23 fevral 2012, Cümə axşamı
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Təhsil Nazirliyi 23 rayonda sınaq imtahanlarını təxirə salıb
Komitə sədri torpaq satışı ilə bağlı korrupsiyanın olduğunu inkar etdi

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Deputatdan ilginc təklif
 26.01.2012, 13:30

Eldar Quliyev: “Türkiyədə Xocalı soyqırımını inkar edənlərin cəzalandırilması üçün qanun qəbul edilsin!”

"Fransa Senatında yanvarın 23-də qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanunun qəbulu tarixi ənənələri olan Fransa demokratiyasına ləkədir". Bu sözləri Modern.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

Onun sözlərinə görə, bu qanunun qəbulu nə Fransaya başucalığı gətirəcək, nə də Türkiyənin dünyada gündən-günə daha da artan nüfuzuna mənfi təsir göstərəcək.

Eldar Quliyevin fikrincə, Nikolas Sarkozinin növbəti prezident seçkilərində yenidən seçilməsinə, 500 min erməninin səsinin qazanılmasına hesablanan bu siyasi şou nəticəsində Fransa nəinki bütün türk dövlətlərinin, eləcə də demokratik dünyanın etimadını itirdi: “

Ona görə də demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən bu qanunun qəbulu Fransanın beynəlxalq və regional proseslərdə iştirakına ciddi xələl gətirəcək”.

Millət vəkili deyib ki, Fransanın belə qanun qəbul etməsinin səbəblərindən biri də Türkiyənin Avropaya sıx inteqrasiya etməsi, yerləşdiyi bölgədə böyük nüfuz sahibi qazanan dövlət olmasıdır: “Son illər Türkiyə iqtisadiyyatı çox böyük sürətlə inkişaf edib. Bu isə Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı çıxan Fransanı daim qıcıqlandırır. Xüsusən Fransada Sarkozi prezident seçildikdən sonra bu ölkənin bəzi siyasi dairələrində Türkiyəyə qarşı aqressiya artıb. Üstəlik, avrozona ölkələrində baş verən iqtisadi tənəzzül və bütün bunların fonunda qonşuluqda yerləşən Türkiyənin inkişafı, beynəlxalq və regional nüfuzunun artması bu aqressiyanı daha da artırır. Bütün dünya Fransa prezidentinin bu yaxınlarda Ermənistana səfəri zamanı söylədiyi fikirlərlə Türkiyəyə münasibətdə nə qədər cılız siyasət yeritdiyinin bir daha şahidi oldu”.

Eldar Quliyevin fikrincə, düşüncə azadlığına kobudcasına müdaxilə edən belə bir qanunun qəbulunda əsas məqsəd Sarkozinin növbəti seçkidə ermənilərin dəstəyini qazanmaq istəyidir: “Amma mən inanmıram ki, Fransa xalqına belə bir qanunun qəbulu gərəklidir. Çünki həm Fransada, həm də Ermənistanda çox yaxşı bilirlər ki, bu məsələdə söhbət fransızların ermənilərə diqqətindən və ya həssas münasibətindən getmir. Lakin bununla sübut olundu ki, hətta ən demokratik ölkələr hansısa şəxsi və siyasi ambisiyalar naminə əsas insan hüquq və azadlıqlarını, demokratik dəyərləri tapdalaya bilərlər. Bir daha aydın oldu ki, demokratik ənənələri ilə fəxr edən dövlətlərdə də şəxsi məqsədlər uğrunda mübarizədə haqq-ədalət tapdalanır. Ən əsası Fransanın bu addımı göstərir ki, dünyada ikili standartlar var və o, Azərbaycana və Türkiyəyə qarşı ən pis formada özünü göstərir.  Xocalı soyqırımı tarixin uzaq keçmişində yox, cəmi 20 il əvvəl baş verib. Dünyanın gözü qarşısında baş verən bu hadisəni məgər Fransa siyasətçiləri bilmirlər? Niyə Fransa və digər Avropa ölkələri indiyədək bu məsələyə münasibət bildirmirlər? Amma 100 il əvvəl törədilməsi iddia olunan, ortada heç bir sübut və fakt olmayan qondarma hadisəni qanunvericilik orqanı səviyyəsində tanıyırlar”.

Millət vəkili qəti əmindir ki, burada söhbət Fransa prezidentinin şəxsi ambisiyalarından və bu ölkənin məlum siyasi dairələrinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyindən daha çox insanların hüquqlarının, ifadə azadlığının pozulmasından gedir: “Çünki bu qanun insanların söz azadlığının məhdudlaşdırılması deməkdir. Vətəndaşların konstitusion hüququnu, beynəlxalq konvensiyalarda təsdiq olmuş ifadə azadlığını demokratiya tarixi olan bir ölkədə necə əlindən almaq olar? Zorla sərbəst düşüncəyə, fikirlərə necə müdaxilə etmək olar? Quruluşundan və siyasi idarəetmə formasından asılı olmayaraq, dünyanın heç bir ölkəsində insanın fikirlərinə qanunla müdaxilə edilmir. Fransa sanki orta əsrlər dövrünə qayıdır və insanları 1 il həbs və ya 45 min avro  cərimə ilə qorxutmaqla itaətə məcbur edir. Belə çıxır ki, xaricdən gələn hansısa ölkənin vətəndaşını qondarma "erməni soyqırımı"nı inkar etməyə görə həbs və ya cərimə edəcəklər. Bu, dünyada analoqu olmayan rüsvayçılıqdır.  Bu, bəşəriyyətin qəbul etdiyi demokratik dəyərlərə qarşı çıxmaqdır. Ona görə dünya ictimaiyyəti, demokratik dövlətlər bu məsələyə münasibət bildirməlidirlər".

Eldar Quliyevin sözlərinə görə, bu cür antidemokratik qanun qəbul edən, erməniləri dəstəkləyən, Türkiyəyə qarşı ikili standartlardan çıxış edən belə bir dövlətin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti də şübhələr yaradır:

“Bütün bunlara əsaslanaraq demək olar ki, Fransa Minsk qrupunun həmsədri kimi obyektiv və neytral ola bilməz. Çünki bu ölkə Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyəcək və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində maraqlı olmayacaq”.

Millət vəkili deyib ki, Türkiyə Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını dəstəkləyib: “Qardaş ölkə beynəlxalq təşkliatlar səviyyəsində həmişə Azərbaycanın yanında olduğunu sübut edib. Azərbaycan da həmişə olduğu kimi, bu məsələdə də Türkiyənin yanındadır. Parisdə keçirilən mitinqlərdə minlərlə azərbaycanlının iştirakı göstərdi ki, Azərbaycanla Türkiyə ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətdir”.

Eldar Quliyevin fikrincə, ermənilərin Xocalıda 20-ci əsrin ən dəhşətli soyqırımlarından birini törətməsi faktından Türkiyə də bu ölkədə yaşayan ermənilərə qarşı istifadə edə bilər: ”Rəsmi məlumatlarda Türkiyədə 70 mindən çox erməninin yaşadığı bildirilir. Bundan başqa, ildə 300 mindən çox erməni müxtəlif məqsədlər üçün qardaş ölkəyə gəlib-gedirlər. Məncə, Türkiyə parlamenti əvvəlcə Xocalıda ermənilərin soyqırım törətdiyi haqda qərar qəbul etməli, sonra bu ölkədə yaşayan ermənilər əgər həmin hadisənin soyqırım olmadığını inkar edərlərsə, ən azı 50 min avro cərimə olunmalıdırlar. Düşünürəm ki, Türkiyə yalnız bu cür adekvat addımlar atmaqla qondarma “ermən soyqırımı” iddialarına qarşı səmərəlimübarizə apara bilər”.

 
Oxunub: 389
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Famil
26-01-2012
Hörmətli Eldar Quliyev hamının bildiyi və hec kim tərəfdən icra olunmayan məsələlər haqda fikir söyləməkd
sə, öz seçicilərinin problemləri ilə məşqul olsa daha yaxşı olar. Sabunçu rayonu bütövlükdə sosial problemlər içərisində boğulur. Ramana, Sabunçu, Zabrat,Məşdağa. Nardaran və s. qəsəbələrin yol, kanalizasiya, nəqliyyat, su problemləri Azərbaycanın ən ucqar rayonlarından pis gündədir.Hacıbala müəllimlə, İcra Başçısı Əibala Əliyev cənablarını, ayrılan pulların talan edilməsindən çəkindirib, rayonun problemlərinin həllinə təhrik etsin. Bu barədə Milli Məclisdə məsələ qaldırsın. Seçiciləri onun səsini eşitsin.


Ziyalı
26-01-2012
Eldar müəllimə esq olsun !


Yaşar Məmmədov (Milli Məclisin deputatı Eldar Quliyevin rəsmi köməkçisi)
26-01-2012
Biz hesab edirik ki, Milli Məclisin deputatı Eldar Quliyevin qaldırdığı məsələlər ümummilli maraqlarımıza tam uyğundur. Fransa Senatının bu qərarına qarşı olmayanlar yalnız ermənilər ola bilərlər. Məntiq onu deyir ki, bu Famil müəllim də ermənidir. Elə olmasaydı, bu həssas məsələni, vacib təklifləri başqa məcraya yönəltməyə çalışmazdı. Xocalı soyqırımı kimi xalqımıza qarşı törədilmiş bəşəri cinayəti şantaj, qərəz dolu uydurmaları ilə ört-basdır etmək kimi erməni mövqeyindən çıxış etməzdi. Famil müəllimin qərəzli, erməni mövqeli münasibətinə baxmayaraq biz onu bu həftənin bazar günü, 29 yanvarda, saat 11:00-da Milli Məclisin deputatı Eldar Quliyevin Maştağadakı deputat ofisinə dəvət edirik. Həmin görüşə jurnalistləri də dəvət edəcəyik. Gəlsin, ora Eldar Quliyevin hansı işlər göürdüyünü, seçicilərin səsini eşidib eşitmədiyinin şahidi olsun.
Famil müəllim, dəvətimizi qəbul etməsəniz, erməni olduğunuzu bir daha təsdiqləmiş olacaqsınız...


Xanim
26-01-2012
Eldar Quliyevin bu teklifi tegdire layigdir.Cunki Fransa Senatinin qebul etdiyi bu iyrenc qerarin garshisinda susan,ve sadece oz shexsi heyatini,ishi menafeyi haqqinda fikirleshen Milliyyetchi,Patriot,Vetenperver ola bilmez. Elexsus da ki,Dushmen kesiler o kes ki,hansi giragda durub altdan,Fransanin bu gerarina garshi chixanlarin "ayagindan dartir".Eger Eldar Quliyev kimi, here bir cumle ile de olsa chixib Fransaya garshi sozunu dese.Bu Dovletimizin xeyrine olar ki,ziyan getirmez...Ve yene de bu Dunyaya Azerbaican milletinin bu edaletsizliye garshi sezsiz durmadigini gosterer! "tek elden ses chixmaz" deyerler! Galdi ki,bir Millet vekili kimi Eldar Quliyevin bu neche ilde gorduyu ishlere qarshi kor olanlara tovsiyyem odur ki,gozlerini achib etraflarina diggetle baxsinlar.Abbadlashdirma ishlerinden tutmush,Xeyriyyechilik ishlerine geder etdikleri goz onundedir...ve onun Ish fealiyyetine nezer yetirsek,bir sheyi degig anlariq ki, bu insan etdiyi 1-2 ishle kifayyetlenen deil,ona sechiciler terefinden gosterilen etimadi boyuk bir mehsuliyyet hissi ile her addiminda dogruldur.Ve bugununku musahibesinden Bir fikir yaranir o da odur ki,Eldar Quliyevin Millet sevgisi,milletine gaygisi Danilmazdir!


Ramani Sakini
27-01-2012
deyesen axi duz basha dushdum, hormetli Eldar Quliyev Aqrar siyasət komitəsinin sədr müavinidir, mene ele gelir ki Fransanin bu qerarina qarshi cixishlara Huquq Siyaseti komitesi, huquqshunaslar cavab verse daha yaxshi olar, yeni qisasi here oz ishi ile meshgul olsun da, Famil qardashimizi ermeni olmaqda ittiham elemekle deyil eee, her shey goz qabagindadi, mehv olub geden kend teserrufatimiz, dagilan yollarimiz qoy eldar muellim bunnarla meshgul olsun, yeni vezife borcu ve oz ishi ile


jurnalist
27-01-2012
Cənab Yaşar Məmmədov - Milli Məclisin deputatı Eldar Quliyevin rəsmi köməkçisi!!!!!!!!!! Siz adamlara niyə erməni deyirsiz? Heç olmasa susun danışmayın


Orxan
27-01-2012
Biz isə belə hesab edirik ki, Xocalı soyqırımı Türkiyə mətbuatı üçün vasitəyə çevrilməməlidir. Fransanın mövcud addımından sonra Türkiyə rəsmiləri əvvəllər aktiv şəkildə Xocalı hadisələrinə münasibət bildirmirdilər. İndi bu hadisələr işə yarayır. Birdəki burada söhbət Eldar Quliyevin şəxsi keyfiyyətlərindən getmir. Düşünürəm ki, hörmətli millət vəkilinin bu təklifi əhəmiyyətli səslənmir. Bığdan alıb saqqala yapışdırmaqdansa başqa alternativlər təklif oluna bilər....... Mən Famil bəyə dəstəy verərək bəzi millət vəkillərini öz seçicilərinin problemləri ilə daha yaxından maraqlanmağa dəvət edirəm..........


Ramani Sakini
27-01-2012
Milli Məclisin deputatı Eldar Quliyevin rəsmi köməkçisi!!!!!!!!!!-den bele sozleri eshitmek utandiricidir, Jurnalist bey Milli Meclisin hundur ve menzereli pencerelerinden ve isti otaqlarindan her shey ela gorsenir, ve deyesen hemin komekci problemler icinde cabaliyan ve sesini cixarmaga calishan her kesi ermeni kimi gorur.






