23 fevral 2012, Cümə axşamı
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Təhsil Nazirliyi 23 rayonda sınaq imtahanlarını təxirə salıb
Komitə sədri torpaq satışı ilə bağlı korrupsiyanın olduğunu inkar etdi

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Azay Quliyev Qeyri-Hökumət Təşkilatlarına müraciət etdi
 24.01.2012, 13:39

“Fransa Senatında qəbul olunan qanunun əleyhinə həmrəylik nümayiş etdirmək lazımdır”

“Senatda “erməni soyqırımı”n inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbulu  Fransa tarixi üçün bu bir qara ləkədir”.

Bu sözləri Modern.az saytına Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib. Onun fikrincə, prezdent Nikola Sarkozi 1789-cu ildən bəri Fransada hökm sürən söz və fikir azadlığını, demokratik dəyərləri öz siyasi ambisiyasına qurban verib:

“Bunun başqa adı yoxdur. Çünki, Fransa ictimaiyyətinin də böyük hissəsi, ayrı –ayrı qeyri-hökümət təşkilatları Senatın Konstitusiya Komisssiyası və digər çoxluq bunun əleyhinə olsa da, Sarkozinin partiyası Senatda həmin qanunun qəbul edilməsinə nail oldu. Mən bir daha deyiəm, bu bütövlükdə Avropanın, insan hüquqları dəyərlərinə tamamilə ziddir”.

Bundan sonra atılacaq addımlara gəldikdə, millət vəkilinin fikrincə, iki yol var: “Əvvəla, fransız senatorlar bu qanundan Konstitusiya Məhkəməsinə şikayət edəcəklər. Konstitusiya Məhkəməsində qanunun Fransa Konstitusiyasına uyğun olub-olmamasını vuğulayacaqlar. Mən ümid edirəm ki, qanunun qüvvəyə minməməsi üçün şans var. Əgər bu da alınmasa, ikinci yol qalır. Bu da Avropa İnsan Haqları Məhkəməsidir. Görünən budur ki, Avropa İnsan Haqları Məhkəməsi qanunun keçməsinə tam qarşıdır. Çünki Avropa Birliyinin bununla bağlı mövqeyi var və onlar hesab etmirlər ki, hər hansı bir vətəndaş şahidi olmadığı və əmin olmadığı hər hansı bir faktı qəbul etmədiyinə görə bir il həbs cəzasına məhkum edilsin, bu artıq şəxsiyyətə təhqirdir. Buna görə birinci bu müstəvidə proseslərin sonrakı ssenarisini götür-qoy etməliyik, Amma digər müstəvilər də var. İlk növbədə mən düşünürəm ki, beynəlxalq təşkilatlar, Avropa Şurası və ATƏT kifayət qədər kəskin mövqe bildirməlidir. Bu qanunun beynəlxalq hüquq qanunlarına tamamilə zidd olduğumu ifadə etməldirlər”.

Azay Quliyevin sözlərin görə, Azərbaycan da bu istiqamətdə  konkret fəaliyyətini koordinasiya etməlidir:

“Fikrimcə, ATƏT-in gələn ay keçiriləcək qış sessiyasında biz bu məsələni qaldırmalıyıq. Mən artıq şəxsən bununla bağlı müəyyən məsələlərin qaldırılacağını dünüşürəm. ATƏT-in İnsan haqları məsələləri üzrə komitəsi konkret olaraq bizim Parlament Assambleyasında qaldırdığımız məsələyə münasibət bildirməlidir. Dediyim kimi, ümumi prioritetlərdən çıxış edərək cavab verilməlidir. ATƏT və Avropa Şurası Parlament assambleyalarında və Avropa Məhkəməsində proses davam etdirilməldir. Bundan başqa, daha təsirli vasitələrdən biri də vətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsidir. Mən fürsətdən istifadə edib, qeyri-hökümət təşkilatlarına müraciət edirəm ki, onlar bu məsələylə bağlı həmrəylik nümayiş etdirsinlər, səfərbər olsunlar. Eyni zamanda Türkiyə və Fransanın da hüquq-müdafiə təşkilatlarının birgə fəaliyyətini mən çox arzu edərdim. Qeyri-hökümət təşkilatları da bu qanunun gələcək icrasını kifayət qədər əngəlləmək gücünə malikdir. Dövlətimiz buna siyasi qiymətini verib, hüquqi qiyməti isə yəqin ki, aiddiyyatı orqanlar verəcək”.

Millət vəkili düşünür ki, bu həm də Fransanın həmsədr ölkə olaraq ATƏT-in Minsk qrupundakı statusuna və fəaliyyətinə çox ciddi bir zərbə vurdu:

“Artıq Fransa heç bir halda deyə bilməz ki, mən neytral vasitəçiyəm, qərəzsiz və obyektivəm. Bizim onsuz da buna şübhəmiz yox idi, amma bu, bir daha Fransanın haqqın-ədalətin yox haqsızın, ədalətsizin yanında olduğunu göstərdi. Bu da Fransının həmsədr ölkə olaraq qalması kimi mənəvi bir məsələnin üstündən xətt çəkdi. Ən azından Fransanın mənəvi haqqı qalmadı desin ki, biz Azərbaycan və Ermənistan arasında sülhün və ənin-amanlığın bərpa olmasını istəyirik”.

A.Quliyev deyib ki, Fransanın bu addımı həm də Azərbaycanın və Türkiyənin müəyyən ortaq maraqlarına qarşı yönələn birbaşa təhqirdir.

Modern.az

 
Oxunub: 540
Çap variantı
Məktub göndər
Facebook-da paylaş



Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
23.02.2012, 14:37
 Nazir “İdman ili”nin tədbirlər planınından danışdı
23.02.2012, 14:21
 İrəvanda erməni və azərbaycanlı deputatlar arasında qarşıdurma olub
23.02.2012, 14:13
 28 il öncə çəkilən şəkil...
23.02.2012, 13:58
 Lənkəranlı ağsaqallar deputatdan xahiş etdilər
23.02.2012, 13:46
 İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
23.02.2012, 13:42
 Yenilik - İçəri Şəhəri internetlə də gəzmək mümkün olacaq
23.02.2012, 13:14
 Ali məktəblərə hazırlaşanlara yeni xəbər
23.02.2012, 12:59
 Türkiyə Azərbaycana yeni səfir təyin etdi
23.02.2012, 12:47
 Sabahın hava proqnozu – isti olacaq
23.02.2012, 12:40
 Təhsil Nazirliyi 23 rayonda sınaq imtahanlarını təxirə salıb
23.02.2012, 12:20
 Musa Yaqub Ziyalılar Forumu ilə bağlı fikirlərini açıqladı
23.02.2012, 12:15
 Bakıda daha bir qumarxana aşkarlanıb
23.02.2012, 12:09
 Faciədən çıxmaq
23.02.2012, 11:42
 İzmirin 9 Eylül Universitetində Xocalı soyqırımında danışılıb
23.02.2012, 11:37
 Azərbaycanda əmək pensiyası alanların sayı açıqlanıb
23.02.2012, 11:08
 Azərbaycan gəncləri Xocalı soyqırımını necə tanıdırlar?
23.02.2012, 10:36
 İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya?
23.02.2012, 10:00
 Ağdamda yenə monitorinq aparılacaq
23.02.2012, 08:21
 “Ferid 23” erməni saytlarını dağıtdı
22.02.2012, 22:03
 Xocalı soyqırımının şok görüntüləri – YENİ FOTOLAR
22.02.2012, 18:00
 Xocalıdan ən yeni VİDEO - 20 il sonra
22.02.2012, 17:46
 "Mənim sevimli Nissanım" fotomüsabiqəsinin qalibləri bəlli olub - SİYAHI
22.02.2012, 17:07
 Cavid Qurbanov: “Prezidentin o fərmanı vəziyyəti kökündən dəyişdi” - MÜSAHİBƏ
22.02.2012, 16:51
 Türkiyə parlamentinin Xarici İşlər Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib
22.02.2012, 16:20
 İran ətrafinda baş verənlər Azərbaycan iqtisadiyyatına yaxşı şeylər vəd etmir

Müəlliflər

İşıqlı Atalı

 Faciədən çıxmaq
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya?
Səxavət Əlisoy

 Müsəlmanlarin gücsüzlüyünün səbəbləri – III yazı
Elməddin Hacılı

 Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi... - TƏHLİL
Vüqar Tofiqli

 Gəncliyin Qarabağ yaddaşı
Qafar Çaxmaqlı

 Ermənilər üçün sevinc…
Seymur Verdizadə

 Deputatın cibindəki reseptlər
Zaur Qəriboğlu

 Ruhun qəribsəməsi
Cümşüd İsgəndər

 Pərdəsi yırtılmış Sarkozi
Nəzirməmməd Quliyev

 Səni axtarıram - atılmışlar...
Elşad Paşasoy

 Xocalı abidəsi protokola salınsın
Azər Həsrət

 Bəs siz kimsiniz?
Elçin Səlcuq

 Mərhum jurnalistlərdən seçmələr: Elçin Səlcuq yazırdı...
Yasin Türksoy

 Erməni gerçəklikləri... Xocalı soyqırımı.... Unutqanlıq sırıntısı
Aqil Camal

 Niyə Rusiya, niyə İran?
Xanoğlan Əhmədov

 İstanbulun mənəvi fatehi – Ağ Şəmsəddin
Arzu Şirinova

 Allah səsimi eşitmədi…
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim - 5
Musa Qasımlı

 Anadolu və Cənubi Qafqaz: köçürülmə, terror və qırğınlardan işğala...
Şirinxanım Kərimbəyli Şadiman

 Pula əyilən mənəviyyat və yaxud Mirzə Cəlil babama məktub
Yolruh Atalı

 Yaşanmayan tarix
Niyaz Niftiyev

 Dəhşətdir, elə deyilmi?
Əkrəm Bəydəmirli

 Azərbaycanda iqtisadi ziyanı hesablamaq mümkündürmü?
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC