Komitə sədri torpaq satışı ilə bağlı korrupsiyanın olduğunu inkar etdi
Xocalıda bütün ailəsini itirən Mehdi Əliyev Modern.az-a danışdı
Axtarış
Parlament
Son xəbərlər
Ölkə
Cəmiyyət
Müsahibə
QHT
Fotosöhbət
Gündəm
Media
Reportaj
Mədəniyyət
Dünya
Maraqlı
Foto
Video
Forum
Sorğular
Reklam xidməti
Axtarış
Əlaqə
Xəbərlər arxivi
New Page 2
A
A
A
Sürücülərdən rüşvət alan 3 yol polisinə 311-ci maddə ilə cinayət işi açılıb - VİDEO
27.01.2012, 12:30
Sürücülərdən rüşvət alarkən internetdə yayılan video görüntülərə düşən 3 sabiq yol polisi barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb. Modern.az-ın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, hazırda cinayət işi ilə bağlı istintaq aparılır və onlar barəsində ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan həmin üç nəfər daxili işlər nazirinin əmri ilə bir müddət öncə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Həmin video Bakıda - Təhsil Nazirliyinin düz yanında 2011-ci il dekabrın 31-də çəkilib. Bir neçə yol polisi əməkdaşı qarşılarına çıxan maşınların saxlayıb "reyd" keçiriblər. Videorolik internetdə "Azadliq" radiosu tərəfindən yayılıb.