleni yazma


vetenperver polkovnik
26-07-2010
Salamlar! Teklif edirem ki butun evleri herbcilere hediyye edek. Cunki onlar jurnalistlerden de pis gundedirler. Xaqani sen sene verilece evi cebhe xettindeki herbciye vere bilersenmi?


div
26-07-2010
Xaqani sen beli aktiv olmusan - kecmish zamanda bes indi? Deyesen menim dediyimin ustune gelirsen.... Ev o adamlara verilmelidir ki indi de aktiv olsun ictimai fikre tesir etsin yoxsa bir kenara chekilib gun kecirmesin... senin 70 yashin yoxdur ki pensiyaya cixasan....)))))


Boyuk
26-07-2010
Xagani, ele indice eshitdim ki, axir iller Lenkeranda yashayib ishlediyin ucun sene evi Lenkerandan verecekler. Eshitdiyim duzdur?


Elçin
26-07-2010
Ayka düz deyir. Div adlı oxucu, kişiliyin çatırsa adını yaz, daha niyə divin dalında gizlənirsən, burada təxribatla məşğulsan. Adam kişi olar da bəəə!!!


div
26-07-2010
Xaqani! biz bir qrup div ve ejdahalar yaxin vaxtlarda bu mesele ile baqli sened hazirlayib dovlet bashcisina gondereceyik. Orada qeyd edeceyik ki hansi jurnaliste ev verilmesi meqbuldur hansina yox. Fikrimce bu gun metbuatda 40-a yaxin jurnaliste ev dushur (havayi yox yalniz faizsiz uzunmuddetli kreditle). Ehtimal edirem ki senin adin orda olmayacaq..... teessuf...


demir
26-07-2010
Boyuk salam! Men de sen deyeni eshitmishem. Kimin Baki qeydiyyati yoxdursa qeydiyyatda olduqu rayondan vere bilerler. Amma inanmiram. Cunki bu jurnalistlere serf etmez.


elka - esl jurnalist
26-07-2010
salm. netrsiz. men de 5 ildr jurnlsitrem. Mne de ev dshmeldir. Mn de istyrem ev alam. Goresen kime mrcet edim?


Elxan
28-07-2010
Siz ne danishirsiz? Evelrin 95 faiizi prezident aparatinda tesdiqlenecek siyahidaki adamlara verilecek, yerde qalan faizden de yetim-yesir jurnalistlere pay chata biler en azi hemin 95 faize ligitimlik vermek uchun. Inanmisinizsa emekdar jurnaluist, tereqqi ordeni ve sair mukafatlarin lauriatlari siyahisina yeniden goz gezdirin!


div
28-07-2010
Salamlar!!! He gorurem ki veziyyet getdikce gerginleshir. Xeberiniz varmi ki Ses qezetinin bash redaktoru Behruz muellim de ev isteyir. Sen deme hec onun evi yoxmush - her halda Azadliq radiosunda bele dedi.


Elçin Bayramlı
30-07-2010
Akkord mənzilin birini 11 minə satır. Burada özünə azı 2-3 min qalır. Deməli 1 otaqlı ev 8 minə başa gəlirsə 2 otaqlı maksumum 13-15 minə başa gələr. Bu hesabla 5 milyona 300-dən artıq ev tikmək olar. Ölkədə isə uzağı 1000 nəfər JURNALİST var, 40 min yox! Bu 1000 nəfərin də təxminən yarısının evi var.
Kimlərə verilməsinə gəldikdə məncə azı 5 il staj, ciddi mətbu orqanda çalışmaq, ailə vəziyyəti kimi şərtlərin olması təbii olardı.
Div əgər düzgünsənsə adnı açıq yaz. Bəhruz müəllim heç zaman belə söz deməz. Əgər deyibsə linki ver baxaq hardadır.


div
30-07-2010
salam Elcin. Behruz muellimin Azadliq radiosundaki musahibesini dinlesen eshidersen...