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
23.02.2012, 14:52
 BDU-da alman alimi Heiko Krügerin Dağlıq Qarabağ konfliktinə dair kitabı təqdim olunub
23.02.2012, 14:37
 Nazir “İdman ili”nin tədbirlər planınından danışdı
23.02.2012, 14:21
 İrəvanda erməni və azərbaycanlı deputatlar arasında qarşıdurma olub
23.02.2012, 14:13
 28 il öncə çəkilən şəkil...
23.02.2012, 13:58
 Lənkəranlı ağsaqallar deputatdan xahiş etdilər
23.02.2012, 13:46
 İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
23.02.2012, 13:42
 Yenilik - İçəri Şəhəri internetlə də gəzmək mümkün olacaq
23.02.2012, 13:14
 Ali məktəblərə hazırlaşanlara yeni xəbər
23.02.2012, 12:59
 Türkiyə Azərbaycana yeni səfir təyin etdi
23.02.2012, 12:47
 Sabahın hava proqnozu – isti olacaq
23.02.2012, 12:40
 Təhsil Nazirliyi 23 rayonda sınaq imtahanlarını təxirə salıb
23.02.2012, 12:20
 Musa Yaqub Ziyalılar Forumu ilə bağlı fikirlərini açıqladı
23.02.2012, 12:15
 Bakıda daha bir qumarxana aşkarlanıb
23.02.2012, 12:09
 Faciədən çıxmaq
23.02.2012, 11:42
 İzmirin 9 Eylül Universitetində Xocalı soyqırımında danışılıb
23.02.2012, 11:37
 Azərbaycanda əmək pensiyası alanların sayı açıqlanıb
23.02.2012, 11:08
 Azərbaycan gəncləri Xocalı soyqırımını necə tanıdırlar?
23.02.2012, 10:36
 İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya?
23.02.2012, 10:00
 Ağdamda yenə monitorinq aparılacaq
23.02.2012, 08:21
 “Ferid 23” erməni saytlarını dağıtdı
22.02.2012, 22:03
 Xocalı soyqırımının şok görüntüləri – YENİ FOTOLAR
22.02.2012, 18:00
 Xocalıdan ən yeni VİDEO - 20 il sonra
22.02.2012, 17:46
 "Mənim sevimli Nissanım" fotomüsabiqəsinin qalibləri bəlli olub - SİYAHI
22.02.2012, 17:07
 Cavid Qurbanov: “Prezidentin o fərmanı vəziyyəti kökündən dəyişdi” - MÜSAHİBƏ
22.02.2012, 16:51
 Türkiyə parlamentinin Xarici İşlər Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib

Müəlliflər

İşıqlı Atalı

 Faciədən çıxmaq
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya?
Səxavət Əlisoy

 Müsəlmanlarin gücsüzlüyünün səbəbləri – III yazı
Elməddin Hacılı

 Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi... - TƏHLİL
Vüqar Tofiqli

 Gəncliyin Qarabağ yaddaşı
Qafar Çaxmaqlı

 Ermənilər üçün sevinc…
Seymur Verdizadə

 Deputatın cibindəki reseptlər
Zaur Qəriboğlu

 Ruhun qəribsəməsi
Cümşüd İsgəndər

 Pərdəsi yırtılmış Sarkozi
Nəzirməmməd Quliyev

 Səni axtarıram - atılmışlar...
Elşad Paşasoy

 Xocalı abidəsi protokola salınsın
Azər Həsrət

 Bəs siz kimsiniz?
Elçin Səlcuq

 Mərhum jurnalistlərdən seçmələr: Elçin Səlcuq yazırdı...
Yasin Türksoy

 Erməni gerçəklikləri... Xocalı soyqırımı.... Unutqanlıq sırıntısı
Aqil Camal

 Niyə Rusiya, niyə İran?
Xanoğlan Əhmədov

 İstanbulun mənəvi fatehi – Ağ Şəmsəddin
Arzu Şirinova

 Allah səsimi eşitmədi…
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim - 5
Musa Qasımlı

 Anadolu və Cənubi Qafqaz: köçürülmə, terror və qırğınlardan işğala...
Şirinxanım Kərimbəyli Şadiman

 Pula əyilən mənəviyyat və yaxud Mirzə Cəlil babama məktub
Yolruh Atalı

 Yaşanmayan tarix
Niyaz Niftiyev

 Dəhşətdir, elə deyilmi?
Əkrəm Bəydəmirli

 Azərbaycanda iqtisadi ziyanı hesablamaq mümkündürmü?
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC