23 fevral 2012, Cümə axşamı
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Təhsil Nazirliyi 23 rayonda sınaq imtahanlarını təxirə salıb
Komitə sədri torpaq satışı ilə bağlı korrupsiyanın olduğunu inkar etdi

Axtarış

Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm Media Reportaj Mədəniyyət Dünya Maraqlı
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə

Xəbərlər arxivi

«

Fevral 2012

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

       
 
New Page 2
A A A
Jurnalist Arzu Abdulla: “Dədəm məni oxutmaq istəmirdi, mən də inad edib bütün elçiləri boş qaytarırdım...”
 23.01.2012, 15:28

İntiqam Valehoğlunun "Həmkar" rubrikası…

“Həmkar” rubrikası istər mətbuatda, istərsə də televiziyada öz imzasıyla, hazırladığı maraqlı reportaj və süjetlərlə tanınan, sevilən jurnalistlərlə müsahibələri təqdim edir. Çünki insanları, problemləri cəmiyyətə tanıdan, təbliğ edən onlar olsa da, əksər hallarda pərdə arxasında qalırlar və tanınan yalnız imzaları olur. Beləliklə, "Həmkar"ın ilk qonağı Azərbaycan mətbuatının tanınmış imzalarından olan Arzu Abdulladır.    
     
"Ali məktəbə girməyim əsl hind kinosu idi"
   
- Saatlı rayonunun Azadkənd kəndində doğulmuşam və orta məktəbi bitirdikdən düz 10 il sonra ali məktəbə qəbul olunmuşam.
   
- Niyə bu qədər gec?
   
- Orta məktəbi əla oxusam da, dədəm məni oxutmaq istəmirdi. Mən isə inadkarlıq edib gələn bütün elçiləri boş qaytarırdım və axır istədiyim kimi oldu. Amma ali məktəbə girməyim əsl hind kinosu idi. Bunu danışsam inanmayacaqsan. Bircə onu demək istəyirəm ki, ilk dəfə Bakıya əllərimdə yaranmış dəri probleminə görə gəldim ki, həkimə gedim. Hətta dədəm Bakıya-həkimə gəlməyimə də razı deyildi. Amma istəmirdim ki, rayon həkimi məni şikəst eləsin. Ona görə də əmim oğlunun ailəsi ilə birgə bura gəldim. O zaman əmim nəvəsi Bakı Dövlət Universitetinin müəllimlərinin çalışdığı "Şirvan" hazırlıq kursunda ali məktəbə hazırlaşırdı. Mən də ona qoşulub icazəsiz filansız kursa girdim. Həkimə verəcəyim pulu da kursun birinci ayı üçün ödədim.
   
- Bəs jurnalistikaya gəlişin necə oldu? Yoxsa elə ixtisasca jurnalistsən?
   
- Əslində filologiyanı bitirmişəm. Amma fars-ərəb dillərini və əlifbasını bilmədən Azərbaycanda özünə "filoloqam" deyənləri başa düşmürəm. Çünki bütün ədəbiyyatımız və tariximiz bu dillərdə yazılıb. Bunları bilmədən filologiyaya girmək çətindir. Mən isə alayarımçıq işləri xoşlamıram. Nə olursansa ol, amma tam ol.
   
- Jurnalistikaya ilk gəldiyin günləri, ilk məvacibini necə xatırlayırsan?
   
- Jurnalistikaya marağım çox idi. Amma hətta bunu özlüyümdə düşünməyə də qorxurdum. Çünki ailəmiz çox mühafizəkar idi. Bir gün əmimin gəlini mənə "səndən yaxşı jurnalist olar" dedi. O anda içimdəki bu arzunun reallaşacağına çox ümidləndim. Eyni zamanda Bakıya gələndən evində yaşadığım əmim oğlu və onun xanımının jurnalist olması da işimə yaradı. İlk məvacibimə gəlincə, bunu mənə jurnalist rəfiqəm Nigar Vaqifqızı gətirdi. O zaman onların bir qəzeti çıxırdı, ora yazı vermişdim. Deyəsən, 120 yaşlı Püstə qarıdan götürdüyüm müsahibə idi. Püstə qarı Göyçə qaçqını idi, "Xutor"da qonşuluqda yaşayırdı. O pula iç-içə üçü bir yerdə olan pul qabı aldım. Sonra "Yeni Azərbaycan" qəzetinin "ədəbiyyat" səhifəsində kiçik bir esseylə başladım. Sonra "Ədalət" qəzetində bir nağılım çıxdı. Daha sonra "Azadlıq" qəzetind iki yazım və beləlikləg
   
“İki ay işləyib, bir ayın məvacibini aldım"
   
 - Deməli, jurnalistika sizinçün irsi peşədir?
   
- Bəli, jurnalistikaya bizim irsi peşəmiz demək olar.

- İlk rəsmi iş yerin ve ilk yazını xatırlayırsanmı?
   
- İlk rəsmi iş yerim "Hürriyyət" qəzetində olub. İki ay işləyib bir ayın məvacibini aldım. Ilk yazım Allah sevgisindən bəhs edən "Yaradılış" adlı esse idi. Yadımdadır, yazımı kiməsə göstərməyə utanırdım. Bunu rəfiqəm Hicran ("Ulduz" jurnalının şöbə müdiri Hicran Hüseynova) duydu və qəfil üzümə baxıb gülümsəyərək "yazı yazmısan?" dedi. İlk yazımın ilk oxucusu da məhz Hicran oldu. Mənə bu yolda ilk xeyr-duanı da Hicran verdi. Görünür, duaları yerini tutdu.
   
- Əvvəllər jurnalistika prestijli sahələrdən sayılırdı. Jurnalist olmaq sosial problemlərinin az olması demək idi. Yəni hər yerdə hörmət izzət... Sənin jurnalistikaya gəlişindən indiyə kimi sosial durumunda hansısa fərq varmı?
   
- Artıq 10 ildir yazıram. Jurnalistikadan maddi qazancım olmayıb. Bu sahədə irəliləyiş ancaq ondan ibarətdir ki, yazmağa başlayanda qohumumun evində qalırdım. Artıq 6 ildir kirayədə qalıram. Yəni kirayə pulu vermək imkanım var.
   
- Kirayəyə ayda nə qədər ödəyirsən?
   
- Məvacibimin tən yarısını. İnanın ki, hər zaman bu belə olub.
   
- Yəni nə qədər?
   
- 200 manat.
   
- Bu məbləğ kirayəyə ödədiyindir, yoxsa məvacibin?
   
- 200 manat kirayə pulu verirəm.
   
- Adətən yaradıcı adamlar öz peşələrindən bezəndə fərqli formada təsəlli tapmağa çalışırlar. Bəs sən?
   
- Öz peşəmdən bezdiyim çox az olub. Bir də ki, mənim hobbilərim var. Foto və rəsm çəkmək, corab toxumaq, kukla paltarı tikmək və s. Kitab oxumağa isə hobbi kimi baxmıram daha. Çünki hər gün oxumaq artıq məqsədimdir və buna adət etmişəm.    
Əgər sən jurnalist yazı yaza-yaza kirayə pulunu necə çatdıracağını, hardan tapacağını və ya həkimə getmək üçün kimdən borc alacağını düşünürsənsə, o zaman bölünürsən və ortaya istədiyin kimi tam, mükəmməl iş qoya bilmirsən.
   
- Son olaraq oxuduğun kitab hansıdır?
   
- Hazırda Jostein Gaarderin "Sofiyanın Dünyası" adlı fəlsəfi kitabını oxuyuram türkcədən. Bundan qabaq Con Tirmanın "Dünyanı sümürən Amerika" və Mayis Güləliyevin "Böyük şeytan və sonun başlanğıcı" kitablarını oxudum.
   
- Səncə jurnalistin sosial problemləri onun yaradıcılığına, obyektivliyinə nə qədər təsir göstərə bilər?
   