Idrak Abbasov
30-07-2010
)))) ha ha ha))) Bu nedir, ne bash verir ay insanlarrr! Niye bir-birinizi qirisiniz? Buradakilardan Xaqani Seferoglu, Boyukaqa Aqayev, Aynur Elgunesh, Əfqan Qafarlı ve 1-2 jurnalisti shexsen jurnalist hesab edirem ve bu shexsleri layuqli insan sayiram. DIV-in teklifleri de xoshunuza gelmese de, men beyenirem. Mene ev vereni shexsen men tenqid ede bilmerem. Hesab edirem ki ev faizsiz ve uzunmuddetli kreditle sozsuz ki gerchek jurnalistlere verilmelidir. Yeri gelmishkern, bu paydan buruqlarin dibinde naxalstroy tiken jurnaliste pay dushur ya yox?))))


samir
02-08-2010
jurnalistlere ev verecekler, bilirsiniz ne vaxt bash redaktorlar ya ABS prezidentliyine namizedliyini verende, ya da ki hemin redaktorlar Ayda, Guneshde de villalar tikdirenden sonra. Yeni o hegemonlar ne qeder ki Azerbaycandadi neinki jurnalistler ev, hetta 250 masnatdan artiq maash da gormeyecek! Bir halda ki Azerbaycan metbuati amashovlar ve seferovlarin elindedi, sade jurnalist, yuxuda dari gorersen!


AZER
02-08-2010
Demirin, son sherhine moshusayagi cavab erecem - meger ele bugunku media kapitan ve generallari a bala irayonlular deyilmi?


azer sari
09-08-2010
Dostlar, evsiz metbuat katiblerini lütfən unutmayın. Bu yetimlərə kim gün ağlayacaq.


Boyuk
09-08-2010
Azer, sen Xegani ili bir danish, Lenkeranda ona verilecek evin yarisinii sene bagishlasin.


mətbəıə ishcisi
09-08-2010
salamlar metbee ishcilerini de unutmayin bizim de evimiz yoxdur...


qezet yayimi
09-08-2010
qezet satanlari da unutmayin haaa biz olmasaq umumiyyetle KIV olmaz...


Vuqar Seferlini destekleyenler
09-08-2010
Salamlar biz Vuqar Seferlini destekleyirik. Arzu edirik ki o bu il deputat secilsin ve metbuatin da cani ondan qurtarsin.... 5 milyon pulu da versin Behruz muellime... O evleri daha yaxshi bolushdurecek...


Boyuk
10-08-2010
Xagani, eshitdiyime gore daha bundan sonra Eynullanin elyhine yazi yazmayana ev vermiyecekler. Ona gore de gel sen prezidente teshekkur yazindan bashga Eynullanin turmede galmasinin vacibliyini isbatlayan geshsheng bir megale yaz. Eks halda sene hec Lenkeranda da ev vermeyecekler.


jurnalist
10-08-2010
Xaqani hec vaxt bele yazmaz!!! O haqqin yazaridir...


Idrak Abbasov
10-08-2010
Boyuk, Xaqanide feraset olsaydisa Lenkerane surgun edilmezdi ki... Seninle raziyam ki chox da agilli ve celd adam deyil, yoxsa hech olmasa menim kimi buruqlarin dibinde bir naxalstroy tikib ushaqlari yigardi ichuine.
Metbuat xidmetlere geldikde ise Azer Sariyevin dogurdan ele eve de villaya da haqqivar. O hele ki memerlashmayan yegane presss-sekretardir!!!


Boyuk
10-08-2010
Idrak, amma son yazisindan bele gorunur ki, o da "agillanmagin" yolnu tapir yavsh-yavsh.


Xaqani Seferoğlu
10-08-2010
Böyük, "gözü çıxmış qardaş" məsəlini bilirsən də)))))))))


Boyuk
11-08-2010
Bilirem, Xagani. Amma men bileni hele hec Amashov da senin kimi teshekkurname yazmamishdi)))))


Boyuk
12-08-2010
Xagani, gozun aydin. Vugar Seferl artig resmi olaragi deyib ki,i menziller Bakida geydiyyati olanlara paylanacag.


Rashad Suleymanov
08-09-2010
Xeqani duzdur menzil meselesinin hell olunmasi hamimizin ureyincedir ve buna gore her birimiz dovlet bashcisina minnetdariq. amma Fondun bu ishi ne derecede yaridacagi muemmalidir.Kecirilen yazi musabiqesinde bir iki il evvel reketciliye gore hebs olunmush jurnaliste bashqalarinin teqdim etdiyi yazilardan kocurmesine yer verenlerin menzili de reketlere vermeyeceyine inanirsanmi?


Elçin Bayramlı
24-10-2010
Məncə narahatlığa əsas yoxdur. Bu məsələ şəxsən cənab prezidentin nəzarətində olacaq. Ev veriləcək şəxslərin jurnalist fəaliyyəti və ailə durumu mediada diqqətlə incələnəcək. O üzdən burada ədalətli bölüşdürmə olacağına əminəm. Şəxsən mənə ev veriləcəyinə inanıram. Çünki ciddi mediada 10 ildən artıq peşəkar jurnalist fəaliyyətim var, həyat yoldaşımın da 8 illik jurnalist stajı var. 10 ildən çoxdur kirayədə yaşayıram və maaışımın yarısı buna gedir. Amma görsəm ki mən yox, məndən daha stajı, oeşəkar və ailə diurumu ağır olan həmkarlarım mənzil alıb heç üzülmərəm. Bəziləri bu mənzil məsələsində nankorluq edirlər. Amma səmimi olaq biz almasaq da çətin duruda olan kolleqalarımızın mənzil alması kirayədə yaşamasından yaxşı deyilmi? Buna görə cənab prezidentə minnətdarlıq etmək əvəzinə tənqid edənləri anlamıram.


Patriot
14-12-2010
KIV DDF musabiqeleri nece kecirirse evlerin bolgusunu de ele kecirecek. hansi qazetlere ustunlek verildiyinie nezer yetirin.


Jalə İsmayıl
16-12-2010
Xaqani, sənin nikbinliyinə olan və heç vaxt azalmayan heyranlığımı bildirmək üçün yazıram)

Allah da, hökumət də ürəyincə versin))

Böyük inqilabçı necə deyib?
Realist olun - mümkün olmayanı istəyin!)

Bu günə qədər jurnalistikada qala bilən dostlardan haqlarını fürsət güdən alçaqlara yedirtməməyi xahiş edirəm. Evə çatana qədər vuruşmaq lazımdı))


Eloğlu
24-12-2010
Uşaqlar - Div, Ayka və s.! Xəqani ilə işiniz olmasın. Qoyun heç olmasa mənzillər tikilib təhvil verilənə qədər arzuları ilə yaşasın. Sonradan başa düşər... Ermənilər yaxşı deyib: musurmanın sonrakı ağlı məndə olsun .
Xəqani, sənə veriləcək mənzilin qonaqlığını bizə-dostlara əvvəlcədən versəydin Sənə oğul deyərdim



24-12-2010
niye yazdiğımı senzuradan keçirirsiniz axı, o dövr bitib


rixvan asfialli
25-12-2010
xeqni men seni basqa cur taniyirdim, sen axi sefer mellimin oqlusan, sene yarasmaz prezdente tesekkur elemey, meni belke tanidin nicatin toyunda vahidle deyisen oqlan






