Təhsil Nazirliyi 23 rayonda sınaq imtahanlarını təxirə salıb
Komitə sədri torpaq satışı ilə bağlı korrupsiyanın olduğunu inkar etdi
Axtarış
Parlament
Son xəbərlər
Ölkə
Cəmiyyət
Müsahibə
QHT
Fotosöhbət
Gündəm
Media
Reportaj
Mədəniyyət
Dünya
Maraqlı
Foto
Video
Forum
Sorğular
Reklam xidməti
Axtarış
Əlaqə
Xəbərlər arxivi
New Page 2
A
A
A
"Eurovision-2012"nin püşkü atıldı - SİYAHI
25.01.2012, 21:16
Modern.az xəbər verir ki, yanvarın 25-də “Buta Palace” sarayında “Eurovision-2012” Mahnı Müsabiqəsinin Açar Təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması, yarışmanın loqo və şüarının prezentasiyası olub.
“Buta Palace”da "Eurovision 2011"ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakı "Eurovision 2012"yə ev sahibliyini rəsmən qəbul edib.
Tədbirdə “Eurovision-2012”nin şüarı və loqosu təqdim edilib. Məlum olub ki, müsabiqənin şüarı “Light your fire” (“Alovunuzu yandırın”), loqosu isə alovdur.
Mərasim iştirakçıları loqo və şüarın göstərildiyi xüsusi videoçarxa tamaşa ediblər.
Daha sonra “Eurovision-2012” Mahnı Müsabiqəsinin yarımfinallarında iştirak edəcək 37 ölkə arasında püşkatma olub. Beləliklə yarımfinallarda ölkələr aşağıdakı siyahı ilə taəmsil olunacaqlar:
22 may – I yarımfinal:
Monteneqro İslandiya Moldova Kipr Rumıniya Avstriya Albaniya Danimarka Rusiya Belçika Latviya San-Marino İsveçrə Finlandiya İsrail Yunanıstan İrlandiya Macarıstan
24 may – II yarımfinal
Serbiya İsveç Gürcüstan Niderland Portuqaliya Sloveniya Makedoniya Estoniya Belarus Türkiyə Malta Slovakiya Xorvatiya Norveç Ukrayna Ermənistan Litva Bolqarıstan Bosniya və Herseqovina
Müsabiqənin qaydalarına uyğun olaraq, “böyük beşlik" - Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın 5 birbaşa final mərhələsində çıxış edəcək. 43 ölkənin qatıldığı "Eurovision 2012"nin yarımfinalları may ayının 22-si və 24-də, finalı 26-da keçiriləcək.