30 oktyabr 2014, Cümə axşamı
Gürcü “qanuni oğru” güllələndi
Polyaklar Bakıda tramvay şəbəkəsi qurmaq istəyirlər
Çeçen nazirin qızı İŞİD yaraqlısı ilə evlənib
Erməni Silahlı Qüvvələri cəbhənin Ağdam, Xocavənd, Füzuli rayonları istiqamətində atəşkəsi pozublar
Bloomberg agentliyi: Yaxın gələcəkdə neftin 1 bareli 100 dollara qalxacaq
Bakıda dilənən 17 qadın və 23 uşaq saxlanılıb
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Mədəniyyət Ədəbiyyat Dünya
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
«Şərq» 18 yaşında - FOTOLAR
Rusiyadan Ermənistana köçürülən pul azalır
"Azadlıq" qəzetinin əməkdaşına 25 sutka həbs cəzası verildi
Erməni “qanuni oğru” saxlanıldı
Şuranın dəstəyi ilə ABŞ-da simpozium keçirilib - FOTO
“İncir reçeli 2”ni ilk olaraq jurnalistlərə göstərdilər
Bakıda bal yarmarkasının son günü - 1 kq bal alana 1 kq da hədiyyə edildi
Dörd arvaddan 32 uşağı var, amma onların sayını 50-yə çatdıracaq - FOTOLAR
Bakcell İLK adlı brend smartfonunu təqdim edir
Vəzifə başında ölən dövlət başçıları - SİYAHI
Diqqətli pişik - VİDEO
“Rasim Babayevin sənət dünyasını kəşf etməyinizi arzulayıram” - Leyla Əliyeva
Müəllimlər İnstitutunun Quba filialının direktor müavini məhkəmə zalında həbs edilib
Ağdamda bayram şöləni - FOTOLAR
Daha iki məktəb qardaşlaşdı - şagirdlər Bilik Fondunda oldular
Azərbaycanda qadınlar bələdiyyə seçkiləri ilə bağlı bir yerə toplanacaq
Albaniyanın sabiq prezidenti ADU-ya gəldi
Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının yeni tərkibi təsdiqlənib

Xəbərlər arxivi

«

Oktyabr 2014

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
New Page 2
A A A
Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı...
 06.05.2011, 15:18

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru
Əməkdar jurnalist

Onun adı və fəaliyyəti Azərbaycan etnocoğrafiyası ilə məhdudlaşmır

Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, Onu bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də, hesab edirik ki, bu gün Ulu öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də, məhz, bu olmalıdır.

Biz bu gün Ulu öndərin bu vaxta qədər tədqiqatdan və ümumi kütləvi yanaşmadan kənarda qalan fəaliyyətinin bəzi spektrləri haqqında fikirlərimizi bildirməyə çalışacağıq. Ümumi yanaşma Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını məhz Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra başlatdığı yönündədir... Ancaq biz hesab edirik ki, Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Biz bilirik ki, Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi. Və təəssüf ki, Sovet Azərbaycanı dövründə Ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Azərbaycan xalqının, Azərbaycan ziyalısının, Azərbaycan dövlətçiliyinin, Azərbaycanın düşünən beyinlərinin başına gələn faciələrin əsas törədicisi və əsas ideyavericisi də, məhz, bu sistemdən doğurdu. Və biz bilirik ki, Sovet quruculuğu prosesində, 1937-ci il repressiyasında, həmçinin, ondan sonrakı dövrlərdə  Azərbaycan xalqının ziyalılarına qarşı törətdiyi repressiyanın mərkəzi, məhz, təhlükəsizlik orqanları idi. Bu təhlükəsizlik orqanları sanki Azərbaycanın daxilində Antiazərbaycançı qüvvələrin mərkəzini, konsentrasiyasını təşkil edirdi. Bu yanaşma Ulu öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edən günə qədər davam etdi. Onun rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından Antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Və azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu öndər öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.

İdeyanın ideologiyaya çevrilməsi və kütləvi mənimsənilməsi

Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni, bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başladı. Təsadüfi deyil ki, bu ideologiyaya çevrilmə prosesi də, məhz, ideya müəllifi tərəfindən həyata keçirildi. Bundan sonrakı mərhələdə azərbaycançılıq ideologiyasının xalq tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı. Bu istiqamətdə atılan ilk addımın ilkin nəticəsi isə, məhz, Bakı şəhərinin azərbaycanlılaşdırılması oldu. Çünki biz bilirik ki, o dövrdə Bakını istənilən yerdə və istənilən şəkildə ümumi universal möhürü beynəlmiləl şəhər möhürü idi. Bu beynəlmiləl şəhər bir kosmopolit bakılılar anlayışını özündə birləşdirməklə, milli ünsürləri rədd edirdi. Beləliklə, hətta o dövrdə mərkəzi hakimiyyətdə Dərbənd kimi neft mərkəzi olan Bakını da hansısa bir şəkildə federasiyaya bağlamaq, bu mümkün olmayanda isə, heç olmasa Bakının azərbaycanlılarından qorumaq siyasəti həyata keçirilirdi.

Kosmopolit Bakıdan milli Bakıya doğru

Məhz bu zəncirləri, yəni, Bakını azərbaycanlılardan ayıran o zəncir halqalarını Ulu öndər qırdı. 1969-cu ildən başlayaraq 1970-ci illərdə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən Azərbaycanın regionlarından, rayonlarından, kəndlərindən azərbaycanlıların məhz Bakı şəhərində məskunlaşdırılması ilə Bakı bir Azərbaycan şəhərinə çevrildi və azərbaycançılığın ilk nəticəsi Bakının azərbaycanlılaşması oldu. Və əlbəttə ki, bu proses həm iqtisadi, həm siyasi,  həm milli intellektual  müstəvidə baş verirdi. Yəni, regiondan gələn gənclərin işlə, qalacaqla təmin olunması, məskunlaşması  prosesi vardır. Həmin dövr Azərbaycanda həm sənaye müəssisələri tikildi, həm yataqxanalar tikildi, həm də yeni qəsəbələr və mikrorayonlar salındı. Beləliklə də, Bakı azərbaycanlaşdırıldı. Biz, sadəcə Ulu öndərin siyasi ideoloji  fəaliyyətini təhlil etdiyimiz üçün iqtisadi və sosial məsələlər barəsində çox danışmaq istəmirik.

Heydər Əliyev erası müxtəlif sosial, iqtisadi və ideoloji qatlardan ibarətdir

Biz Ulu öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Əlbəttə ki, Ulu öndərin hakimiyyətinin ikinci dövrü Onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daima Ulu öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və nəhayət Ulu öndərin sonrakı mərhələdəki fəaliyyəti Onu artıq müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin, öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda, Onun qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi.

Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər böyük xidmətlər göstərdi

20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirən Ulu öndərin bu addımı bütün dünyaya səs saldı. Əslində bu, Azərbaycanın milli dövlətçilik prinsiplərinin elan olunması və hədəflərinin göstərilməsi idi. Əlbəttə ki, Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər Heydər Əliyev böyük xidmətlər göstərdi. Baxmayaraq ki, o dövrdə, istər siyasi baxımdan, istər iqtisadi baxımdan, istərsə də mənəvi-psixoloji baxımdan daim məhdudiyyətlər və təzyiqlər altında fəaliyyət göstərirdi. Amma Naxçıvana gələr-gəlməz dərhal Naxçıvan MR Ali Sovetində Azərbaycanın bugünkü bayrağını və eyni zamanda, Azərbaycanın tarixi bayrağını-1918-20-ci illərdə dalğalanmış üçrəngli bayrağımızı, məhz, xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Bu addımın özü xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh və optimizm gətirdi. Hesab edirik ki, bu da tariximizin yaddaqalan, maraqlı və gərəkli səhifələrindəndir.

Ondan sonrakı mərhələdə, əlbəttə ki, Ulu öndərin fəaliyyət sferası daha da genişlənməyə başladı. Azərbaycandan ilk dəfə olaraq imperiya əsgərlərinin çıxarılması və bir xarici dövlətlə sərhədlərin qorunmasının özümüzə qaytarılması da Heydər Əliyev erasında tariximizə yazılan qızıl səhifələrdəndir.

Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır

Əlbəttə ki, başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, Ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin, necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni, formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi tanınır.

O, böyük müəllim, mükəmməl natiq, dahi təbliğatçı idi

Ulu öndərin başqa böyük keyfiyyətlərindən biri də Onun böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq olmasında idi. Heydər Əliyev “ideya, ideologiya və təbliğat” universal üçlük formulasından çox məharətlə istifadə etməyi bacarırdı. O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi, məhz, Ulu öndərimiz olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər keçir. Yəni, hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də qərinələr, yüzillər aparır. Amma Ulu öndər özünəxas xüsusi çevik üsul və metodlarla bu prosesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu öz müsbət bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyuldu.

Heydər Əliyev dövlətin siyasi və ideoloji varisliyini təmin etdi

Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu.

Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni, bu bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan  həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə Onun üçün, məhz, bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca O, da yaşayacaqdır.

 
Oxunub: 40033
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
Musteqil
06-05-2011
Rehmetlik dahi sexsiyyet Heyder Eliyev dunyada taninmish bir siyasetci olmush,her bir dövrun öz zamaninda.Bu sexsiyyeti danan nadandir.
Tarix bu cur nadir sexsiyyet yetishdirir.Allah rehmet elesin.Qebri nurla dolsun.Azerbaycana böyuk xidmetleri olmush.1975-ci ilde menim 15 yashim var idir.Hemin dövrden onun sevgisi,mehebbeti menim qelbimde yashayir ve yashayacaq.


nadya
09-04-2013
ela idi



09-04-2013
Heyder Eliyev qelbimizde hemise yasayir ve hemise yasayacaq


elnaz
11-04-2013
XALQIMIN ATAT TURKU MILLETIMIN NEFESI


mais
16-04-2013
xalqin tesviri cox gozeldir



Sabuhi
22-04-2013
COX YAXSI IDI


AZADIQ_OGLU
24-04-2013
Cox gozel insa idi... Xoshuma geldli...


AYTAC
25-04-2013
AZERBAYCAN XALIQINI BOYUK SEXSIYYETI ULU HEYDER OZ DOVLETI UCUN NELER ETMEMISDI KI


V.Gulsen
25-04-2013
coooooooooox ama cooooooox gozel insan idi. Keske yenede dovletimizin basinda o, dursaydi. Allah rehmet etsin


QAQAW
25-04-2013
COX GOZEL XOSUM GELDI INSA UCUCN ZORDU


Ferzulla
28-04-2013
Insallah torpaqlarimiz geri qayidacaqdir


Nicat Ceferov
28-04-2013
coooooooox saolun coooooox komeyi deydi bu inwanin mene. allah ulu onderimiz heyder eliyeve rehmet elesin ermenilere ise nehlet elesin


Aysel
29-04-2013
COX GOZEL MUELUMATDIR INSA KIMI ISTIFADE ETDIM COX XOSLARINA GELDI MUELIMLERIN


gul memmed
30-04-2013
MUELLIMLER ELE BILDIKI OZUM YAZMISAM


sole luna24
30-04-2013
cok gozel insa idi


aktiv commenter
01-05-2013
geseyyyyyy insa


Arzu Haqverdiyeva
03-05-2013
tesekkurler.mence bugun azerbaycan-heyder eliyevin qoyub getdiyi planlar vasitesile inkisaf edir.buna gore ona minnetdariq.gozel movzu idi


Arzu Haqverdiyeva
03-05-2013
tesekkurler ela movzu idi


mehemmed eliszade
05-05-2013
cox gozel insadi


aygün
06-05-2013
heyder eliyev helem cox yadda qalacax.cunki onun kimi ikinci bir insan.belkem nece esir sonram dunyaya gelecek.allah ona qeni-qeni rehmet elesin.movzunuz eladi .dahada genis yazsaz gozel olar.qoy hami onun haqqinda bilsin yaddan cixartmasin.


ayka
06-05-2013
eladi.insada da ele Bunu yazacam.ALLAH Heyder Eliyeve rehmet elesin.


kamran
08-05-2013
AXIRINCI CUMLE DUZDUR ULU ONDERIMIZ HEYDER ELIYEV AZERBAYCAN XALQI TEREFINDEN DAIMA HORMETLE ANILACAQDIR XALQIMIZ VAR OLDUQCA ODA YASAYACAQDIR
VAR OLSUN HEYDER ELIYEV&


Emine
13-05-2013
Kas olmeyim bu vaxtlari göreydi


deniz
14-05-2013
cox yaxsidir


HESRET
27-11-2013
KANYESNA ELADİ


MEEK
04-12-2013
VALLAH ELADI NE DEYIM BASQA COOOOOOK EHTIYACIM VAR IDI COK SAQ OLUN


deniz agayeva
05-12-2013
bizde daima calisacagiq ki,heyder eliyevin ,ulu onderimizin yolu ile gedeceyik


sevda
05-12-2013
men fexr edirem ki h.eliyev azerb xalqinin prezidenti olub


xediska
09-12-2013
oh sukurler olsun rahatladim mende deyirdim sabahki dersi nece yola verim.THANK YOU


vusal
09-12-2013
cox gozel insa idi ALLAH rehmet elesin


rehime
09-12-2013
ela mukemmel tedbirde mutleq istifade edecem


Fidashka
10-12-2013
Cox gozel idi. Allah razi olsun size. Ulu onderimize de rehmet elesin.yeri behisht mekani cennet olsun


orxan
11-12-2013
o olmasaydi kim bilir indi dovletimiz xalqimiz ne haldaydi allah rehmet elesin nur icinde yatsin


sayayd
11-12-2013
cox gozel insandi men bilmirem usaqiydim onda deyilene gore yaxsi adamidi duz deyerler deeeeeeeeeee



11-12-2013
cox gozel insadi.Allah rehmet elesin


Senan
16-12-2013
ela insadi.


gulay
19-12-2013
Allah qeni qeni rehmet elesin.ULU ONDER xalqimizin qurtulusdur.HEYDER ALIEVSIZ bir AZERBAYCAN dusunmek mumkun deyil.azerbaycanin musteqilik tarixini yazan boyuk Shexsiyyet.birde ALLAh rehmet elesin deyib ve oun bize qoyub qetdiyi ebedi yadigar,cenab Prezidentimiz ILHAM HEYDER oglu ALIEVA uzun omur arzulayib ve bu dovletin bashinan eksik etmesin deyirem ,in sha ALLAH.Bele meqsedyonlu ve xalq rifahina calisan bir LIDERA bu xalqin ehtiyaci var.


aysen
27-12-2013
yaxsi insan idi


AYADAN
27-01-2014
COX GOZELDIR .ELA


patriot.
03-02-2014
Veteni ucun ishdiyen dahi shexsiyyet idi.


Eleddin
14-04-2014
Ela Superdir Cox saolun Twk Yazdiqiviz ucun


Elmin Ceferli
07-05-2014
Heyder Eliyev cox gozel ,cox yaxsi,ureyi temizbir insan idi


aydan
12-05-2014
cooox gozel


Elcin
20-10-2014
HEYDER ELIYEV.Dahi insan Boyuk sexsiyyet ULU ONDER Azerbaycan xalqi hec vaxt onu unudmayacaq.hemise qelbimizde yasayacaq.ALLAH rehmet elesin. Mekani cennet olsun






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 




 
Son xəbərlər
30.10.2014, 18:38
 «Şərq» 18 yaşında - FOTOLAR
30.10.2014, 18:13
 Rusiyadan Ermənistana köçürülən pul azalır
30.10.2014, 17:57
 "Azadlıq" qəzetinin əməkdaşına 25 sutka həbs cəzası verildi
30.10.2014, 17:53
 Erməni “qanuni oğru” saxlanıldı
30.10.2014, 17:40
 Şuranın dəstəyi ilə ABŞ-da simpozium keçirilib - FOTO
30.10.2014, 17:37
 “İncir reçeli 2”ni ilk olaraq jurnalistlərə göstərdilər
30.10.2014, 17:33
 Bakıda bal yarmarkasının son günü - 1 kq bal alana 1 kq da hədiyyə edildi
30.10.2014, 16:52
 Dörd arvaddan 32 uşağı var, amma onların sayını 50-yə çatdıracaq - FOTOLAR
30.10.2014, 16:45
 Təhsil Nazirliyi universitet şəhərciklərinin salınacağı yeri AÇIQLADI
30.10.2014, 16:33
 Bakcell İLK adlı brend smartfonunu təqdim edir
30.10.2014, 16:16
 Vəzifə başında ölən dövlət başçıları - SİYAHI
30.10.2014, 16:05
 Diqqətli pişik - VİDEO
30.10.2014, 16:01
 “Rasim Babayevin sənət dünyasını kəşf etməyinizi arzulayıram” - Leyla Əliyeva
30.10.2014, 15:44
 Müəllimlər İnstitutunun Quba filialının direktor müavini məhkəmə zalında həbs edilib
30.10.2014, 15:33
 Ağdamda bayram şöləni - FOTOLAR
30.10.2014, 15:28
 Daha iki məktəb qardaşlaşdı - şagirdlər Bilik Fondunda oldular
30.10.2014, 15:24
 Dövlət qurumlarındakı “qaynar xət”lər necə işləyir? - Zənglərə cavab verənlər və verməyənlər...
30.10.2014, 15:20
 Azərbaycanda qadınlar bələdiyyə seçkiləri ilə bağlı bir yerə toplanacaq
30.10.2014, 14:57
 Albaniyanın sabiq prezidenti ADU-ya gəldi
30.10.2014, 14:51
 Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının yeni tərkibi təsdiqlənib
30.10.2014, 14:48
 Keçmiş döyüşçü: “Girovların müdafiəsi üçün Xankəndinə getmək istəyənlər “şoumenlər”dir”
30.10.2014, 14:30
 Öcalanın ölüm xəbəri yayıldı
30.10.2014, 14:18
 Gələn il istidən qovrulacağıq
30.10.2014, 14:15
 Rusiyada üç azərbaycanlı həbs olunub
30.10.2014, 14:12
 Sabah yağış yağacaq, bəzi ərazilərdə güclü külək əsəcək
30.10.2014, 13:58
 Putinin devriləcəyi vaxt açıqlandı
30.10.2014, 13:53
 Ən gözəl kimyəvi reaksiyalar – VİDEO
30.10.2014, 13:43
 Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahlar – SİYAHI
30.10.2014, 13:40
 Türkiyəli nazirdən mədəndə qalan işçilərlə bağlı pessimist AÇIQLAMA
30.10.2014, 13:38
 Dəm qazından və tüstüdən zəhərlənən iki qadın ölüb
30.10.2014, 13:30
 Narkotik satan mütəşəkkil dəstə tutulub
30.10.2014, 13:26
 İsveç Fələstinin müstəqilliyini tanıdı
30.10.2014, 13:22
 “Röyal” mebel mağazasını qarət edən dəstə yaxalandı
30.10.2014, 13:12
 Türkiyənin təhsil nazirinin müavini Mikayıl Cabbarovla görüşüb
30.10.2014, 13:07
 İŞİD-in daha bir vəhşiliyi: 250 adamı edam etdilər
30.10.2014, 12:57
 Sürücülərin nəzərinə: Bakıda bu yollardan getməyin
30.10.2014, 12:52
 Daha bir xarici KİV-də AzərTAc-ın baş direktorunun məqaləsi yayımlanıb
30.10.2014, 12:41
 Ermənilər Xankəndi, Şuşa və Ağdamdan yeni videogörüntü yaydılar - VİDEO
30.10.2014, 12:31
 Məhərrəmlikdə toy etmək olarmı? - Məscidin imamı ilə ilahiyyatçı fərqli düşünür
30.10.2014, 12:27
 Məhkəmə Eldəniz Quliyev haqqında qərarını elan etdi
Müəlliflər
Mahir Qabiloğlu

 “Qancıq” Lala və “Toplan” Əli
Qafar Çaxmaqlı

 Mahcupyanın ilk məsləhəti: “Soyqırım"ı etiraf etmə sırası Türklərdədir''
Akif Aşırlı

 «Şərq» 18 yaşında - FOTOLAR
Laçın Səmla

 İmkan verin həyatımızı yaşayaq
Leyla Əliyeva

 Kor olmuşam - Leyla Əliyeva
Fazil Mustafa

 Qarabağ: konsepsiyadan konservə doğru
Cəlaləddin Qasımov

 Sirlərini bizdən gizlədən dağın daşlaşmış yaddaşı…
Mülatif Adurov

 Dünyanın ən zəngin azərbaycanlılarından biri ilə qeyri-adi tanışlıq
Əkrəm Bəydəmirli

 Çəkilən filmlər niyə zəifdir?..
Vüqar Tofiqli

 “Qaraçava”, Kötəl”, “Qobu” , “Zoğalat” və “Çay bağça”...
Vəfa Allahverdiyeva

 Alim Qasımov, Tahir Əmiraslanov örnəyi - şənlik anarxiyasında mübarizəni kim başlamalı?!
Nüşabə Hüseynli

 Qız bişirənlər, qırmızıdodaq nənələr və ya özünü axırıncı yola qoyanlar ...
Buludxan Xəlilov

 Azərbaycanda orfoqrafiya məsələsi - bunları bilmək vacibdir...
Yolruh Atalı

 İkiüzlü
Hikmət Babaoğlu

 ABŞ-ın siyasi realizmi, yaxud neoimperializmin ekspansiya siyasəti

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2014 modern.az. All rights reserved. Powered by NextPoint LLC