- Mən bunu həmişə demişəm, indi də deyirəm ki, təkcə jurnalistikada yox, bütün sahələrdə belədir. Əgər sən jurnalist yazı yaza-yaza kirayə pulunu necə çatdıracağını, hardan tapacağını və ya həkimə getmək üçün kimdən borc alacağını düşünürsənsə, o zaman bölünürsən və ortaya istədiyin kimi tam, mükəmməl iş qoya bilmirsən. Əslində təkcə jurnalist deyil, bütün sahələrdə çalışanlar bir-neçə xarici dil bilməlidirlər. Çünki ana dilimizdə axtardığımız məlumatları demək olar ki, tapa bilmirik. İstər tələbə olsun, istər jurnalist, istər həkim, ən azından rus-ingilis dillərini bilməlidir ki, dünyaya çıxa bilsin, geniş məlumat bazası olsun, sənətini dərindən öyrənsin. Mən isə tələbəlikdən bu yana çalışıram, amma aylıq qazancım kirayə və başqa gündəlik ehtiyacımı təmin edir. Pul artırıb əlavə dil kurslarına gedə bilmirəm. Azərbaycanda oturub dünyadan danışmaq çox çətindir. Dünyaya çıxmaq, dünyanı gəzmək gərəkdir. Nəylə, hansı pulla? Bayaq həkimlərdən danışdım. Bütün dünyada ən çox oxuyanlardan birincisi elə həkimlərdir. Bəs bizdə necədir? Bütün bunlar çox böyük və gələcəyimizi zərbə altında qoyan problemlərdir. Hətta bu maddi sıxıntı bizdə jurnalistlərin konkret bir sahə üzrə ixtisaslaşmasına da mane olur. Mən indiyə qədər mədəniyyət, ədəbiyyat, hərbi, təhsil, səhiyyə, xarici və daxili siyasət, şou, bax bütün bu sahələrin hamısından yazmışam. Bu isə mənim bir sahə üzrə püxtələşməyimə mane olur. Zaman sürətlə keçir və bu zamanın gərdişində ancaq sosial problemlər burulğanında çabalayıram. Belə olan təkcə mən deyiləm-bizik.
   
- Jurnalistika bu qədər maraqlıdır ki, sosial problemlər içində boğula-boğula ondan əl çəkə bilmirik?
   
- Əslində bütün bu problemlər vicdanı olan jurnalistin və ya hər hansı fərdin obyektivliyinə mane ola bilməz. Heç mənim də obyektivliyimə mane ola bilmir bu problemlər. Bəzən obyektivliyim mənim iş yerimi itirməyimlə nəticələnsə belə. O ki qaldı jurnalistikanın maraqlı olub-olmamasına, mənim üçün çox maraqlıdır. Mən qələm adamıyam, bundan sonra gedib həkim olmayacam ki. Jurnalistikanı çox sevirəm, lap çox. Ona görə də bu sənəti atmaq fikrim yoxdur.
   
"Azərbaycan jurnalistikası sovet dövründəki prestijini  o qədər də itirməyib"
  
- Obyektivliyinə görə iş yerini itirdiyin olub?
   
 - Hə, obyektivliyimə görə iş yerimi itirmişəm. Bu dəfələrlə olub.
   
- Deyəsən iş yerlərini tez-tez dəyişirsən...
   
- Olub. Amma şükür olsun Allaha, dəyişiklik həmişə xeyrimə olub. Yəni məsəl var deyir, Allah nə edir, yaxşılığa doğru edir.
   
- Mətbuatda bəyəndiyin və oxuduğun imzalar kimlərdir?
   
 - Azərbaycan mətbuatında bəyəndiyim imzalar çoxdur. Rövşən Hacıbəylinin və Aynur Elgünəşin araşdırmalarını çox sevirəm. Xalid Kazımlının, Şahvələd Çobanoğlunun, İradə Tuncayın müəllif yazılarını, Süleyman Məmmədovun köşələrini, Əbülfət Mədətoğlunun, Qulu Ağsəsin, Tofiq Abdinin ədəbiyyatla bağlı yazılarını, Sevinc Telmanqızını, Ramin Dekonun reportajlarını maraqla izləyirəm. Erkin Qədirlinin və Mayis Güləliyevin analitik yazılarını daim oxuyuram. Yaddaşsız olduğuma görə unutduqlarım da var
   
- Səncə Azərbaycan mətbuatında neçə sosial təbəqə var?
   
- İki sosial təbəqə var-jurnalistlər və onların zəhmətini yarıya bölən baş redaktorlar.
   
- Fikrincə, jurnalistika sovet dövründəki prestijinin neçə faizini itirib?
   
- Azərbaycan jurnalistikası sovet dövründəki prestijini o qədər də itirməyib. Sadəcə o zamanlar sağıcılar da, çobanlar da kommunist partiyasının XXI qurultayına hazırlaşırdı və buna görə hər toyuqdan gündə bir yumurta, hər 10 qoyundan ildə 30 bala alacağına söz verirdi qəzetlərdə. Bir məsələ var ki, o zaman qəzetlər hər bir kolxozçunun, hər bir sovet ailəsinin evinə girdi, amma indi bu belə deyil. Buna isə prestij itirmək demək olmazdı. Yadımdadır, sağıcı işləyən qonşumuzun qəzetdə çıxan, inəyin yanında, əynində ağ xalatlı şəklini ona göstərəndə "bu şəkli çəkən iki saat inəyi yuduzdurub mənə ki, təmiz olsun, şəkildə yaxşı düşsün" dedi.
   
- Doqquz milyon əhalisi olan ölkəyə bu qədər qəzet çox deyil?
   
- Doqquz milyonluq ölkə deyimi ilə razı deyiləm. Çünki Azərbaycanda 9 milyon əhali yoxdur, bu sadəcə statistikadan götürülüb. Birdə ki qəzetin çoxluğu, azlığı fərq etməz, hər kəs onu maraqlandıranı tapıb oxuyacaq. Amma əhalinin artıq mətbuata da inamı itib. Çünki mətbuat iqtidar-müxalifət deyilən iki cəbhəyə ayrılıb. İqtidar mətbuatı bizim analoqu olmayan inkişafımzdan yazır. Müxalifət mətbuatı isə düz 14 ildir təhsil naziri Misir Mərdanovu öz manşetlərində nazirlik kürsüsndən uzaqlaşdırır. Məncə elin gözü daş-tərəzidir. Belə yalanla sevilmək mümkün deyi.


İntiqam Valehoğlu
"Ədalət" qəzeti
 
Oxunub: 435
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Şərhlər
Nicat
23-01-2012
Maraqli musahibedir.Ugurlar, Arzu


Azər
29-01-2012
Maraqlıdr. Təşəkkür İntiqam bəy. Ümumiyyətlə qadın jurnalistlrə arsında hörmət etdiyim şəxslər var ki, onlardan biri də Arzu xanim, Sevinc Telmanqızı , Jalə Məmmədli, Əfsanə Ələsgərli, və digərləri. Jurnalist Jalə Məmmədli ilə müsahibə də maraqlı olardı !






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
23.02.2012, 14:37
 Nazir “İdman ili”nin tədbirlər planınından danışdı
23.02.2012, 14:21
 İrəvanda erməni və azərbaycanlı deputatlar arasında qarşıdurma olub
23.02.2012, 14:13
 28 il öncə çəkilən şəkil...
23.02.2012, 13:58
 Lənkəranlı ağsaqallar deputatdan xahiş etdilər
23.02.2012, 13:46
 İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
23.02.2012, 13:42
 Yenilik - İçəri Şəhəri internetlə də gəzmək mümkün olacaq
23.02.2012, 13:14
 Ali məktəblərə hazırlaşanlara yeni xəbər
23.02.2012, 12:59
 Türkiyə Azərbaycana yeni səfir təyin etdi
23.02.2012, 12:47
 Sabahın hava proqnozu – isti olacaq
23.02.2012, 12:40
 Təhsil Nazirliyi 23 rayonda sınaq imtahanlarını təxirə salıb
23.02.2012, 12:20
 Musa Yaqub Ziyalılar Forumu ilə bağlı fikirlərini açıqladı
23.02.2012, 12:15
 Bakıda daha bir qumarxana aşkarlanıb
23.02.2012, 12:09
 Faciədən çıxmaq
23.02.2012, 11:42
 İzmirin 9 Eylül Universitetində Xocalı soyqırımında danışılıb
23.02.2012, 11:37
 Azərbaycanda əmək pensiyası alanların sayı açıqlanıb
23.02.2012, 11:08
 Azərbaycan gəncləri Xocalı soyqırımını necə tanıdırlar?
23.02.2012, 10:36
 İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya?
23.02.2012, 10:00
 Ağdamda yenə monitorinq aparılacaq
23.02.2012, 08:21
 “Ferid 23” erməni saytlarını dağıtdı
22.02.2012, 22:03
 Xocalı soyqırımının şok görüntüləri – YENİ FOTOLAR
22.02.2012, 18:00
 Xocalıdan ən yeni VİDEO - 20 il sonra
22.02.2012, 17:46
 "Mənim sevimli Nissanım" fotomüsabiqəsinin qalibləri bəlli olub - SİYAHI
22.02.2012, 17:07
 Cavid Qurbanov: “Prezidentin o fərmanı vəziyyəti kökündən dəyişdi” - MÜSAHİBƏ
22.02.2012, 16:51
 Türkiyə parlamentinin Xarici İşlər Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib
22.02.2012, 16:20
 İran ətrafinda baş verənlər Azərbaycan iqtisadiyyatına yaxşı şeylər vəd etmir

Müəlliflər

İşıqlı Atalı

 Faciədən çıxmaq
Faiq Ələkbərov (Qəzənfəroğlu)

 İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya?
Səxavət Əlisoy

 Müsəlmanlarin gücsüzlüyünün səbəbləri – III yazı
Elməddin Hacılı

 Uşaq evləri və internatları tərk edən uşaqların sonrakı taleyi... - TƏHLİL
Vüqar Tofiqli

 Gəncliyin Qarabağ yaddaşı
Qafar Çaxmaqlı

 Ermənilər üçün sevinc…
Seymur Verdizadə

 Deputatın cibindəki reseptlər
Zaur Qəriboğlu

 Ruhun qəribsəməsi
Cümşüd İsgəndər

 Pərdəsi yırtılmış Sarkozi
Nəzirməmməd Quliyev

 Səni axtarıram - atılmışlar...
Elşad Paşasoy

 Xocalı abidəsi protokola salınsın
Azər Həsrət

 Bəs siz kimsiniz?
Elçin Səlcuq

 Mərhum jurnalistlərdən seçmələr: Elçin Səlcuq yazırdı...
Yasin Türksoy

 Erməni gerçəklikləri... Xocalı soyqırımı.... Unutqanlıq sırıntısı
Aqil Camal

 Niyə Rusiya, niyə İran?
Xanoğlan Əhmədov

 İstanbulun mənəvi fatehi – Ağ Şəmsəddin
Arzu Şirinova

 Allah səsimi eşitmədi…
İntiqam Valehoğlu

 Əsgərlik gündəliyim - 5
Musa Qasımlı

 Anadolu və Cənubi Qafqaz: köçürülmə, terror və qırğınlardan işğala...
Şirinxanım Kərimbəyli Şadiman

 Pula əyilən mənəviyyat və yaxud Mirzə Cəlil babama məktub
Yolruh Atalı

 Yaşanmayan tarix
Niyaz Niftiyev

 Dəhşətdir, elə deyilmi?
Əkrəm Bəydəmirli

 Azərbaycanda iqtisadi ziyanı hesablamaq mümkündürmü?
Xaqani Səfəroğlu

 TV-lərdə ciddi aparıcılar niyə yoxa çıxıb?

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | Media | Reportaj | Mədəniyyət | Dünya | Maraqlı | Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Copyright 2012 modern.az. All rights reserved.
Powered by NextPoint LLC