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
04.02.2012, 19:29
 Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır
04.02.2012, 19:00
 Türkiyənin baş qərargah rəisi Azərbaycana gələcək
04.02.2012, 16:37
  Moskva-dözülməz şaxta, qızmar seçki və azərbaycanlılar
04.02.2012, 10:16
  Fransa Senatı qanunvericilik komissiyasının sədri Sarkozini ölkəsinə zərbə vurmaqda qınadı
03.02.2012, 19:58
 Fəlakət və cəhənnəmin tək ünvanı- Qobu!
03.02.2012, 17:52
 Ermənilər bu dəfəki “Eurovision”da da Azərbaycana qarşı təxribat törədə bilər
03.02.2012, 17:41
 Suriyada qalan Azərbaycan vətəndaşları...
03.02.2012, 17:32
 Yeni evlənənlərə “Xoşbəxt Ailə" krediti veriləcək
03.02.2012, 16:38
 “Bakıelektrikşəbəkə”dən rəsmi açıqlama: “İşıq probleminin yaranması sırf bizim fəliyyətlə əlaqədar deyil”
03.02.2012, 16:26
 Azərbaycanda kriminal olaylara bulaşan idmançılar – SİYAHI
03.02.2012, 15:50
 Ziya Məmmədov qarın altında qalan maşınlara baxıb
03.02.2012, 15:43
 Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib
03.02.2012, 15:35
 "Uşaq problemlərinin günahı kimdədir?"
03.02.2012, 15:25
 Hər an hər şey ola bilir - Azər Bülbülü anım
03.02.2012, 14:42
 Bu axşam “Eurovision-2012”-nin milli seçim turunun 5 finalçısı məlum olacaq - SİYAHI
03.02.2012, 14:36
 Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
03.02.2012, 14:14
 Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR
03.02.2012, 14:10
 Deputat müsabiqənin qalib tələbələrini seçdi
03.02.2012, 13:49
 Ağappaq ləkə
03.02.2012, 13:23
 Jurnalist Elçin Xalidbəyli: “Senzoru içirdib sərxoş etdik ki, yazıları “qayçılamasın”” - MÜSAHİBƏ
03.02.2012, 13:12
 ABŞ-ın İranı vuracağı tarix açıqlanıb
03.02.2012, 12:48
 Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR
03.02.2012, 12:38
 Dövlət və din – Biz hər ikisini sevirik...
03.02.2012, 12:29
 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
03.02.2012, 12:23
 Sabahın hava proqnozu açıqlandı - şaxta olacaq

Müəlliflər

Əlövsət Osmanlı

 Kim haqlıdır: Əhliman Əmiraslanov, yoxsa Abel Məhərrəmov?
Niyaz Niftiyev

 Dövlət və din – Biz hər ikisini sevirik...
Elməddin Muradlı

 Ağappaq ləkə
Nəzirməmməd Quliyev

 Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli
Şirinxanım Kərimbəyli Şadiman

 Həqiqət nə qədər acı olsa da...
Xanoğlan Əhmədov

 Zülmün qudurduğu yer
Azər Həsrət

 İlham Heydəroğlu, Rüstəm İbrahimbəy, Xuraman Şuşalı…
Seymur Verdizadə

 Ziyalını necə alçaldırlar? - VIDEO
Vüsalə Rafiqqızı

 Göydən gələn fəlakətdi..?
Zaur Qəriboğlu

 “Sən mənim qədrimi biləsən deyə..." - Yaddaşlarda qalan Əli Kərim haqqında
Laçın Səmla

 Bizim teleserial xəstəliyimiz
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim-2
Məlahət İbrahimqızı

 Qarabağın azadlığı Türkiyənin Minsk qrupundakı həmsədrliyindən keçir
Gülnarə Əliyeva

 Aramızdakı böyüməyən adamlar...
Yolruh Atalı

 Ölüm – Həyata qarşı deyil
Əkrəm Bəydəmirli

 Bir azdan sükut pozula bilər
Vüqar Tofiqli

 Gəlin, vətəndaş olaq
Kamil Həmzəoğlu

 Rəsulzadələr olmasaydı...
Həmid Ormanlı

 Yurda döndüm, Sən göründün
Könül Səid

 Mən və Mənimin hissəcikləri...
Elməddin Hacılı

 QHT-lər milli-mənəvi dəyərləri təbliğ edə bilirlərmi?
Safruh

 Dövlət və din - Biz ateizmi sevirik, yoxsa dini..?
Nərmin Məmmədli

 Körpə genosidinə dair “ayıb söhbət”
Zahir Adiloğlu

 Hacı Mail һaqqında xatirәlәr - 9
Mənzərə Sadıqova

 Fransa Senatı... Uydurma “erməni soyqırımı” və yaşadığımız gerçəklər
Səxavət Əlisoy

 Yarım milyon Azərbaycan vətəndaşının həyatı təhlükə altındadır
Heybət Əmrah

 Yesən də xiyardı, yeməsən də... Bəs xiyarı kim yeməlidir? - TƏHLIL
Məmməd Nazimoğlu

 Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...

Sorğu

“Hansı rayonu inkişaf etmiş sayırsınız” - VII Sorğu
1. Şabuz
2. Şamaxı
3. Şəki
4. Şəmkir
5. Şərur
6. Şirvan
7. Tərtər
8. Tovuz
9. Ucar
10. Yardımlı

Nəticələri göstər

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC